Məhkəmə qərarları › İş №2(012)-575/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-575/2022

09.03.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-575/2022 09.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs olan Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə 09 mart 2022-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 02.08.1982-ci il təvəllüdlü qızı X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qızı 02.08.1982-ci il təvəllüdlü Akhtar (Qayıtmazova) Xəyalə Rauf qızı uşaqlıqdan orta dərəcəli əqli gerilik, davranış pozuntuları diaqnozu xəstədir və İİ qrup müddətsiz əlildir. Qızı öz hərəkətlərini idarə edə bilmir və buna görə də daimi olaraq kənar şəxsin qulluğuna ehtiyacı vardır. Ərizəçi qızına daim qulluq edir. Qızı öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Məhkəmə iclasında iştirak edən Ərizəçi qızı ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs olan Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Mülki işin materiallarında olan Abşeron RPŞ tərəfindən 25.01.2013-cü ildə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 01.010.1962-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan ASAN-Sumqayıt tərəfindən 09.08.2017-ci ildə verilmiş AZE seriyalı 17324097 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 02.08.1982-ci ildə Qusar rayonunda doğulmuş, Abşeron rayonu, Xırdalan şəhəri, məh.27, ev.1, m.31 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 26.04.1995-ci il qərarı ilə təsdiq edilmiş Abşeron həkim psixiatr ekspertizasının rəyindən görünür ki, 02.08.1982-ci il təvəllüdlü X1 “debillik dərəcəsində olan ağıl zəifliyi, toksiki hipotik ensefalopatiya eşitmə və nitq pozğunluğu” ilə diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 025001 nömrəli arayışdan görünür ki, 1982-ci il təvəllüdlü X4 13.04.1998-ci il tarixdə müayinə olunmuş, uşaqlığından əlillik qrupu İİ dərəcə müəyyən edilmiş, növbəti müayinənin tarixi isə müddətsiz olaraq qeyd edilmişdir. Mülki iş materiallarında olan 15029 nömrəli qəbzdən görünür ki, 100 manat məbləğində dövlət rüsumuna görə pul vəsaiti Ərizəçi tərəfindən iddia qiymətinə görə ödənilmişdir. Mülki iş materiallarında olan 18 avqust 1982-ci il tarixdə Qusar rayonu, Xuray kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 02.08.1982-ci il tarixdə Qusar rayonunda anadan olmuş, atası X3, anası isə Ərizəçidır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Psixiatriya Xəstəxanası tərəfindən 21.10.2021-ci ildə verilmiş 185/707 nömrəli həkim-psixiatr komissiyasının rəyindən görünür ki, 02.08.1982-ci il təvəllüdlü X8 həkimpsixiatr komissiyasının qərarı ilə “orta dərəcəli əqli gerilik davranış pozuntuları” diaqnozu qoyulmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 21.01.2022-ci il tarixli 133 saylı rəyindən görünür ki, X7 orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunmuşdur. X11 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X6 psixi vəziyyəti onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik espertizasının rəyi ilə X7 orta dərəcəli əqli gerilik aşkar olunmuşdur. X11 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. O, anası – Ərizəçi himayəsində yaşayır və daima qulluğa ehtiyacı vardır, hərəkətlərinə nəzarət etmək və öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyəti yoxdur. Bu səbəbdən də, məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 21.02.2022-ci il tarixli 133 saylı rəyi ilə razılaşıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 02.08.1982-ci ildə Qusar rayonunda doğulmuş X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 02.08.1982-ci ildə Qusar rayonu, Suvacal kəndində doğulmuş X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə 02.08.1982-ci ildə Qusar rayonu, Suvacal kəndində doğulmuş X6 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar