Məhkəmə qərarları › İş №2(012)-6089/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6089/2025

26.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6089/2025 26.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsi, Babək küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********04430 olan sayğaca qanunsuz olaraq hesablanmış 9223.22 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Babək küçəsi, ev 1 ünvanda yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********04430 olan qaz sayğacından istifadə edir. İstifadə etdiyi sayğacın abonent kodu iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdeh əməkdaşları tərəfindən təbii X1nın pozulmasına görə iddiaçıya məxsus abonent kodu **********04430 olan sayğaca onun xəbəri və iştirakı olmadan baxış keçirilmiş və xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədə fərdi yaşayış evində (müəssisədə, istixanada) “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə təbbi qazdan aşkar olduğu qeyd olunmuşdur. Cavabdeh İB-nin əməkdaşları bilərəkdən abonent kodu **********04430 olan sayğaca qərəzli olaraq cərimə aktı yazmışlar. Sözügedən akt qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Belə ki, qonşunun istifadə etdiyi qaz sayğacı ilə iddiaçının istifadə etdiyi qaz sayğacı ilə yanaşı olduğundan səhvən akt iddiaçının adına tərtib edilmişdir. Nə iddiaçı, nə də ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, borc ona məxsus deyil, başqa şəxsə məxsus sayğaca yazılmışdır. Əlavə olaraq tərəfindən Cavabdeh İB-nin əməkdaşlarına evə baxış keçirilməsinə dair müraciət də olunmuşdur. Kənar xətt qonşuya məxsusdur. Debitor borcu da var, yoldaşının pensiyasından ödənişlər edir, bir az gecikmələr olur. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq izahatında və xx.xx.2026-cı il tarixli etirazında bildirmişdir ki, müxtəlif illərdə iddiaçıya məxsus Abşeron rayonu, Fatmayı kəndində yerləşən fərdi yaşayış evinin qaz təsərrüfatına baxış keçirilən zaman sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə etməsi faktları aşkarlanmışdır. Qaz xəttinə qanunsuz qoşulms faktları barədə Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2023cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, 30.01,2024cü il tarixli, ******* saylı, xx.xx.2024-cü il tarixli, ******* saylı aktlar tərtib edilmişdir. Yuxarıda qeyd olunan aktlar əsasında - ümumilikdə 10428.84 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmış və iddiaçının abonent hesabına daxil edilmişdir. Hal-hazırda iddiaçının təbii qazdan istifadəyə görə yaranmış faktiki borcu 12946.02 manat təşkil edir və iddiaçının istifadəsində olan **********04430 saylı abonent saldosunda öz əksini tapmışdır. İddiaçı tərəfindən irəli sürülmüş arqumentlərin faktiki və hüquqi əsasları yoxdur. Belə ki, təqdim olunmuş materiallar və tərtib edilmiş aktlar əsasında müəyyən edilir ki, iddiaçı tərəfindən müxtəlif dövrlərdə sayğacdan kənar, yəni qaz paylayıcı sisteminə qanunsuz qoşulma halları baş vermişdir. Bu hallar barədə Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq qaydada aktlar tərtib olunmuş, qanunsuz sərf edilmiş qazın həcmi – 10428.84 manat itirilmiş qazın hesabarı aparılmış və iddiaçının abonent hesabına daxil edilmişdir. İş materialları və təqdim olunmuş sənədlərdən tam aydın olur ki, iddiaçı müxtəlif dövrlərdə sayğacdan kənar, yəni qeyri-qanuni qoşulma yolu ilə təbii qazdan istifadə etmişdir. Beləliklə, iddiaçı faktiki olaraq öz qanunsuz davranışının nəticəsində yaranan ziyanın silinməsini tələb edir. İddiaçının dedikləri yalnız məsuliyyətdən yayınmaq məqsədi daşıyan subyektiv bəhanə xarakteri daşıyır. Hüquqi münasibətlərdə subyektiv bəhanə və yaxud emosional arqumentlər hüquqi sübut dəyərinə malik deyil. Cavabdeh tərəfindən iddiaçı barəsində heç bir inzibati xəta və ya cinayət tədbiri görülməmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Cavabdeh tərəfindən tərtib edilən “Təbii X1nın pozulması” haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, **********04430 abonent kodlu sayğaca baxış zamanı kənar xətdən istifadə edildiyi aşkarlanmış, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. -“Dəymiş ziyanın bərpasına dair” xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün 52704 m3 sərfiyyat hesablanmışdır. -Cavabdeh tərəfindən tərtib edilən “Təbii X1nın pozulması” haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, **********04430 abonent kodlu sayğaca baxış zamanı sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkarlanmış, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. -“Dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün 7344 m3 sərfiyyat hesablanmışdır. -Cavabdeh tərəfindən tərtib edilən “Təbii X1nın pozulması” haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, **********04430 abonent kodlu sayğaca baxış zamanı sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkarlanmış, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. -“Dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün 3960 m3 sərfiyyat hesablanmışdır. -Cavabdeh tərəfindən tərtib edilən “Təbii X1nın pozulması” haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, **********04430 abonent kodlu sayğaca baxış zamanı sayğacdan kənar qaz xətti aşkarlanmış, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. -“Dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün 3960 m3 sərfiyyat hesablanmışdır. -Cavabdeh tərəfindən tərtib edilən “Təbii X1nın pozulması” haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, **********04430 abonent kodlu sayğaca baxış zamanı sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkarlanmış, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. -“Dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün 3384 m3 sərfiyyat hesablanmışdır. -Cavabdeh tərəfindən tərtib edilən “Təbii X1nın pozulması” haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, **********04430 abonent kodlu sayğaca baxış zamanı sayğacdan kənar xətt aşkarlanmış, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. -“Dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün 3024 m3 sərfiyyat hesablanmışdır. -Cavabdeh tərəfindən tərtib edilən “Təbii X1nın pozulması” haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, **********04430 abonent kodlu sayğaca baxış zamanı sayğacdan kənar xətt aşkarlanmış, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. -“Dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün 1368 m3 sərfiyyat hesablanmışdır. -Cavabdeh tərəfindən tərtib edilən “Təbii X1nın pozulması” haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, **********04430 abonent kodlu sayğaca baxış zamanı sayğacdan kənar xətt aşkarlanmış, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. -“Dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün 2448 m3 sərfiyyat hesablanmışdır. -Cavabdeh tərəfindən tərtib edilən “Təbii X1nın pozulması” haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, **********04430 abonent kodlu sayğaca baxış zamanı sayğacdan kənar qaz xətti aşkarlanmış, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. -“Dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün 1656 m3 sərfiyyat hesablanmışdır. -Cavabdeh tərəfindən tərtib edilən “Təbii X1nın pozulması” haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, **********04430 abonent kodlu sayğaca baxış zamanı sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkarlanmış, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. -“Dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün 1800 m3 sərfiyyat hesablanmışdır. -Cavabdeh tərəfindən tərtib edilən “Təbii X1nın pozulması” haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, **********04430 abonent kodlu sayğaca baxış zamanı sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkarlanmış, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. -“Dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün 1800 m3 sərfiyyat hesablanmışdır. -Cavabdeh tərəfindən tərtib edilən “Təbii X1nın pozulması” haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, **********04430 abonent kodlu sayğaca baxış zamanı sayğacdan kənar xətdən qeyri-qanuni istifadə edildiyi aşkarlanmış, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. -“Dəymiş ziyanın bərpasına dair” xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2024-cü il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün 1656 m3 sərfiyyat hesablanmışdır. -Cavabdeh tərəfindən tərtib edilən “Təbii X1nın pozulması” haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, **********04430 abonent kodlu sayğaca baxış zamanı sayğacdan kənar xətt aşkarlanmış, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. -“Dəymiş ziyanın bərpasına dair” xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2024-cü il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün 1803 m3 sərfiyyat hesablanmışdır. -İddiaçı adına olan **********04430 abonent kodlu saldonun surətindən görünür ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə qalıq və aktlar üzrə kateqoriyası üzrə 2022-ci ilin dekabr ayına 6324.48 manat, 2023-cü ilin fevral ayına 881.28 manat, mart ayına 475.20 manat, aprel ayına 475.20 manat, may ayına 406.08 manat, iyun ayına 362.88 manat, iyul ayına 164.16 manat, sentyabr ayına 293.76 manat, oktyabr ayına 198.72 manat, noyabr ayına 216 manat, dekabr ayına 216 manat, 2024-cü ilin yanvar ayına 198.72 manat, fevral ayına 216.36 manat məbləğində borc hesablanmışdır. -Bakı Regional Qazın Satışı Departamenti tərəfindən İddiaçı ünvanlanmış 14-2-2-4/2- K-341 -42/2023-2927 saylı cavab məktubundan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanda yerləşən istehlakçı kodu adına olan mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunması aşkar olunaraq bu barədə müxtəlif vaxtlarda “Təbii X1nın pozulması haqqında” aktlar tərtib edilərək ümumilikdə 9089.28 manat dəymiş ziyan hesablanmışdır. xx.xx.2023-cü il tarixə 9223.22 manat borc yaranmış və tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Lakin məsələyə dair tərəflər arasında qarşılıqlı anlaşmanın əldə edilməsi mümkün olmadığı halda Müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda; istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə; məhkəmənin qərarı ilə; dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında qazın verilməsini dayandıra bilər. 13-cü maddəsinin 8-ci bəndinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçıya 10428.84 manat məbləğində cərimə onun sayğacından kənar təbii qazdan istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2024-cü il tarixli, ******* nömrəli və xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktlara əsasən tətbiq edilmişdir. Lakin iddiaçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini iddiaçıdan tələb etməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, abonentin qaz xəttinə qanunsuz qoşulma halı aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Abonentin qazın talanmasında təqsirli olması öz təsdiqini tapdıqdan sonra həmin orqan vurulmuş zərəri istehlakçıdan tələb edə bilər. Hazırkı mülki iş üzrə iddiaçıya məxsus ünvanda qazdan sayğacdan kənar qanunsuz istifadə halı əsas gətirilərək aktlar tərtib edilsə və həmin aktlar abonentə təqdim edilsə də, iddiaçı tərəfindən qazın talanması faktı öz təsdiqini tapmadan qaz paylayıcısı yazılmış cəriməni istehlakçıdan tələb etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etmədiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurmadığından cavabdeh qarşısında məsuliyyət daşımır. Məhkəmə hazırki iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını nəzərə alaraq Cavabdeh İB tərəfindən hesablanan məbləğində istehlakçıdan tələb edilməsini ağlabatan mühakimə hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən silinməsi tələb olunan 9223.22 manat borc məbləğin yarandığı tarixə, yəni 2023-cü ilin avqust ayına qədər iş materiallarına əlavə edilmiş aktlara əsasən hesablanmış ümumilikdə 9089.28 manat (6324.48 manat + 881.28 manat + 475.20 manat + 475.20 manat + 406.08 manat + 362.88 manat + 164.16 manat) borc silinməli, qalan hissədə isə, yəni iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən, həmçinin işin araşdırılmış halları ilə müəyyən edilmədiyindən və debitor borclara aid edildiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə bu qənaətə gələrkən qeyd edir ki, iddiaçının silinməsini xahiş etdiyi ümumilikdə 9223.22 manat borcun 9089.28 manat hissəsi ona aktlar əsasında yazılmış cərimə məbləği olduğuna görə silinməli, 133.44 manat pul isə debitor borc olduğu üçün bu hissədə iddia təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı 2023-cü ilin sentyabr ayına qədər olan olan borclar barədə iddia qaldırdığından 2023-cü ilin sentyabr ayı da daxil olmaqla, ondan sonrakı müddətdə iddiaçı barəsində Cavabdeh İB tərəfindən yazılmış aktlara hüquqi qiymət verilmir. Belə ki, Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi həmin halları sübut edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hazırki mübahisə üzrə sübutetmə yükü onun üzərinə düşürdü. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı ünvan 1 (Abşeron rayonu, Hökməli qəsəbəsi, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına dair xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktlara əsasən hesablanmış ümumilikdə 9089.28 manat (6324.48 manat + 881.28 manat + 475.20 manat + 475.20 manat + 406.08 manat + 362.88 manat + 164.16 manat) borc silinməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarda dövlət rüsumu tutulmalıdır. 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən ödənilməli olan 110.89 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən iddiaçıya məxsus abonent kodu **********04430 olan sayğaca xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktlar əsasında itirilmiş qazın bərpası üçün hesablanmış 9089.28 manat manat məbləğində cərimə silinməli, ödənilməli olan 110.89 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abonent kodu **********04430 olan sayğaca Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktlara əsasən hesablanmış 9089.28 manat məbləğində borc (cərimə) vəsaiti Cavabdeh tərəfindən İddiaçı məxsus **********04430 saylı abunə hesabından silinsin. Məhkəmə xərcləri Cavabdehnə aid edilsin, iddia tələbi üzrə ödənilməli olan 110.89 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar