Məhkəmə qərarları › İş №2(012)-609/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-609/2022

01.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-609/2022 01.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı ünvan 1 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evinə (tərtib edilmiş sənədlərdə Mehdiabad kəndi, ev 0, mənzil 135 kimi göstərilmişdir) quraşdırılmış qaz sayğacına müdaxilə edilməsi barədə Cavabdeh tərəfindən tərtib edilmiş 30.10.2019-cu il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında ona əsassız hesablanmış 464,40 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə AR ƏMDK yanında DƏDRX tərəfindən 26.02.2019-cu il tarixli, RX seriyalı, ******* saylı çıxarış verilmişdir. 07.03.2019-cu il tarixdə iddiaçı həmin evə köçmüş və həmin vaxtdan daimi olaraq orada yaşayır. 13.07.2019-cu il tarixdə iddiaçı Cavabdeh ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalamış, yaşadığı ünvan 1 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evinə (tərtib edilmiş sənədlərdə Mehdiabad kəndi, ev 0, mənzil 135 kimi göstərilmişdir) iddiaçıdan əvvəlki mülkiyyətçi yaşadığı dövrdə quraşdırılmış qaz sayğacı çıxarılmış və yeni qaz sayğacı quraşdırılmışdır. Bu barədə 13.07.2019-cu il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib edilmişdir. Həmin vaxtdan sonra iddiaçı 1 il ərzində yaşadığı evdə olan qaz sayğacından heç bir maneə olmadan istifadə etmiş və qaz kartına ödənişlər etmişdir. Təxminən 2020-ci ilin ortalarında iddiaçıya məxsus qaz kartına pul yükləyərkən pul məbləğinin bir hissəsinin silindiyini aşkar etmişdir. Buna görə də iddiaçı 22.12.2020-ci il tarixdə Cavabdehnə müraciət etmiş və hesabında (**********01350) yaranmış borcun araşdırılması barədə məlumat verilməsini xahiş etmişdir. Müraciətə baxılması barədə iddiaçıya 28.12.2020-ci il tarixli. SOCAR**********30560046X02419 saylı məktub ünvanlanmışdır. Həmin məktubda göstərilmişdir ki, “ona məxsus mənzilin qaz xəttinin üzərində quraşdırılmış G-6 markalı, srııart itroıı tipli 1002AQ **********5 zavod nömrəli qaz sayğacı 13.07.2019-cu il tarixli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt əsasında dəyişdirilərək yeni G-4 markalı, smart itron tipli **********9 saylı qaz sayğacı ilə əvəzlənmiş və yoxlamaya göndərilmişdir. Metrologiya Departamentinin 03.10.2019-cu il tarixli, MSK 29/1710-02164 saylı aktında “sayğacın çıxış plasmas borusu deşilib” qeyd edilmişdir. Laboratoriyanın rəyinə əsasən 30.10.2019-cu il tarixli, ******* saylı “Təbii X6nın pozulması haqqında” akt tərtib olunaraq 464.40 manat məbləğində dəymiş ziyan hesablanmışdır”. Sonradan həmin sənədlərin surətləri iddiaçıya təqdim edilmişdir. 30.10.2019-cu il tarixli, ******* saylı “Təbii X6nın pozulması haqqında” aktın surətindən görünür ki, 13.07.2019-cu il tarixdə həmin qaz sayğacına baxış keçirilmiş, qaz sayğacı yeni qaz sayğacı ilə əvəz edilmiş, çıxarılmış qaz sayğacı yoxlanılması üçün laboratoriyaya göndərilmiş, Metrologiya Departamenti tərəfindən 03.10.2019-cu il tarixli, MSK 29/1710-02164 saylı akt tərtib edilmiş və həmin aktda “sayğacın çıxış plasmas borusu deşilib” sözləri qeyd edilmiş, aktda isə “sayğacın çıxış plastmas borusu deşilib. Sayğacın gövdəsi üst hissədən korroziyaya uğrayıb” sözləri qeyd edilmiş və iddiaçının guya qaz sayğacına müdaxilə etməyi əsas götürülməklə 4644 m3 itirilmiş təbii qaz hesablanmış və 464,40 manat məbləğində dəymiş ziyan hesablanmış və bu barədə 30.10.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmişdir. Hesab edir ki, '’Azəriqaz" İstehsalat Birliyi tərəfindən iddiaçıya itirilmiş təbii qaza görə 464,40 manat məbləğində dəymiş ziyanın hesablanması qanunsuz və əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, ''Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş 30.10.2019-cu il tarixli, ******* saylı aktda 1002AQ**********5 nömrəli qaz sayğacına baxış keçirilərkən MSK 29/1710-02164 saylı rəyə əsasən qaz sayğacına müdaxilə edildiyinin aşkar edildiyi, bundan sonra sayğacın çıxarılaraq laboratoriyaya göndərildiyi, laboratoriyada yoxlama zamanı sayğacın sayğacın çıxış plastmas borusunun deşildiyi, sayğacın gövdəsinin üst hissədən korroziyaya uğradığının aşkar edildiyi, bundan sonra akt tərtib edildiyi göstərilmişdir. "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən iddiaçının yaşadığı ünvan 1 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evinə (tərtib edilmiş sənədlərdə Mehdiabad kəndi, ev 0, mənzil 135 kimi göstərilmişdir) quraşdırılmış qaz sayğacına baxış keçirilərkən heç bir müdaxilə aşkar edilməmiş, sayğacda olduğu göstərilmiş müdaxilələrin laboratoriyada müəyyən olunduğu göstərilmiş, bundan sonra 30.10.2019-cu ıl tarixdə tərtib edildiyi göstərilən akt iddiaçıya təqdim edilməmiş və iddiaçının həmin aktı imzalamaqdan imtina etməyi barədə göstərilənlər əsassızdır. Həmin tarixdə iddiaçıya heç bir akt təqdim edilməmişdir. Həmçinin qeyd edir ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 30.10.2019-cu il tarixli, ******* saylı aktda ünvan 1 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evinə (tərtib edilmiş sənədlərdə Mehdiabad kəndi, ev 0, mənzil 135 kimi göstərilmişdir) quraşdırılmış qaz sayğacında laboratoriya yoxlaması nəticəsində aşkar edilmiş sayğacın çıxış plastmas borusu deşilməsinin iddiaçının tərəfindən edilməsinin necə müəyyən edildiyi göstərilməmiş, bundan başqa “sayğacın gövdəsinin üst hissədən korroziyaya uğramasının” qaz ilkisinə necə səbəb ola biləcəyi əsaslandırılmamışdır. "Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz sayğacına və ya qaz xəttinə onun tərəfindən qanunsuz müdaxilə və təbii qazdan qanunsuz istifadə faktları sübuta yetirilmədən və heç bir əsas olmadan iddiaçıya itirilmiş təbii qaza görə pul məbləği hesablanmışdır. Hazırkı iş üzrə sübutetmə vəzifəsi Cavabdeh üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilinəsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş hallan sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. "Azəriqaz” İstehsalat Birliyi zərərin iddiaçının qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və iddiaçının təqsirli olmağını sübuta yetirməlidir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X4 məhkəmədə izahatında və iddia ərizəsinə etirazda bildirdi ki, İddiaçı «aktın ləğv edilməsi və borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, yaşadığı ünvan 1 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına müdaxilə edilməsi barədə Cavabdeh İB tərəfindən tərtib edilmiş 30.10.2019-cu il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında ona hesablanmış 464,40 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirir ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********01350 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 1002AQ**********5 nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” MSK-29/1710-02164 saylı akta əsasən sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar olunmuşdur. Həmin faktla bağlı 30.10.2019-cu il tarixli, ******* saylı “Təbii X6nın pozulması haqqında” akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. 30.10.2019-cu il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 4644 m3 təşkil etmişdir. Hesablanmış 464,40 manat məbləğində dəymiş ziyan 2019-cu ilin dekabr ayından abonentin koduna yerləşdirilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X6”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildirir ki, **********01350 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısma dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)”. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən “Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir”. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən “Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiz ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca guya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiz ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan təbii X6nın pozulması haqqında 30.10.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********01350 olan sayğaca baxış keçirilən zaman aşkar olunmuşdur ki, 29/1710- 02164 rəyinə əsasən, 1002AQ**********5 sayğacın çıxış plastmas borusu deşilmişdir. Sayğacın gövdəsi üst hissəsindən korroziyaya uğramışdır. İş materiallarında olan İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı ümumilikdə 464,40 manat borc hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı əsassız olaraq 30.10.2019-cu il tarixli, ******* saylı akt tərtib edilərək 464,40 manat cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X8 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdehin nümayəndəsi etirazının əsaslarını sübut edə bilməmiş və sayğacın İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "X6"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "X6"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "X6"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 464,40 manat məbləğində hesablanmış cərimə silinməlidir. Bundan başqa Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün 30.10.2019-cu il tarixli, ******* saylı akt əsasında abonentə 464,40 manat məbləğ hesabladığından, yuxarıda qeyd olunan hüquqi mövqeyə görə həmin məbləğin mövcud qanunvericiliyə uyğun hesablanmaması nəticəsinə gəlindiyindən, məhkəmə sözügedən aktı da əsassız hesab edərək ləğv edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********01350 olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə 30.10.2019-cu il tarixli, ******* saylı akt ləğv edilsin və həmin akt üzrə hesablanmış 464,40 manat cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar