Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5906/2021 12.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehin mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4Ə/5322 reyestr nömrəli ******* saylı 25.11.2013-cü il tarixli Daşınmaz Əmlakın alqı-müqaviləsi evi girov qoymaqla öncədən razılaşdırılmış kredit müqaviləsini pərdələmək məqsədilə bağlanmış yalan əqd, yəni əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh əldə etdiyi mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, məhkəmə hazırki iddianı aidiyyat qaydalarının pozulması ilə icraata götürmüşdür. Sonradan məlum olmuşdur ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonunda məskunlaşsa da, cavabdehin qeydiyyat ünvanı Ağdam rayonudur. Odur ki, o, hazırki mülki işin aidiyyatı üzrə Ağdam Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmədə iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, Ağdam rayonunda qeydiyyatda olsa da, hazırda ünvan 3 ünvanında yaşayış. Odur ki, o, mülki işin aidiyyatı üzrə Ağdam Rayon Məhkəməsinə göndərilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə işdə iştirak edə şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehin mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş AZE seriyalı, ******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə dair məlumatlardan görünür ki, Cavabdeh ünvan 5i ünvanında qeydiyyatdadır. Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən məhkəmədə baxılan işlər üzrə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin məcəllənin 44.2.2-ci maddəsinin tələbinə görə məhkəmə işi, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 45.2-ci maddəsinin tələbinə görə, Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinin tələbinə görə işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 40, 44, 45, 263, 264, 293-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehin mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan alındığı (verildiyi) andan 10 (on) gün ərzində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-5906/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5906/2021
12.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver