Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5779/2021 20.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğvi və borcun silinməsi” tələbinə dair mülki Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii X3nın pozulması haqqında 30.12.2020-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta görə onun adına hesablanmış 222 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, təbii X3nın pozulması haqqında 30.12.2020-ci il tarixli, ******* saylı akt qəbul edilmiş və həmin aktın əsasında ona 222 manat məbləğində cərimə yazmışdırlar. Cərimənin yazılmasına səbəb sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. O isə həmin akt ilə qəti şəkildə razılaşmır. Çünki akt öz başına tərtib edilmiş və onun iştirakı təmin edilməmiş və ona nə şifahi, nə də ki, rəsmi məlumat verilməmişdir. Belə bir aktın tərtib edilməsindən 15.09.2021-ci il tarixdə xəbəri olmuşdur. Bildirir ki, akt əsassız şəkildə qəbul edilmişdir. Qeyd etmək istəyir ki, aktda qeyd edilənlər həqiqəti əks etdirmir. Sayğac yenisi ilə əvəz edildikdən sonra belə bir problem ilə üzləşmişdir. Qeyd edilən akt əsassız olduğu üçün silinməsindən ötrü məhkəməyə müraciət edir. Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin öz hüquq və azadlıqlarını məhkəmələrdə müdafiə edilməsinə zəmanət verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu səbəbdən hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən müəyyən edilmiş ümumillikdə 222 manat cərimə pulu əsassız olduğu üçün silinməlidir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X2 məhkəmədə izahatında və ünvanladığı etirazda bildirdi ki, İddiaçı «aktın qanunsuz hesab edilməsi və cərimə məbləğinin silinməsi tələbi»nə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, təbii X3nın pozulması haqqında 30.12.2020-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta görə Cavabdeh İB tərəfindən hesablanmış 222 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsasını qaz sayğacına müdaxilə nəticəsində baş vermiş itirilmiş təbii qazın dəyərinin ödənilməsi üçün müvafiq tədbirlər nəticəsində hesablanmış borcun silinməsi təşkil edir. Bildirir ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********49580 saylı abonent kodu verilmiş fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət oluması yoxlanıldıqda, sayğaca medaxilə edilməsi, yəni sayğacın hesablama mexanizminin keçən qazın həcminin qeyd etməməsi aşkar olunmuşdur. Bu məqsədlə də sayğac çıxarılaraq, yoxlanılması üçün Sənaye və məişət qaz sayğaclarını kalibrləmə labaratoriyasına göndərilmişdir. Həmin labaratoriyada sayğac yoxlanılaraq, yuxarıda qeyd olunun nöqsan bir daha öz təsdiqini tapmışdır. Həmçinin sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi faktı da aşkar edilmişdir. Bütün bunlara əsasən itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X3” nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildirir ki, **********49580 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan təbii X3nın pozulması haqqında 30.12.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, 010 “Quşçuluq” Massivi, 0014-9580 ünvanında yerləşən abonent kodu **********49580 olan sayğaca baxış keçirilən zaman aşkar olunmuşdur ki, MSK-nın 29/1710-04361-1 rəyinə əsasən, **********9 sayğacdan qaz keçmiş, hesablama mexanizmi keçən qazın həcmini qeyd etməmişdir. İş materiallarında olan İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı ümumilikdə 216 manat borc hesablanmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə borcunun silinməsi tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı məxsus Abşeron rayonu, 010 “Quşçuluq” Massivi, 0014-9580 ünvanında yerləşən abonent kodu **********49580 olan sayğac üzrə Cavabdeh tərəfindən “X3nın pozulması haqqında” 30.12.2020-ci il tarixli, ******* saylı akt əsasında 30.12.2020-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, **********9 sayğacdan qaz keçdiyi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi rəyi verilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 216 manat cərimə edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X5 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdehin nümayəndəsi etirazının əsaslarını sübut edə bilməmiş və sayğacın İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa İddiaçı 222 manat cərimə olunduğunu, həmin cərimənin silinməsini xahiş etsə də, yuxarıda qeyd olunduğu kimi məhkəmədə sübutların tədqiqatı zamanı sonuncunun yalnız 216 manat cərimə olunduğu təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin 216 manat hissəsində hüquqi əsasları müəyyən edildiyindən həmin hissədə təmin olunmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "X3"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "X3"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "X3"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, Abşeron rayonu, 010 “Quşçuluq” Massivi, 0014-9580 ünvanında yerləşən abonent kodu **********49580 olan sayğacın yararsız vəziyyətə düşməsinə görə iddiaçı heç bir məsuliyyət daşımağından 216 manat məbləğində hesablanmış borc silinməlidir. Həmçinin Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün 30.12.2020-ci il tarixli, ******* saylı akt əsasında abonentə 216 manat məbləğ hesabladığından, yuxarıda qeyd olunan hüquqi mövqeyə görə həmin məbləğin mövcud qanunvericiliyə uyğun hesablanmaması nəticəsinə gəlindiyindən, məhkəmə sözügedən aktı da əsassız hesab edərək ləğv edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********49580 olan, Abşeron rayonu, 010 “Quşçuluq” Massivi, 0014-9580 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə 30.12.2020-ci il tarixli, ******* saylı akt ləğv edilsin və həmin akt üzrə hesablanmış 216 manat cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-5779/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5779/2021
20.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver