Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6116/2025 14.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00000 olan sayğaca qanunsuz olaraq hesablanmış 567.72 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00000 olan sayğacından istifadə edir.Sözügedən sayğac mərhum atası X1 adına qeydiyyata alınmışdır. Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması görə abonent kodu **********00000 olan sayğaca xx.xx.2018- ci il tarixdə ******* nömrəli akt, edilmişdir.Ümumilikdə 567,72 manat məbləğində dəymiş ziyana görə cərimə hesablanmışdır. Dəymiş ziyanın bərpasına dair tələbnamələrdə fərdi evdə qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vastiəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmağı qeyd edilmişdir. Sayğac fərdi yaşayış evinin çöl hissəsində quraşdırılmışdır hər gün ətrafından yüzlərlə insan keçir, çöldə quraşdırılmış sayğacın təhlükəsizliyinə və texniki nasazlığına görə ev sahibi hər hansı bir məsuliyyət daşımır.Sözügedən aktlar qanunsuz və əsassız tərtib edilmişdir. Belə ki, sözügedən aktlardan ödənişlə bağlı bildiriş gələrkən xəbəri olmuşdur. Yazılan aktda guya mərhum atası aktda imza atmaqdan imtina etmişdir. Hansı ki, həmin aktda tərtib edilərkən nə onun nədə ailə üzvlərinin xəbər olmamışdır. Cavabdeh İB yaşadığı Abşeron rayonu Güzdək qəsəbəsində yerləşən belə qanunsuz aktlar tərtib etməklə vətəndaşları incidirlər. Demək olar ki, yaşadığı ərazidə çox evlərə belə qanunsuz və əsassız aktlar tərtib edilmişdir. Cavabdehnə əsassız və qanunsuz yazılmış cərimələrin silinməsi ilə bağlı şifahi olaraq müraciət etsə idarə tərəfindən heç bir müsbət cavab verilməmiş və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış ümumilikdə 946,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməsə də, iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı X5 567,72 manat borc məbləğin əsassız olduğu üçün silinməsi tələbi ilə bağlı iddia qaldırmışdır.İş üzrə cavabdeh olaraq aşağıda qeyd edilənlərə əsasən iddia ərizəsinə etiraz etdiklərini,belə ki, iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qaz təsərrüfatına baxış keçirilən zaman sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə etməsi faktı aşkarlanmışdır.Qanunsuz istifadə barədə Sumqayıt RQİİ-nin mütəxəssisləri tərəfindən xx.xx.2018-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmin akta əsasən iddiaçı tərəfindən sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə edildiyi üçün 4731 m3 təbii qaz sərfi – 946,20 manat dəymiş ziyan məbləği hesablanmışdır. Hal-hazırda iddiaçının təbii qazdan istifadəyə görə yaranmış faktiki borcu 1088,21 manat təşkil edir və iddiaçının istifadəsində olan **********00000 saylı abonent saldosunda (borcun olubolmamasını təsdiq edən sənəd ) öz əksini tapmışdır. “Qaz təchizatı haqqında” qanunun 3cü maddəsinin tələblərinə görə Qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanılması müvafiq tələblərə cavab verməlidir. Qaz qurğuları qazın atmosferə buraxılmamasını, onun təzyiqinin, temperaturunun tərkibinin və digər göstəricilərinin müvafiq tələblərə uyğunluğunu təmin etməli, başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır.Əgər həqiqi və potensial təhlükələr yaranarsa, qaz qurğularının istismarçıları dərhal qaz təchizatçılarına, podratçılar və qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər isə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. Həmin qanunun 4-cü maddəsinin 2-ci hissəsinə əsasən- istehlakçı bu qanunun 3-cü maddəsinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Həmin qanunun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Borcun ödənilməsi barədə idarə rəhbərliyi tərəfindən həmin vətəndaşa dəfələrlə qanunun tələbləri izah edilməsinə baxmayaraq halhazıra qədər həmin məbləğ ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16- cı maddəsinə əsasən-fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq məqsədilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formada sui-istifadə edilməsinə yol verilmir. Yenə həmin Məcəllənin 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafisi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-cü maddəsinin tələblərinə görə,Azərbaycan Respublikası məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Cavabdeh kimi etirazı nəzərə alaraq qeyd olunan əsaslarla 2(012)-6116/2025 saylı mülki iş üzrə iddiaçı X5 tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı atası X4 xx.xx.2024-cü il Mədə xərçəngi xəstəliyindən vəfat etmişdir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2018-ci ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, istehlakçı X2 Abşeron rayonu, Güzdək qəsəbəsi, E.Heydərov küçəsi ev 16 yaşadığı evə (abonent kodu: **********00000) baxış keçirilən zaman qaz sayğacının təbii qazdan rezin boru vasitəsi ilə sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2018-ci ildə tərtib və təsdiq olunmuş İtirilmiş təbii qazın dəyərinin hesablanması komisiyyası tərəfindən tərtib olunmuş (abonent kodu: **********00000) baxış keçirilən zaman sayğacdan kənar təbii qazın istehlak edildiyi müəyyən edilmişdir. Tələbnamə ilə dəyəri ödənilmədən 4731 kub.metr təbii qazın istehlak edilidyi aşkar olunub. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2018-ci ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, istehlakçı X2 Abşeron rayonu, Güzdək qəsəbəsi, E.Heydərov küçəsi ev 16 yaşadığı evə (abonent kodu: **********00000) baxış keçirilən zaman sayğacdan kənar təbii qazın istehlak edildiyi müəyyən edilmişdir.. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən qaz xəttinə qeyri-qanuni qoşulma faktları olmuş və bu faktlar aktla (xx.xx.2018-ci il tarixli) qeydə alınmışdır. Qanunsuz qoşulma faktını məhkəmə iclasında iddiaçı da qismən təsdiq etdi. Məhkəmə hesab edir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018ci il tarixli akt qanuni əsaslarla tərtib edilmişdir. Bununla belə, itirilmiş qazın həcmi hesablanarkən cavabdeh tərəfindən müəyyən qüsurlara yol verilmişdir. Qeyd edilən akt əsasında itirilmiş təbii qazın bərpa olunması mexanizmi məqbul deyildir. Belə ki, cavabdehin tərtib etdiyi müxtəlif tarixli tələbnamələrdə abonentin gün ərzində 18 və ya 24 saat qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 10-8 saat istifadə etməsi qəbul olunarsa, İddiaçı Birliyə xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 186 manat (6.2, x 10 x 30 = 1860 kub.metr) 186 manat ziyan vurması məlum olur. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi həyət evində (abonent kodu: **********00000) sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə Cavabdeh tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq cavabdeh tərəfindən hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından iddia qismən təmin edilməli, İddiaçı yaşadığı ünvan 1 ərazisində yerləşən fərdi evinə aid qaz sayğacına (abonent kodu: **********00000) dair məlum akt əsasında artıq hesablanmış 186 manat borc çıxılmaqla, 760,2 (946,2 - 186) manat borc abonentin hesabından silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı ünvan 4 ünvanında yerləşən evə aid (X3 məxsus) qaz sayğacına (abonent kodu: **********00000) dair hesablanmış 760,2 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-6116/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6116/2025
14.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver