Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6061/2025 14.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh «Azərişıq” ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azərişıq” ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hesablanmış 334 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, O, xx.xx.2025-ci ildə Məhər Muxtarovdan notariat kontorunda rəsmi alqı-satqı edərək almış,xx.xx.2025-ci il tarixdə Abşeron rayon DƏDRX-dən mənzilə çıxarış almışdır. Azəriqaz və azərsu sayğaclarını öz adına rəsmiləşdirmiş, bir neçə dəfə azərişıq Xırdalan Elektrik sahəsi Abşeron RETSİ-yə müraciət etsədə,lakin onlar mənzildə olan sayğacı onu adına rəsmiləşdirmirlər. Ondan əsassız olaraq keçmiş mülkiyyətçinin borunu 334 manatı tələb edirlər. İddiaçı fərdi yaşayış evində istifadə etdiyi elektrik enerjisinin pulunu 25,48 manat pulu ödəmişdir. Keçmiş borcun tələb edilməsi tamamilə əsassızdır.Borc 3 il ərzində alınmadısa həmin borcu tələb etmək əsassızdır. Onun mülkiyyət hüquqlarını pozduğunu qeyd etmişdir. İddiaçı hesab edir ki, borc vaxtında ondan əvvəlki mülkiyyətçidən alınmalıdır. Bu baxımdan da həmin qalır borc silinməlidir və bundan sonra fərdi yaşayış evinə olan sayğacı öz adına rəsmiləşdirməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi xahiş edilir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bununla belə, o, məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı hesablamış 334 manat məbləğində borcun silinməsinə dair iddia tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ,0295042 nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Hüseyn Arif küçəsi,döngə 1,dalan 3,ev 24 X3 mülkiyyətində olmuşdur. Daşınmaz əmlakın 3 iyun 2025-ci il ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 rayonu,Xırdalan şəhəri,Hüseyn Arif küç,döngə-1,dalan-3,ev 24 ünvanında yerləşən mənzili alıcı İddiaçı satmışdır. Abunə haqqında vərəqənin surətindən görünür ki, Abşeron rayonu,Xırdalan şəhəri,Hüseyn Arif küç,döngə-1,dalan-3,ev 24 saylı evə dair X2 334 manat məbləğində borcu mövcuddur. İş materiallarından görünür ki, Abşeron rayonu,Xırdalan şəhəri,Hüseyn Arif küç,döngə-1,dalan-3,ev 24 ünvanında yerləşən mənzil hazırda İddiaçı mülkiyyətindədir. İş materiallarından görünür ki, "xxxx" ASC-nin elektron məlumat bazasında X2 adına qeydiyyatda olan **********15321 saylı kod üzrə 2022-ci ildən öncə yaranmış 334 manat borc abonentin məlumat vərəqində tələb edilməyən borclar qrafasına yerləşdirilmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 5.3.2-ci bəndinə əsasən cərəyan kabelə daxil olduqda enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilib. Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərinə düşür. “Qaydalar”ın 7.10-cu bəndinə əsasən yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərilə hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. “Qaydalar”ın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi məsuliyyət daşıyır. “Qaydalar”ın 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. “Qaydalar”ın 8.32-ci “a” bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. “Qaydalar”ın 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu,Xırdalan şəhəri,Hüseyn Arif küç,döngə-1,dalan-3,ev 24 dair elektrik sayğacı üzrə hazırda "xxxx" ASC-nin elektron məlumat bazasında evin əvvəlki mülkiyyətçisi X3 atasının adına qeydiyyatda olan **********15321 saylı kod üzrə 2022-ci ildən öncə yaranmış 334 manat borc abonentin məlumat vərəqində tələb edilməyən borclar qrafasına yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, silinməsi xahiş edilən borc cavabdeh tərəfindən tələb edilməyən borc kateqoriyasına aid edilsə də, abonentin hesabına daxil edildiyindən silinməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Abşeron rayonu,Xırdalan şəhəri,Hüseyn Arif küç,döngə-1,dalan-3,ev 24 dair X2 adına olan elektrik sayğacı üzrə (abonent kodu: **********15321) hesablanmış 334 manat borc silinməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanına dair X2 adına olan elektrik sayğacı üzrə (abonent kodu: **********15321) hesablanmış 334 manat borc silinsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-6061/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6061/2025
14.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver