Məhkəmə qərarları › İş №2(012)-5891/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5891/2022

26.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5891/2022 26.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, Ərizəçi hüquqi faktının müəyyən edilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİM: Ərizəçi ölüm haqqında şəhadətnamənin kimə məxsusluğu hüquqi faktının müəyyən edilməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hüquq müəyyənedici sənədin məxsus olması faktının müəyyən edilməsi üçün xx.xx.2007-ci il tarixli AZ-İ259294 saylı ölüm haqqında şəhadətnaməsinin “X1”na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizənin qəbul edilməsindən imtina edilməli, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 153.2.1.maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə geri qaytarılır. Təqdim edilən xx.xx.2007-ci il tarixli AZ-İ259294 saylı ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, şəhadətnamə “X1”na aiddir. Ərizəçi bildiri ki, həmin şəhadətnamədə ölənin adı “Aidə” deyil, düzgün olmayaraq “Ayidə” kimi qeyd edilmişdir.Bu isə müəyyən hüquqi sənədləşdirmədə çətinliklər yaratmış olur. Bununla bağlı məhkəmə qeyd edir ki,ölüm haqqında şəhadətnamədə düzgün olmayan qeydin düzəldilməsi üçün ərizəçi ilkin olaraq müvafiq Qeydiyyat şöbəsinə müraciət edə bilər. Hazırkı halda, ərizəçi məhkəməyə yox, qeyd edilən orqana müraciət etməli, imtina etdiyi halda həmin orqanın qərar və hərəkətindən inzibati məhkəməyə müraciət edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalı və ərizəçiyə hazırkı ərizə ilə bağlı müvafiq Qeydiyyat Şöbəsinə müraciət etməsi izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 152.1.6, 263, 264, 267, 268, 307.2.8, 308 və 310-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Ərizəçi ölüm haqqında şəhadətnamənin kimə məxsusluğu hüquqi faktının müəyyən edilməsinə dair ərizəsi yolverilməzliyinə görə qəbul etməkdən imtina edilsin. Əirzəçiyə hazırkı ərizəsi ilə bağlı Qeydiyyat Şöbəsinə müraciət etməsi izah olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar