Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6024/2021 11.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, JN-273A saylı, 30801006 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin AZ-İİ № 176262 saylı ölüm haqqında şəhadətnamədə göstərilən X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X8 ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, anası-Ərizəçi ona məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.14 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Həmin qurum tərəfindən 04.03.2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilmişdir ki, JN-273A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahiblərinin soyad və ata adı ilə vətəndaşın şəxsiyyət vəsiqəsində qeyd edilən soyad və ata adı arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-273A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibi “X15" göstərilməsinə baxmayaraq şəxsiyyəti təsdiq edən sənəddə “X9” kimi qeyd edilmişdir. X9 ərizəçinin həyat yoldaşı, onun isə atası olmuşdur. O, 17.04.2021-ci il tarixdə vəfat etmişdir. Bütün bunlara əsasən də ərizəçinin müraciətindən imtina edilmişdir. Qeyd edilən bildiriş təqdim edildikdən sonra şifahi olaraq məsələnin həllindən ötrü məhkəməyə müraciət edilməsi izah edilmiş, bu səbəbdən də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN- 273A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əsli Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən itirilmişdir. Elə buna görə də şəhadətnamənin surətinə “Arxivdə saxlanılan nüsxə ilə eynidir” möhürü vurulmuşdur. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 185.5 maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1. maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1 və 76.2. maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Ərizəçi, həmçinin mərhum X9 ilə onun qohumluq münasibətləri var. Həmçinin, yaxın qonşu kimi mehriban qonşuluq münasibətləri olmuşdur. Eyni zamanda, ərizəçi onun anası tərəfindən ona qohum düşdüyündən bu səbəbdən də bilir ki, ərizəçinin həyat yoldaşının soyadı “Əsgərov” deyil, “Ələskərov”, atasının adı isə “Naz” deyil, “Namaz”-dır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Ərizəçi onun mərhum qardaşının həyat yoldaşıdır. Onun iki qardaşı X9 və X6 vardır. Hüseyn adlı qardaşı 20 yaşında, Həsən adlı qardaşı isə 55 yaşında vəfat etmişdir. Torpağın mülkiyyət şəhadətnaməsində qardaşının soyadı Əsgərov ata adı isə Naz kimi yazılması səhvdir. Qardaşının adı Həsən, soyadı Ələsgərov, ata adı isə Namazdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir: -Ermənistan Sovet Sosialist Respublikası Yexeqnadzor rayonu Yexeqiz kəndi tərəfindən verilmiş 21.04.1986-cı il tarixli И-СЛ № 447038 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 ilə Ərizəçi 28.02.1986-cı il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2 nömrəsi ilə qeyd edilmişdir. -03.06.2004-cü il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN-273A saylı 30801006 kod nömrəli şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 04.08.1997-ci il tarixli 249 nömrəli qərarı ilə verilmiş Abşeron rayonu Xırdalan qəsəbəsində yerləşən 0.14 ha sahəsi Abşeron rayon Xırdalan qəsəbə sakini X11 mülkiyyətinə verilmiş və 2578 nömrə ilə qeydə alınmışdır. -Abşeron Rayonu İcra Hakimiyyəti Başçısının Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09.02.2021-ci il tarixli 164 saylı arayışdan görünür ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci il tarixli, 249 saylı qərarı ilə ayrılmış 0,14 ha torpaq sahəsi Torpağın mülkiyyətə verilməsinə dair JN-273A, Kod 30801006 nömrəli şəhadətnamə səhv yazıldığına görə X2 oxunmalıdır. -Maraqlı şəxs tərəfindən verilmiş 04.03.2021-ci il tarixli **********79 saylı məktubdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən X4 məxsus 0.14 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 10 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətə baxılmışdır. Aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş ləğv edilmiş DT və XK tərəfindən verilmiş JN-273A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahiblərinin soyad və ata adı ilə vətəndaşın şəxsiyyət vəsiqəsində qeyd edilən soyad və ata adı arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, ləğv edilmiş DT və XK tərəfindən verilmiş JN-273A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibi “X15” göstərilsə də, şəxsiyyəti təsdiq edən sənəddə “X9” kimi qeyd edildiyi aşkar edilmişdir. Bundan başqa, sözügedən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə şərait yaradılmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. -Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23.04.2021-ci il tarixli AZ-İİ № 176262 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 17.04.2021-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 559 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Abşeron RPŞ tərəfindən 21.12.2015-ci il tarixdə verilmiş AZE № 15102125 seriyalı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 13-cü küçə döngə 4, 81 saylı evdə qeydiyyatda olmuşdur. -Abşeron RPŞ tərəfindən 02.10.2013-cü il tarixdə verilmiş AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 13-cü küçə döngə 4, 81 saylı evdə qeydiyyatdadır. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini, eyni zamanda məhkəmə iclasında tədqiq olunmuş sənədləri qiymətləndirərək belə nəticəyə gəlir ki, ərizəçinin nümayəndəsinin göstərdiyi və təqdim olunmuş sənədlər bir-birini tamamlayır və təsdiq olunur ki, 03.06.2004-cü il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN-273A saylı 30801006 kod nömrəli şəhadətnaməyə əsasən Abşeron rayon Aqrar İslahat Komissiyasının 04.08.1997-ci il tarixli 249 nömrəli Qərarı ilə 0.14 ha torpaq sahəsinin verildiyi mülkiyyətçi qismində Abşeron rayon Xırdalan qəsəbə sakini “X15” qeyd edildiyi halda, həmin şəxsin adı Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23.04.2021ci il tarixli AZ-İİ № 176262 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, “X9” kimi qeyd edilmişdir. Bu isə, “X15”nun “X9” ilə eyni şəxs olması faktını tam olaraq təsdiqləyir. Bu fakt eyni zamanda şahid ifadələri ilə və məhkəmə iclasında tədqiq edilən digər sənədlərlə də bir daha sübuta yetirilir. Beləliklə, məhkəmə hesab edir ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 04.08.1997-ci il tarixli 249 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-273A saylı 30801006 kod nömrəli 03.06.2004-cü il tarixli şəhadətnamədə göstərilən “X15”nun “X9” ilə eyni şəxs olması öz təsdiqini tapdığından, Torpağın mülkiyyətə verilməsinə dair JN-273A saylı 30801006 kod nömrəli 03.06.2004-cü il tarixli şəhadətnamənin 23.04.2021ci il tarixli AZ-İİ № 176262 saylı ölüm haqqında şəhadətnaməyə əsasən “X9”na məxsus olması faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin:
76. maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.11. maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir.
308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Abşeron rayon Aqrar İslahat Komissiyasının 04.08.1997-ci il tarixli 249 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-273A saylı 30801006 kod nömrəli 03.06.2004cü il tarixli, 2578 nömrə ilə qeydiyyata alınmış şəhadətnamənin “X9”na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov