Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6127/2021 11.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı X2 nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı Azəriqaz İB-yə vurulmuş 4585.08 manat zərər və 30 manat dövlət rüsumu, hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 manat xidmət haqqı olmaqla, ümumilikdə 4915.08 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN**********, M/H AZ03NABZ********************, SWİFT iBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 nümayəndəsi və vəkili X7 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ilə abonent Cavabdeh arasında 16.06.2020-ci il tarixdə 14/2943 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində 16.06.2020-ci il tarixdə Elster markalı, G-4 Diafraqma tipli, 12526513 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmış və qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Həmçinin, istehlakçının ünvanına baxış keçirilərkən həmin ünvanı təbii qazla təchiz edən qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacına müdaxilə edildiyi aşkar olunmuş və cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində ilk olaraq 25.05.2018-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Cavabdehin yaşadığı fərdi yaşayış evinin qaz xətti üzərində quraşdırılmış G-4 markalı, 1202AQ**********7 zavod nömrəli qaz sayğacı (02.04.2018-ci il tarixli, ******* nömrəli sayğac quraşdırma aktı əsasında əvəzlənmişdir) yoxlanması məqsədilə laboratoriyaya göndərilmişdir. MSK-29/1710-0261-1 nömrəli laboratoriya rəyinə əsasən həmin ünvandan çıxarılmış G-4 markalı, 1202AQ**********7 zavod nömrəli qaz sayğacına müdaxilə olunduğu müəyyən edilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində qaz itkisi yaranmış olduğundan, dəymiş ziyanın bərpası məqsədilə Qaz işlədicilərin maksimal saatlıq qaz sərfi nəzərə alınmaqla 25.05.2018-ci il tarixli ******* saylı akt əsasında 1663,20 manat məbləğində itirilmiş təbii qazın dəyəri hesablanmışdır. Eləcə də, cavabdehin sayğacdan kənar təbii qazdan istifadə etməsi ilə bağlı təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında: 17.01.2018-ci il tarixli ******* saylı akt əsasında 435 manat; 23.02.2018-ci il tarixli ******* saylı akt əsasında 159,80 manat; 30.03.2018-ci il tarixli ******* saylı akt əsasında 129,60 manat; 30.04.2018-ci il tarixli ******* saylı akt əsasında 219,60 manat; 25.05.2018-ci il tarixli ******* saylı akt əsasında 1663,20 manat; (müdaxilə) 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat; 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat; 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 03.06.2019-cu il tarixli ******* saylı akt əsasında 147,60 manat; 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 97,20 manat; 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 10.03.2020-ci il tarixli ******* saylı akt əsasında 98,40 manat; 14.04.2020-ci il tarixli ******* saylı akt əsasında 216 manat. İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmin aktlar üzrə yaranmış borcun 2573,08 manat hissəsi 2018-ci ilin X ayında Gasprep proqramına keçirilmişdir. Beləliklə, cavabbehin yuxarıda qeyd olunan hərəkətləri nəticəsində bu günki gün üçün İddiaçı İB-yə cari borcu və Gasrepdən Agis bazasına keçirilən 2574,18 manat qalıq borcu da nəzərə alınmaqla ümumilikdə 4585,08 manat borcu qalmaqdadır. (Agis aktları üzrə: 64,80 + 1013,40 + 904,80 = 1983 + Gasrepdən Agis bazasına keçirilən 2574.18 = 4557,18 + cari borc 27,90 = 4585,08) İddiaçı İB-nin nümayəndələri tərəfindən cavabdehə 4585,08 manat pul məbləğinin könüllü qaydada ödənilməsi barədə məlumat verilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydalarının 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Azəriqaz İB-nin nümayəndələri tərəfindən tərtib olunmuş, istehlakçı Cavabdeh imzası ilə də təsdiq olunmuş 02.04.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, istehlakçıya məxsus İtron tipli G4 markalı 1202AQ**********7 nömrəli qaz sayğacının giriş klapanı sındırıldığından həmin sayğacın əvəzinə İtron tipli G4 markalı 1702AZ**********38 nömrəli qaz sayğacı ilə əvəz olunmuşdur. -Azəriqaz İB-nin 08.05.2018-ci il tarixli MSK-29/171-0261-1 saylı aktdan görünür ki, 1202AQ**********7 nömrəli qaz sayğacının klapanı sındırıldığından, sayğacın hesablama mexanizminin qoruyucu örtüyü üst hissədən deşildiyindən, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyindən sayğac müdaxilə edilməsi nəticəsində yararsız hesab olunmuşdur. -Azəriqaz İB ilə istehlakçı Cavabdeh arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 16.06.2020-ci il tarixli, 14/2943 saylı müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. -17.01.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, abonent tərəfindən sayğacsız təbii qazdan rezin boru vasitəsilə istifadə edilməsi aşkar edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmış, akt istehlakçı tərəfindən imza edilməkdən imtina edilmişdir. -Azəriqaz İB-nin 22.01.2018-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 102 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 78 gün, Dəmir peçin maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 78 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 2175 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq 17.01.2018-ci il tarixli ******* saylı saylı akt olmuşdur. -Abonent kodu **********00000 olan, Cavabdeh adına olan abonent saldosundan görünür ki, ünvan 2 ünvanında 16.06.2020-ci il tarixdə Elster G-4T Daifraqma tipli 12526513 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(0/1), Samovar (0/1), qızdırıcı radiator peçi (0/1). Aktlara əsasən hesablanmış abonentin 2018-ci ilə aid olan borcu 2672 manat, 2019-cu ilə aid olan borcu 1013.40 manat və 2020-ci ilə aid olan borcu 904.80 manat olmaqla cəmi 4590.20 manat göstərilmişdir. -Azəriqaz İB-nin nümayəndələri tərəfindən tərtib olunmuş 30.02.2019-cu il tarixli, 30.10.2019-cu il tarixli, 29.11.2019-cu il tarixli, 30.01.2020-ci il tarixli, 28.02.2020-ci il tarixli, 10.03.2020-ci il tarixli aklardan görünür ki, Cavabdeh yaşadığı Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən evə baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyinə görə təbii qaz təchizatı qaynaq vasitəsilə dayandırılmış, akt istehlakçı tərəfindən imza edilməkdən imtina edilmişdir. -Azəriqaz İB tərəfindən məhkəməyə təqdim olunmuş 17.01.2018-ci il tarixli ******* saylı, 23.02.2018-ci il tarixli ******* saylı, 30.03.2018-ci il tarixli ******* saylı, 30.04.2018-ci il tarixli ******* saylı; 24.05.2018-ci il tarixli ******* saylı; 24.12.2018-ci il tarixli ******* saylı; 31.01.2019-cu il tarixli ******* saylı; 28.02.2019-cu il tarixli ******* saylı; 29.03.2019-cu il tarixli ******* saylı; 03.06.2019-cu il tarixli ******* saylı; 30.09.2019-cu il tarixli ******* saylı; 30.10.2019-cu il tarixli ******* saylı, 29.11.2019-cu il tarixli ******* saylı; 30.12.2019cu il tarixli ******* saylı; 30.01.2020-ci il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı; 10.03.2020-ci il tarixli ******* saylı; 14.04.2020-ci il tarixli ******* saylı aktlara əsasən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi aşkar edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. -Mədaxil qəbzindən görünür ki, Azəriqaz İB tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 06.11.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Qobu qəsəbəsi Ə.Bayramov küçəsi 65 saylı evdə qeydiyyatdadır. Məhkəmə hesab edir ki, tərəflər arasında abunə müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh Azəriqaz İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla 16.06.2020-ci il tarixli, 14/2943 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə etmişdir. Həmin ünvana Azəriqaz İB tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Elster markalı, G- 4 T Diafraqma tipli, 12526513 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh qaz xəttinə qeyri-qanuni qoşulduğuna görə ona akt tərtib olunaraq dəymiş ziyan hesablanmışdır. Ziyan hesablanarkən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları əsas götürülmüşdür. Cavabdeh onunla bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun təbii qazdan istifadəyə görə 4585.08 manat borcu qalmaqdadır. X2 Bakı Regional Qazın Satışı Departamentinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında 17.01.2018-ci il tarixli ******* saylı, 23.02.2018-ci il tarixli ******* saylı, 30.03.2018-ci il tarixli ******* saylı, 30.04.2018-ci il tarixli ******* saylı; 24.05.2018-ci il tarixli ******* saylı; 24.12.2018-ci il tarixli ******* saylı; 31.01.2019-cu il tarixli ******* saylı; 28.02.2019-cu il tarixli ******* saylı; 29.03.2019-cu il tarixli ******* saylı; 03.06.2019-cu il tarixli ******* saylı; 30.09.2019-cu il tarixli ******* saylı; 30.10.2019-cu il tarixli ******* saylı, 29.11.2019-cu il tarixli ******* saylı; 30.12.2019-cu il tarixli ******* saylı; 30.01.2020-ci il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı; 10.03.2020-ci il tarixli ******* saylı; 14.04.2020-ci il tarixli ******* saylı aktlardan görünür ki, istehlakçıya məxsus yaşayış sahəsində göstərilən tarixlərdə təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış və abonentin sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə etməsi müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Borclu Cavabdeh onunla bağlanmış 16.06.2020-ci il tarixli, 14/2943 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçının bu müqavilənin və Qazdan istifadə Qaydalarının tələblərinə əməl etməsi onun vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında Fərmanın: 9-cu bəndinə əsasən, X5 təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. 3.10-cu bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli şəxsinin bu qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 135.1 maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Mülki Məcəllə: 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli № 80 nömrəli Qərarının: 2.12. bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.2. bəndinə əsasən qazdan istifadə edən istehlakçılar aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: 3.2.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli; 3.2.2. qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməli; 3.2.5. azyaşlı uşaqların, öz hərəkətlərinə nəzarət edə bilməyən və qaz qurğularından istifadə qaydaları ilə tanış olmayan şəxslərin qaz avadanlığından istifadə etmələrinə yol verməməli; 3.2.6. qazdan istifadə etdikdən sonra qaz avadanlığındakı bağlayıcını və xətdəki nəzarət ventilini bağlamalı; 3.4. bəndinə əsasən istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.2. qaz qurğusunun quraşdırıldığı yerin quruluşunu (planını) müvafiq razılaşma olmadan dəyişdirmək; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 3.4.10. qaz sızmasının aşkarlanmasında açıq oddan istifadə etmək; 3.4.11. qanunvericiliyə uyğun sertifikatlaşdırılmamış qaz qurğularından istifadə etmək. Məhkəmə Azəriqaz İB-nin nümayəndələri tərəfindən istehlakçı barəsində tərtib olunmuş aktlara münasibət bildirərək qeyd edir ki, Azəriqaz İB ilə istehlakçı Cavabdeh arasında qazın alqı-satqısına dair müqavilə 16.06.2020-ci il tarixdə bağlandığı halda, istehlakçı barəsində tərtib olunmuş aktlar isə 17.01.2018-ci il-14.04.2020-ci il tarixlərini əhatə edən dövrlərdə tərtib etmişdir. Göründüyü kimi, cavabdeh barəsində 4585.08 manat dəymiş zərər hesablanmış Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərəflər arasında abonent-istehlakçı hüquq münasibətlərinin yarandığı dövrdən əvvəlki dövrə təsadüf etmişdir. Mülki iş materiallarına əlavə olunmuş cavabdehə məxsus sayğacın əvəz edilməsinə dair 02.04.2018-ci il tarixli ******* saylı akta əsasən istehlakçıya məxsus İtron tipli G4 markalı 1202AQ**********7 nömrəli qaz sayğacının giriş klapanı sındırıldığından həmin sayğacın əvəzinə İtron tipli G4 markalı 1702AZ**********38 nömrəli qaz sayğacı ilə əvəz olunması tərəflər arasında həmin dövrdə qazın alqı-satqısına dair münasibətlərin yarandığını təsdiq etmiş olsa da, həmin münasibətləri təsdiq edəcək müqavilə məhkəməyə təqdim olunmamış, bu hal iddiaçının nümayəndəsi tərəfindən isə sübuta yetirilməmişdir. Halbuki, sübutetmə yükü iddiaçı tərəfin öz üzərinə düşür. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 389.1. maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İddia ərizəsindən və iddiaçının izahatında cavabdeh barəsində maddi ziyanın ödənilməsini nəzərdə tutan Təbii qazdan istifadə qaydalarının pozulmasına dair aktlar tərtib olunsa da, həmin aktların tərəflər arasında bağlanmış qazın alqı-satqısına dair hansı tarixli, hansı nömrəli müqavilə əsasında tərtib edildiyi sübuta yetirilməmişdir. Belə ki, məhkəmə 17.01.2018-ci il tarixli ******* saylı, 23.02.2018-ci il tarixli ******* saylı, 30.03.2018-ci il tarixli ******* saylı, 30.04.2018-ci il tarixli ******* saylı; 24.05.2018-ci il tarixli ******* saylı; 24.12.2018-ci il tarixli ******* saylı; 31.01.2019-cu il tarixli ******* saylı; 28.02.2019-cu il tarixli ******* saylı; 29.03.2019-cu il tarixli ******* saylı; 03.06.2019-cu il tarixli ******* saylı; 30.09.2019-cu il tarixli ******* saylı; 30.10.2019-cu il tarixli ******* saylı, 29.11.2019-cu il tarixli ******* saylı; 30.12.2019-cu il tarixli ******* saylı; 30.01.2020-ci il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı; 10.03.2020-ci il tarixli ******* saylı; 14.04.2020-ci il tarixli ******* saylı aktlara münasibət bildirib qeyd edir ki, qeyd olunan aktlar təbii qazdan istifadə qaydalarının pozulması nəticəsi kimi hesablansa da, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş həmin aktları sübut növü kimi qiymətləndirərək nəzərə almışdır. Belə ki, qeyd olunan aktlar hüquqmüəyyənedici sənəd olmadığından prosessual sənəd kimi qəbul edilir, həmin akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacında olan qüsurun mövcud olmasını təsdiqləyən sənəddir. Həmçinin, tərtib olunmuş aktlar hal şahidlərinin iştirakı ilə tərtib olunmalı olduğu halda bu qaydaya riayət edilməmiş, cavabdehin iştirakını təsdiq edən həmçinin onun həqiqətən də imtina etməsi hallar da iddiaçının nümayəndəsi tərəfindən sübuta yetirilməmişdir. Bununla da məhkəmə həmin aktların bitərəf olan hal şahidlərinin iştirakı olmadan tərtib edildiyini və düzgünlüyü şübhə yaratdığını nəzərə alaraq hesab edir ki, həmin aktlar sübut kimi nəzərə alına bilməz. "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı X2 Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası sübut edilmədiyindən rədd edilməlidir. Bundan başqa iddia tələbindən görünür ki, iddiaçı hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmiş, hüquqi xidmət haqqı iddiaçı tərəfindən həmin haqqın ödənilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyindən və sübut olunmadığından iddia tələbləri bu hissədə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddiaçı X2 Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-6127/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6127/2021
11.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver