Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-607/2025 08.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi sənədin şəxsə məxsus olması faktının təsdiq olunmasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon X9 İK-nin 259 nömrəli, xx.xx.1990-cı il tarixli qərarının və həmin qərarın əsasında verilmiş Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə dair 14513 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, maraqlı şəxs olan orqana adına olan Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Ona cavab olaraq bildirilmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş 14513 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsində göstərilən hüquq sahibinin soyadına münasibətdə uyğunsuzluq aşkar edilmişdir. Belə ki, 14513 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsində hüquq sahibi “X5” göstərildiyi halda şəxsiyyət vəsiqəsində müvafiq olaraq “Ərizəçi Talib oğlu” kimi qeyd edildiyi aşkar edilmişdir. Eyni zamanda o, maraqlı şəxs olan orqana 14513 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsində göstərilən yanlışlığın aradan qaldırılması ilə bağlı müraciət etsə də, 4 saylı Abşeron Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli, 3-21-3-32/2-T-0038-35/24 saylı bildiriş məktubu ilə göstərilən sənədlərdə olan yanlışlığın düzəldilməsinin onun səlahiyyəti xaricində olmasını əsas kimi göstərərək müraciətin icrasından imtina ertmişdir. Qeyd olunan yanlışlığın olması ərizəçinin nöqsanı deyil, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin nöqsanıdır. Göstərilən hallara görə o, 14513 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinin ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məlumat üçün bildirir ki, 14513 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi adına Abşeron rayon X9 İK-nin 259 nömrəli, xx.xx.1990-cı il tarixli qərarına əsasən verilmişdir. Odur ki, hər iki sənədin ona məxsus olması faktın müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6. maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcədə şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin məcəllənin 62.1 maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmədə şahid qismində ifadəsi alınmış X8 göstərmişdir ki, Ərizəçi onun doğma əmisidir. Əmisinin Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində evi vardır. Həmin evin sənədi də mövcuddur. Lakin evin sənədində əmisinin soyadı Əmikişiyev əvəzinə səhvən Alıkişiyev kimi göstərilmişdir. Odur ki, onların və eləcə də əmisinin soyadı Əmikişiyevdir. Məhkəmədə şahid qismində ifadəsi alınmış X1 göstərmişdir ki, o, Ərizəçi ilə 36 ildir ki, qonşudur. O, qeyd edilən sənəddə necə yazıldığını bilmir. Lakin illərdir ki, o, ərizəçini Əmikişiyev soyadı ilə tanıyır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir: -Abşeron RPŞ tərəfindən xx.xx.2010-ci il tarixdə verilmiş AZE № 0******* Seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1937-ci il tarixdə Ermənistan, Sisian rayonunda anadan olmuşdur, Abşeron rayonu, Masazır kəndi ünvanında qeydiyyatdadır. -Abşeron Rayon XDC İcraiyyə Komitəsinin 28 sentyabr 1990-cı il tarixli, 259 saylı qərarından çıxarışdan görünür ki, vətəndaş X3 0,10 hektar ilə fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsi aldırması haqqında Abşeron rayon suvarma istehsalat birliyinin 11 noyabr 1988-ci il tarixli, 65 №-li əmri nəzərə alınmış, vətəndaşa həmin torpaq sahəsində 60 kv.m ölçüsündə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. -Abşeron Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron Rayon XDC İcraiyyə Komitəsinin 28 sentyabr 1990-cı il tarixli, 259 saylı qərarı ilə Abşeron rayonu, Masazır kəndində yerləşən 4 yaşayış otaqlı, yaşayış sahəsi 76 m2, köməkçi sahəsi 67,6 m2 olan ev şəxsi mülkiyyət hüququ əsasında X2 adına 14513 nömrəli reyestr kitabında 338 inventar nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsindən xx.xx.2024-cü il tarixdə X7 ünvanlanmış bildirişdən görünür ki, Abşeron rayonu, Masazır kəndiridə yerləşən etibarnamə üzrə nümayəndə olduğu Ərizəçi Talib oğluna məxsus fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması i!ə bağlı 29 avqust 2024-cü il tarixli müraciətə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri’ publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Bildirir ki, hüquq sahibinin adına dəyişikiik və düzəlişlərin aparılması idarənin səlahiyyətləri xaricindədir. Bu səbəbdən məhkəməyə müraciət etməyi məqsədə müvafiq hesab olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında’ Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. Beləliklə məhkəmə iclasında işin araşdırılan hallarına görə müəyyən olunmuşdur ki, Abşeron Rayon XDC İcraiyyə Komitəsinin 28 sentyabr 1990-cı il tarixli, 259 saylı qərarında Abşeron Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsində hüquqi sahib “X6” göstərilməsinə baxmayaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində “Ərizəçi” olduğu müəyyən edilmiş, bu səbəbdən də “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri’ publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində ərizənin icrası mümkün olmamışdır. Ərizəçi hazırda sənədin ona məxsus olması faktının təsdiq olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hallardan məlum olmuşdur ki, Azərbaycan SSR Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1990-cı il tarixli, 259 saylı qərarında və Abşeron Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsində mülkiyyəçi “X6” kimi göstərilmişdir. Lakin Abşeron RPŞ tərəfindən xx.xx.2010-ci il tarixdə verilmiş AZE № 0******* Seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin soyadı, adı və ata adı Ərizəçi kimi göstərilmişdir. Göründüyü kimi qərardan çıxarışda və qeydiyyat vəsiqəsində Mürvət Talıb oğlunun soyadı Əlikişiyev göstərilsə də şahidlərin ifadəsindən və şəxsiyyət vəsiqəsindən məlum olur ki, qeydiyyat vəsiqəsində Mürvət Talıb oğlunun soyadı yazılarkən şəxsiyyəti təsdiq edən sənədə əsasən Əmikişiyev deyil, səhvən Əlikişiyev yazılması öz təsdiqini tapır. Bu isə X2 Ərizəçi ilə eyni şəxs olması faktını tam olaraq təsdiqləyir. Beləliklə məhkəmə hesab edir ki, Abşeron Rayon XDC İcraiyyə Komitəsinin 28 sentyabr 1990-cı il tarixli, 259 saylı qərarı və Abşeron Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsində hüquq sahibi kimi göstərilən “X6” nun Abşeron RPŞ tərəfindən xx.xx.2010-ci il tarixdə verilmiş AZE № 0******* Seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə uyğun olaraq “Ərizəçi” ilə eyni şəxs olduğundan, həmin sənədin Ərizəçi olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsində göstərilir ki, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron Rayon XDC İcraiyyə Komitəsinin 28 sentyabr 1990-cı il tarixli, 259 saylı qərarı və Abşeron Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsində hüquq sahibi kimi göstərilən “X6” nun Abşeron RPŞ tərəfindən xx.xx.2010-ci il tarixdə verilmiş AZE № 0******* Seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə uyğun olaraq “Ərizəçi” ilə eyni şəxs olduğundan, həmin sənədin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-607/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-607/2025
08.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver