Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-596/2022 25.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi, borcun silinməsi və pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi, borcun silinməsi və pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 31 yanvar 2018-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi, həmin akta görə hesablanmış 864,4 manat borcun silinməsi və ödənilmiş 550 manat pulun **********00540 nömrəli abonent koduna köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh tərəfindən tərtib edilmiş 31 yanvar 2018-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi, həmin akta görə hesablanmış 863,4 manat borcun silinməsi və ödənilmiş 550 manat pulun **********00540 nömrəli abonent koduna köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o, ünvan 1ində fərdi yaşayış evində yaşayır. Evinə təbii qazdan istifadə üçün smart tipli sayğac quraşdırılmış, sayğac evin həyət divarının çöl tərəfinə yerləşdirilmişdir. Yalnız bu yaxınlarda həmin sayğac mexaniki sayğacla əvəz edilərkən ona məlum olmuşdur ki, cavabdeh müəssisə tərəfindən ona 2018-ci ildən 863,4 manat cərimə hesablanmışdır. Halbuki, onun sözügedən cərimədən, həmin cərimənin tətbiq edilmə əsası olan aktdan heç bir məlumatı olmamışdır. Belə ki, o, smart karta yüklədiyi pul məbləğinə uyğun təbii qazdan istifadə etmiş, hesabından tutmalar aparıldıqca isə illik limitin keçdiyini düşünmüşdür. Yalnız bu yaxınlarda müəyyən olunmuşdur ki, cavabdeh müəssisənin əməkdaşları onun yaşadığı ünvan üzrə 31 yanvar 2018-ci il tarixdə sayğaca baxış keçirmiş, kənar xətdən qeyri-qanuni istifadə aşkar etmiş və 863,4 manat zərər hesablanmışdır. Halbuki, o heç vaxt qeyri-qanuni qaz xətti vasitəsi ilə qazdan istifadə etməmiş, baxış keçirilməsi, aktın tərtib olunması zamanı onun iştirakı təmin edilməmişdir. İndiyədək ödədiyi təxminən 550 manat pul bu əsassız cərimənin silinməsi istiqamətində tutulmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirdi ki, Cavabdeh əməkdaşları tərəfindən abonent kodu **********00540 olan İddiaçı ünvan 1ində yaşadığı evə 31 yanvar 2018-ci ildə baxış keçirilərkən həmin ünvanda kənar qoşulma müəyyən edilərək, həmin tarixdə akt tərtib edilmiş və həmin akt əsasında, müvafiq qaydada aparılan hesabat nəticəsində iddiaçının qanunsuz olaraq 863,4 manat məbləğində qaz istehlak etdiyi müəyyən edilmişdir. Həmin borcun hesablanması əsaslı və düzgündür. Həmçinin iddiaçı tərəfindən iddia müddəti də buraxılmışdır. Belə ki, hazırda mübahisələndirilən akt 31 yanvar 2018-ci il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Sonda Ç.N.Dibirov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh Bakı X4 Departamentinin əməkdaşları tərəfindən tərtib olunan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li aktdan görünür ki, 31.01.2018-ci ildə (həmin hərəkətin yerinə yetirilmə vaxtının yazılmalı olduğu saat (vaxt) qrafası doldurulmamış və boş saxlanmışdır) İddiaçı yaşadığı ünvan 1ində yerləşən fərdi evə quraşdırılmış **********00540 abunə kodlu sayğac yoxlanılmış və yoxlama zamanı “kənar xətt, sayğacdan kənar qeyri-qanuni istifadə” müəyyən edilmişdir (həmin akt istehlakçı İddiaçı tərəfindən imzalanmamışdır). Cavabdeh Bakı X4 Departamentinin əməkdaşları tərəfindən həmin akt əsasında 31.01.2018-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilərək, itirilmiş qazın miqdarı “4317 kubmetr” həcmində müəyyən edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31.01.2018-ci il tarixli ******* №-li Aktdan və “istehlakçı” İddiaçı adına olan **********00540 saylı abonent kodu üzrə tərtib edilmiş Abonentin saldosundan görünür ki, “sayğacdan kənar istifadə” səbəbindən itirilmiş qazın miqdarı “4317 kubmetr” həcmində müəyyən edilərək, “istehlakçı” İddiaçı birdəfəlik 863,4 manat məbləğində borc hesablanmışdır. Lakin İddiaçı Cavabdeh hesablamış olduğu həmin borc məbləği ilə razılaşmır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı barəsində müvafiq akt birtərəfli tərtib olunmuş, yəni akt tərtib edilərkən istehlakçının iştirakı təmin edilməmişdir. Tərtib olunan aktın həqiqiliyini iddiaçı mübahisələndirir. Cavabdeh isə aktların mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Hazırki mübahisənin müqavilə tələbləri ilə bağlı olması və buna görə də abonent tərəfindən 3 illik iddia müddətinin ötürülməsi barədə Cavabdeh ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki, bu ərizə əsassızdır. Belə ki, iddia ərizəsindən görünür ki, hazırki tələb qaz xəttinə qeyri-qanuni qoşulmanı təsdiq edən aktın qanunsuz hesab edilməsi və həmin akt əsasında hesablanmış cərimənin silinməsi barədədir, yəni tərəflər arasındakı hüquq münasibətləri onlar arasında imzalanmış müqavilə nəticəsində deyil, müqavilədənkənar öhdəlik nəticəsində yaranmışdır. Bu kateqoriya mübahisələrə isə ümumi iddia müddəti şamil olunur ki, bu halda iddiaçının həmin müddəti ötürmədiyi məlum olur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********00540) dair hesablanmış 863,4 manat borc silinməli, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin 550 manat pulun iddiaçının abonent koduna əlavə edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən məhz 550 manat pulun borcun silinməsinə xərclənməsi sübuta yetirilməsə də, iş materiallarında olan abonentin saldosundan görünür ki, iddiaçıya 863,4 manat borc hesablandıqdan sonra iddiaçı tərəfindən təbii qazdan istifadəyə görə müxtəlif məbləğlərdə pul ödənişləri həyata keçirilmişdir. Hazırda abonent tərəfindən hesaba ödənilmiş məbləğin geri qaytarılması mexanizmi mövcud deyildir. Bununla belə, məhkəmə hesab edir ki, akt əsasında hesablanmış 863,4 manat cərimənin silinməsi, özü-özlüyündə, cərimə üçün ödənilmiş 550 manat pulun abonent tərəfindən sonradan sayğaca əsasən istehlak etdiyi təbii qazın dəyərinin ödənilməsində nəzərə alınması üçün əsasdır. Bu səbəbdən də, məhkəmə iddianı həmin hissədə təmin etmir və izah edir ki, həmin məbləğ iddiaçının istifadə edəcəyi qazın dəyərinin ödənilməsində cavabdeh tərəfindən nəzərə alınmalıdır. Məhkəmə iddia tələbinin 31 yanvar 2018-ci il tarixli, ******* saylı aktın ləğv edilməsinə dair hissəsinə münasibətdə isə qeyd edir ki, akt iş üzrə sübut vasitəsidir, yekun məhkəmə aktında sübut növü kimi ona hüquqi qiymət verilir. Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə iddia əsassızdır və təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia qismən təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumunun 20 manat hissəsi Cavabdeh İB-dən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı ünvan 1ində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********00540) dair hesablanmış 863,40 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 20 manat pul tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-596/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-596/2022
25.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver