Məhkəmə qərarları › İş №2(012)-5894/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5894/2021

27.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5894/2021 27.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, İddiaçı Cavabdeh barəsində borcun tutulması haqqında kiçik iddialara dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh barəsində borcun tutulması haqqında kiçik iddialara dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyriqanuni istifadəyə görə hesablanmış 988.20 manat dəymiş zərərin əvəzi, debitor borc üzrə 36.90 manat pul və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə isə 1055,10 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddiaçı məhkəməyə daxil olmuş kiçik iddialara dair ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, kiçik iddialara dair ərizənin qəbul olunmasından imtina olunmalıdır. Mülki Prosessual Məcəllənin 284-4.1.4-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Məhkəməyə təqdim olunmuş iddiaçı Azəriqaz İB-nin ərizəsindən göründüyü kimi, iddiaçı cavabdehdən sonuncuya məxsus olan evə quraşdırılmış qaz sayğacından təbii qazdan istifadəyə görə yaranmış 988.20 manat borcun tutulmasını xahiş etmişdir. Tərəflər arasında olan münasibətlər borc mübahisəsinə aid olduğundan, iddiaçı tərəfindən tələb olunan pul məbləği kifayət qədər artıqdır və bu məbləğin cavabdeh tərəfindən mübahisələndiriləcəyi ehtimalı istisna edilmir. Mülki Prossesual Məcəllənin: 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Göstərilənləri və qanunun qeyd edilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı kiçik iddialara dair ərizəsinin əsaslandığı tələbetmə hüququ barəsində mübahisə olduğundan ərizənin icraata qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prossesual Məcəllənin 275-279-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh barəsində borcun tutulması haqqında kiçik iddialara dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar