Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5777/2021 11.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçilər, həmçinin digər Ərizəçi3 nümayəndəsi Ərizəçi2, Ərizəçi1 iştirakları ilə, Ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, JN-839A nömrəli, kod 30800086 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin AZE seriyalı 0******* xxxxxxx saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi3”na, AZE seriyalı ******** xxxxxxx saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi2”na və AZE seriyalı ******** xxxxxxx saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi1”na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi, həmçinin digər Ərizəçi3 nümayəndəsi Ərizəçi2 ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən ona və ailənin digər üzvlərinə məxsus 0,11 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin həmin qurum tərəfindən 10.06.2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-839A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahiblərinin ad, soyadı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ad və soyadı arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, JN-839A nömrəli şəhadətnamə hüquq sahibləri ardıcıl olaraq “X10”, “Ərizəçi2 Əlgüman oğlu”, “X22 oğlu” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi3”, “Ərizəçi2”, “Ərizəçi1” kimi qeyd edildiyi aşkar edilmişdir. Bütün bunlara əsasən də yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Hətta ona şifahi olaraq izah edilmişdir ki, məsələnin həllindən ötrü o, məhkəməyə müraciət etməlidir. Odur ki, göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 digər Ərizəçi2 ərizəsini müdafiə edərək onun izahatı ilə eyni məzmunlu izahat vermişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 185.5 maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 76.1 və 76.2. maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 62.1. maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 11.11.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, o, Ərizəçi3 qardaşının həyat yoldaşıdır. Torpağın mülkiyyətə verilməsinə dair JN-839A saylı 30800086 kod nömrəli şəhadətnaməyə əsasən adı qeyd olunmuş X10 adlı şəxs Ərizəçi3 ailə tərkibində yoxdur. Belə ki, həmin sənədə əsasən Ərizəçi3 adı yanlış olaraq X3 yazılmışdır. Eyni zamanda, Ərizəçi3 həyat yoldaşı Ərizəçi2 adı Ərizəçi2 Əlgüman oğlu kimi qeyd edilmişdir. Həmçinin, qeyd olunmuş sənədə əsasən Ərizəçi2 və Ərizəçi3 oğulları Ərizəçi1 adı X22 oğlu kimi qeyd edilmişdir. Əslində bacısının adı Meyri, bacısının həyat yoldaşının ata adı Əncuman, bacısı oğlunun adı isə Elnurdur. 11.11.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, Ərizəçi3 bacısıdır. Bacısının həyat yoldaşı olan Ərizəçi2 onun yeznəsidir. Bacısının ailəsinə Torpağın mülkiyyətə verilməsinə dair JN-839A saylı 30800086 kod nömrəli şəhadətnamə verilmiş, həmin sənədə əsasən bacısının, bacısı yoldaşı və bacısının oğlunun adı, soyadında yanlışlığa yol verilmişdir. Belə ki, bacısının adı Meyri olduğu halda, sənəddə X3, bacısının yoldaşının atasının adı Əncuman olduğu halda, sənəddə Ərizəçi2 Əlgüman oğlu, bacısının oğlunun adı Elnur olduğu halda, sənəddə X22 oğlu kimi qeyd edilmişdir. Məhkəmə ərizəçilərin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir: -Vİ-ЖГ № 337071 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi2 ilə X11 28.09.1986-cı il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1249 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Məmmədova soyadı verilmişdir. -21.10.2005-ci il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN-839A saylı 30800086 kod nömrəli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 10.05.1998-ci il tarixli 16 nömrəli qərarı ilə verilmiş Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.11 ha sahəsi olan fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı Abşeron rayon Saray qəsəbə sakini X5, X4, Ərizəçi2 Əlgüman oğlunun, X22 oğlunun, X2 mülkiyyətinə verilmişdir. -Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28.02.2018-ci il tarixli AZ-T № 052544 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1989-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2241 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Ərizəçi2, anası Ərizəçi3dır. -Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04.05.2021-ci il tarixli 1489 saylı arayışdan görünür ki, həqiqətən də Torpağın mülkiyyətə verilməsinə dair 839A saylı şəhadətnamədə aşağıda adları qeyd olunan vətəndaşların soyadı, adı və ata adı: 1. Ərizəçi3 əvəzinə səhvən X12,
2. Ərizəçi2 əvəzinə səhvən Ərizəçi2 Əlgüman oğlu, 3. Ərizəçi1 əvəzinə səhvən X22 oğlu yazılmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Ərizəçi2 ünvanlanmış 10.06.2021-ci il tarixli **********48 saylı bildirişdən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.11 torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 08 may 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətə baxılmışdır. Aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-839A nömrəli torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamə göstərilən hüquq sahiblərinin ad, soyad və ata adları ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ad, soyad və ata adları arasında kəskin fərqlərin olduğu aşkar edilmişdir. Belə ki, JN-839A nömrəli şəhadətnamə hüquq sahibləri ardıcıl olaraq “X10”, “Ərizəçi2 Əlgüman oğlu”, “X22 oğlu” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi3”, “Ərizəçi2 Əncüman oğlu”, “Ərizəçi1” kimi qeyd edildiyi aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. -Abşeron RPŞ tərəfindən 31.05.2011-ci il tarixdə verilmiş AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi3 Abşeron rayonu, Saray qəsəbəsi A.Məsimov küçəsi 20 saylı evdə qeydiyyatdadır. -Sumqayıt ŞPİ tərəfindən 16.03.2013-cü il tarixdə verilmiş AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 Sumqayıt şəhəri MİK-5, 5/53 saylı evin 59 saylı mənzilində qeydiyyatdadır. -Asan-Sumqayıt tərəfindən 10.12.2017-ci il tarixdə verilmiş AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 Abşeron rayonu, Saray qəsəbəsi A.Məsimov küçəsi 20 saylı evdə qeydiyyatdadır. -Asan-Sumqayıt tərəfindən 16.03.2014-cü il tarixdə verilmiş AZE № 14274535 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu, Saray qəsəbəsi A.Məsimov küçəsi 20 saylı evdə qeydiyyatdadır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 16.10.1994-cü il təvəllüdlü X8 Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə, ərizəçilərin izahatını, şahid ifadələrini, eyni zamanda məhkəmə iclasında tədqiq olunmuş sənədləri qiymətləndirərək belə nəticəyə gəlir ki, ərizəçilərin göstərdikləri və təqdim olunmuş sənədlər bir-birini tamamlayır və təsdiq olunur ki, 21.10.2005-ci il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN-839A saylı 30800086 kod nömrəli şəhadətnaməyə əsasən Abşeron rayon Aqrar İslahat Komissiyasının 10.05.1998-ci il tarixli 16 nömrəli qərarı ilə 0.11 ha torpaq sahəsinin mülkiyyətçilər qismində Abşeron rayon Saray qəsəbə sakinləri “X10”, “Ərizəçi2 Əlgüman oğlu”, “X22 oğlu” qeyd edildiyi halda həmin şəxslərin adları 31.05.2011-ci il tarixdə verilmiş AZE № 0******* saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi3”, 16.03.2013-cü il tarixdə verilmiş AZE № ******** saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi2” 10.12.2017-ci il tarixdə verilmiş AZE № ******** saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi1” kimi qeyd edilmişdir. Bu isə, “X10”nun “Ərizəçi3”, “Ərizəçi2 Əlgüman oğlu”nun “Ərizəçi2”, “X22 oğlu”nun “Ərizəçi1” ilə eyni şəxs olması faktını tam olaraq təsdiqləyir. Bu fakt eyni zamanda, şahid ifadələri ilə və məhkəmə iclasında tədqiq edilən digər sənədlərlə də bir daha sübuta yetirilir. Beləliklə, məhkəmə hesab edir ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 10.05.1998-ci il tarixli 16 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-839A saylı 30800086 kod nömrəli 21.10.2005-ci il tarixli şəhadətnamədə göstərilən “X10”nun “Ərizəçi3”, “Ərizəçi2 Əlgüman oğlu”nun “Ərizəçi2”, “X22 oğlu”nun “Ərizəçi1” ilə eyni şəxslər olması öz təsdiqini tapdığından, Torpağın mülkiyyətə verilməsinə dair JN-839A saylı 30800086 kod nömrəli 21.10.2005-ci il tarixli şəhadətnamənin 31.05.2011-ci il tarixdə verilmiş AZE № 0******* saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi3”na, 16.03.2013-cü il tarixdə verilmiş AZE № ******** saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi2”na, 10.12.2017-ci il tarixdə verilmiş AZE № ******** saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi1”na məxsus olması faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin:
76. maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 307.2.11. maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir.
308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Abşeron rayon Aqrar İslahat Komissiyasının 10.05.1998-ci il tarixli 16 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-839A saylı 30800086 kod nömrəli 21.10.2005ci il tarixli şəhadətnamənin “Ərizəçi3”na, “Ərizəçi2”na və “Ərizəçi1”na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov