Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-600/2024 19.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən qanunsuz hesablanmış 1244,16 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində ünvan 1ində yerləşən fərdi yaşayış evi vardır. Ailəsi ilə birlikdə sözügedən ünvanda yaşayır. Cavabdeh əməkdaşları tərəfindən onun xəbəri olmadan 28 fevral 2023-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib edilmişdir. Həmin aktda qeyd olunmuşdur ki, yeni qeydiyyat kodu açılana qədər qeyri-qanuni rezin boru vasitəsilə qazdan istifadə edilmişdir. Həmin akta əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və fərdi evdə “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. 2022-ci ilin dekabr ayının 7-də “Zenner” tipli sayğac quraşdırılmazdan əvvəl podratçı şirkətin əməkdaşları tərəfindən qazdan müvəqqəti istifadə edilməsi üçün rezin boru qoşulmuşdur. Cavabdeh İB ilə onun barəsində qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 140554 №-li müqavilə 02 fevral 2023-cü il tarixdə bağlanmış və sayğac quraşdırılmışdır. Qeyd etdiyi kimi hər hansı bir sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə halı mövcud deyildir. Necə olur ki, həmin rezin boru “sayğacı quraşdıran” şirkətin əməkdaşları tərəfindən quraşdırıldığı halda ona borc yazılır. Bundan əlavə əgər belə bir hal mövcud idisə nə üçün 2022-ci ildə deyil, məhz 28 fevral 2023-cü il tarixdə, yəni 02 ay sonra təbii qazdan istifadə qaydalarının pozulması haqqında qanunsuz akt tərtib edilmişdir. Yuxarıda göstərilən aktın tərtib olunması və barəsində borc yazılması haqqında əməkdaşlar tərəfindən ona heç bir məlumat verilməmişdir. Yalnız 2023-cü ilin sentyabr ayında barəsində yazılmış borc haqqında məlumatı olmuşdur. Buradan da göründüyü kimi, Cavabdeh əməkdaşları tərəfindən heç bir hal araşdırılmadan qanunsuz və əsassız akt tərtib edilmişdir. Belə ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən akt tərtib edilərkən onun heç bir məlumatı olmamışdır. “Azərqaz” İB isə qanunvericiliyin tələblərini pozaraq onun iştirakını təmin etmədiyi halda, aktın yekun hissəsində onun aktı imza etməkdən imtina etdiyini qeyd etmişdir. Heç vaxt qazın istifadəsinə görə borcu olmayıb və onun tərəfindən heç vaxt qeyri-qanuni qaz xətti vastəsilə təbii qazdan istifadə olunmamışdır. Həmçinin həmin aktda heç bir sübut öz əksini tapmamışdır, əksinə olaraq onun iştirakı təmin olunmamış, qanunsuz, əsassız və saxta olaraq akt tərtib edilmişdir. Odur ki, hesab edir ki, ona hesablanmış cərimələr tamamilə əsassız və qanunsuz olduğuna görə məhkəmə qaydasında mübahisəyə baxılmalıdır. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda onun aktı imzalamaqdan imtina etməyi barədə qeyd əks olunmuş, lakin onun həmin aktın tərtib edilməsindən xəbəri olmamışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı Cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdehnə vurulmuş 1244,16 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 114,40 manat və ödənilmiş 33,59 manat dövlət rüsumunun əvəzinin, ümumilikdə 1392,15 manat pulun cavabdehdən tutularaq iddiaçı Cavabdeh hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 140554 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə Cavabdeh İB tərəfindən **********00104 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına qaz xəttinə qoşulmuş, təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1244,16 manat Cavabdeh İB-nə zərər dəymişdir. Bundan başqa cavabdehin ödənilməmiş 2023-cü ilin fevral-sentyabr ayları üzrə 288,72 manat sərfiyyat borcu və limitdən əlavə 11,68 manat sərfiyyat borcu, cəmi 300,40 manat borcu qalmışdır. 2023-cü ilin fevral ayından 2023-cü ilin sentyabr ayına qədər cavabdeh cəmi 186 manat ödəniş etmiş, onun ödənilməmiş 114,40 manat debitor borcu vardır. Cavabdeh istifadə edilmiş təbii qazın dəyərini ödəməməsi nəticəsində yaranmış borcu ilə birlikdə iddiaçıya cəmi 1358,56 manat pul ödəməlidir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin e-2(012)-757/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən, iddiaçı Cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair e-2(012)-757/2024 saylı mülki iş İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair 2(012)-600/2024 saylı mülki işlə eyni icraatda birləşdirilmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçı-cavabdeh İddiaçı iddiasını müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini, qarşı tərəfin iddiasının isə təmin edilməməsini xahiş etdi. O qeyd etdi ki, təbii qazdan sayğacdankənar qaydada cəmi 6 gün istifadə etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçı-Cavabdeh nümayəndəsi Nümayəndə təmsil etdiyi qurumun iddia tələbini müdafiə edərək onun təmin edilməsi, qarşı tərəfin iddiasını isə qəbul etməyərək onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizələrini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən hər iki iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında Cavabdeh tərəfindən İddiaçı yaşadığı ünvan 1ində yerləşən fərdi yaşayış evindəki (abonent kodu: **********00104) qaz xəttinə baxış keçirilmiş və abonentin qaz xəttinə sayğacdankənar qoşulma halı müəyyən edilmişdir. Faktla bağlı Cavabdeh Bakı X1 Departamentinin əməkdaşları tərəfindən həmin akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilərək, itirilmiş qazın miqdarı “10368 m3” həcmində müəyyən edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktdan və istehlakçı İddiaçı adına olan **********00104 saylı abonent kodu üzrə tərtib edilmiş abonentin saldosundan görünür ki, “sayğacın sərfiyyatı qeydə almaması” səbəbindən itirilmiş qazın miqdarı cəmi “11714 m3” həcmində müəyyən edilərək, abonentə birdəfəlik 1244,16 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktla abonentin qaz xəttinə qeyri-qanuni qoşulması faktı və beləliklə, təbii qazdan dəyəri ödənilməməklə istifadə etməsi müəyyən edilmişdir. Bununla belə, həmin akt əsasında itirilmiş təbii qazın bərpa olunması mexanizmi məqbul deyildir. Belə ki, Cavabdeh İB-nin tərtib etdiyi tələbnamədə abonentin gün ərzində 24 saat qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 10-8 saat istifadə etməsi qəbul olunarsa, İddiaçı Birliyə xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 36 manat (1,2 x 10 x 30 = 360 kub.metr) ziyan vurması məlum olur. Beləliklə, iş materiallarından sayğacdan kənar qoşulma nəticəsində abonentin akt üzrə cəmi 36 manat zərər vurması müəyyən olunur. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı yaşadığı (abonent kodu: **********00104) ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə Cavabdeh tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından, 36 manat borc abonent İddiaçı düzgün tətbiq edilmişdir. İddiaçı iddiasının 1244,16 manat məbləğində qaldırılması nəzərə alındığında onun qismən, yəni 1208,16 manat hissəsində (1244,16-36) təmin edilməsi məhkəmənin qənaətinə görə məqbuldur. Eləcə də, Cavabdeh iddiası 36 manat maddi zərərin tutulması hissədə əsaslıdır və bu miqdarda təmin edilməlidir. Bundan başqa, abonentin saldosu üzrə məlumatlardan görünür ki, İddiaçı Birliyə 2023-cü ilin fevral-sentyabr ayları üzrə 114,4 manat debitor borcu vardır. Bu borc istehlak edilmiş təbii qazın dəyəri olduğundan həmin vəsait İddiaçı tutulub Cavabdehnə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi İddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Hər iki iddia qismən təmin edilsin. İddiaçı yaşadığı (abonent kodu: **********00104) Abşeron rayonu Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına dair hesablanmış 1208,16 manat borc silinsin. İddiaçı (abonent kodu: **********00104) ziyana görə 36 manat, debitor borcu kimi 114,4 manat olmaqla, cəmi 150,4 manat və dövlət rüsumu kimi 15 manat pul tutularaq Cavabdeh hesabına ödənilsin. Hər iki iddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-600/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-600/2024
19.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver