Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-591/2023 11.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi Abşeron rayonu, Saray qəsəbəsində 0.10 ha torpaq sahəsinin ayrılması barədə Maraqlı şəxs başçısının Saray qəsəbə üzrə İcra Hakimiyyəti nümayəndəliyinin xx.xx.1994-cü il tarixli 43 saylı sərəncamının və həmin İcra nümayəndəliyinin verdiyi xx.xx.2012-ci il tarixli F-136 saylı çıxarışın Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Ərizəçi Maraqlı şəxs başçısının Saray qəsəbəsi üzrə İcra Hakimiyyəti nümayəndəliyinin xx.xx.1994-cü il tarixli 43 saylı sərəncamı ilə Saray qəsəbəsi daxilində mənzil tikintisi üçün 0.10 ha torpaq sahəsi ayrılmış və mənzil tikintisinə icazə verilmişdir. Həmin torpaq sahəsi üzərində hüquqların qeydə alınması və çıxarış verilməsi ilə bağlı 4 saylı Abşeron Ərazi idarəsinə müraciət edilən zaman müəyyən edilmişdir ki, Maraqlı şəxs başçısının Saray qəsəbə üzrə İcra Hakimiyyəti Nümayəndəliyinin xx.xx.1994cü il tarixli 43 saylı sərəncamında və həmin İcra Nümayəndəliyinin xx.xx.2012-ci il tarixli F- 136 saylı çıxarışında da ata adı mexaniki olaraq “Bağvan” əvəzinə “Bağban” kimi qeyd edilməklə səhvə yol verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin plan və ölçüsündə isə ata adı şəxsiyyət vəsiqəsində qeyd olunduğu kimi, yəni, “Ərizəçi” kimi qeyd edilmişdir. Buna görə də, ərizəçi Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət edə bilmir. Qeyd olunanlarla əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə Saray İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə müraciət edilərək Ərizəçi torpaq sahəsinin ayrılması barədə sərəncamda yanlışlığın düzəldilərək qanunla müəyyən edilmiş qaydada müvafiq aktın verilməsinə köməklik edilməsi xahiş edilmişdir. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5 maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə mülki iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir: -Maraqlı şəxs Başçısının Saray qəsəbəsi üzrə İcra Hakimiyyəti Nümayəndəsinin xx.xx.1994-cü il tarixli 43 saylı “Vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması haqqında” sərəncamından çıxarışın və həmin sərəncam əsasında verilmiş xx.xx.2012-ci il tarixli F- 136 saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, “Vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə qəsəbə daxilində boş istifadəyə yararsız olan sahələrdən Ərizəçi Bağban qızına 0.10 ha torpaq sahəsinin ayrılması və ona həmin sahədə mənzil tikintisinə icazə verilməsi qərara alınmışdır. -Maraqlı şəxs Başçısının Saray qəsəbə üzrə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1629 saylı arayışdan görünür ki, həqiqətən də Saray qəsəbəsi üzrə nümayəndəliyinin 28 oktyabr 1994-cü il tarixli 43 saylı “Vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması haqqında” sərəncamından çıxarışda “Ərizəçi” əvəzinə səhvən “Ərizəçi Bağban qızı” yazılmışdır. -Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsünün surətindən görünür ki, Ərizəçi məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən 1000 kv.m torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə bağlı plan və ölçü tərtib edilmişdir. -Maraqlı şəxs xx.xx.2022-ci il tarixli S-227-091 saylı məktubundan görünür ki, Saray qəsəbə üzrə nümayəndəliyi tərəfindən Ərizəçi 0.10 ha torpaq sahəsinin ayrıldığı bildirilmiş, verilmiş 28 oktyabr 1994-cü il tarixli, 43 saylı sərəncamda vətəndaşın atasının adının “Bağvan” əvəzinə “Bağban” yazıldığı qeyd olunmuş və müvafiq düzəliş edilməsi xahiş olunmuşdur. Məsələnin həlli Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olduğu üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. -Abşeron RPŞ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZE № 09479170 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Abşeron rayonu Saray qəsəbəsi M.Ələkbərov küçəsi 5 saylı evdə qeydiyyatdadır. Məhkəmə ərizəçinin izahatını, eyni zamanda, məhkəmə iclasında tədqiq olunmuş sənədləri qiymətləndirərək belə nəticəyə gəlir ki, ərizəçinin göstərdiyi və təqdim olunmuş sənədlər bir-birini tamamlayır və təsdiq olunur ki, Maraqlı şəxs başçısının Saray qəsəbə üzrə İcra Hakimiyyəti nümayəndəliyinin xx.xx.1994-cü il tarixli 43 saylı sərəncamına və həmin İcra nümayəndəliyinin verdiyi xx.xx.2012-ci il tarixli F-136 saylı çıxarışa əsasən, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin ayrıldığı şəxs qismində “Ərizəçi Bağban qızı” qeyd edildiyi halda, həmin şəxsin adı xx.xx.2022-ci il tarixli AZE nömrəli 09479170 saylı şəxsiyyət vəsiqəsinə əsasən, “Ərizəçi” kimi qeyd edilmişdir. Bu isə “Ərizəçi Bağban qızı”nın “Ərizəçi” ilə eyni şəxs olması faktını tam olaraq təsdiqləyir. Bu fakt eyni zamanda, məhkəmə iclasında tədqiq edilən digər sənədlərlə də bir daha sübuta yetirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Abşeron rayonu, Saray qəsəbəsində 0.10 ha torpaq sahəsinin ayrılması barədə Maraqlı şəxs başçısının Saray qəsəbə üzrə İcra Hakimiyyəti nümayəndəliyinin xx.xx.1994-cü il tarixli 43 saylı sərəncamında və həmin İcra nümayəndəliyinin verdiyi xx.xx.2012-ci il tarixli F-136 saylı çıxarışda “Ərizəçi Bağban qızı”nın “Ərizəçi” ilə eyni şəxslər olması öz təsdiqini tapdığından, həmin sənədlərin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən, 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Mülki Prosessual Məcəllənin:
76. maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 307.2.5. maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır.
308. maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ Ərizə təmin edilsin. Ərizəçi Abşeron rayonu, Saray qəsəbəsində 0.10 ha torpaq sahəsinin ayrılması barədə Maraqlı şəxs başçısının Saray qəsəbə üzrə İcra Hakimiyyəti nümayəndəliyinin xx.xx.1994-cü il tarixli 43 saylı sərəncamının və həmin İcra nümayəndəliyinin verdiyi xx.xx.2012-ci il tarixli F-136 saylı çıxarışın Abşeron RPŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE seriyalı 09479170 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, “Ərizəçi”na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov