Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-616/2022 09.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış qaz borcunun silinməsi tələbinə dair mülki işə 09 fevral 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu Cavabdeh İB-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış qaz borcunun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 fevral 2019-cu il tarixli ******* №li akt və “itirilmiş qazın bərpası üzrə” 28 fevral 2019-cu il tarixli komissiya qərarı əsasında ona əsassız olaraq hesablanmış 486 manat məbləğində ziyanın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ildə Cavabdeh BRQSD-nin Abşeron rayonu üzrə işçiləri iddiaçının evinə gələrək evə quraşdırılmış G-4 markalı qaz sayğacını dəyişdirərək yenisi ilə əvəz etmişlər. Qaz sayğacı çıxarıldıqdan sonra keçən müddət ərzində onun hər hansı bir nasazlığı barədə qaz idarəsinin əməkdaşlan iddiaçıya heç bir iradlarını bildirməmişlər. Çıxarılan qaz sayğacı istifadəyə yararlı vəziyyətdə olmuş və həmin sayğacın göstəricilərinə əsasən istifadə etdiyi təbii qazın pulunu ödəmişdir. Qaz sayğacı çıxarılandan sonra yaxın vaxtlarda qaz idarəsinin əməkdaşları evinə gəlib bildiriş təqdim edəndə bildirmişlər ki, evindən çıxarılmış qaz sayğacı laboratoriyaya göndərilmiş və guya sayğacda nöqsan aşkar edilmiş, yəni “sayğacın çıxış plastmas borusu deşilmişdin” rəyi verilmişdir. Onlar bu barədə 28 fevral 2019-cu il tarixli ******* №-li akt tərtib olunduğunu və komissiya qərarına əsasən ona 4860 kub metr qaz sərfiyyatı - 486 manat məbləğində ziyan hesablandığını, hesablanmış ziyanı ödəməli olduğunu bildirmişlər. İddiaçı tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 fevral 2019-cu il tarixli ******* №-li akt əsasında yazılmış 28 fevral 2019-cu il tarixli komissiya qəran ilə qəti razı deyildir. Belə ki, onun istifadəsində olduğu müddətdə sayğaca nə o, nə də ailə üzvləri heç bir müdaxilə etməmişdir. Sayğacın hesablama mexanizminin qapağının yan tərəfinin əzilməsi halının nə vaxt baş verməsi məlum deyildir. Hər ay qaz idarəsinin işçiləri sayğaca baxış keçirir, eləcə də qaz sərfiyyatı haqda bildiriş tərtib edirlər, keçən müddət ərzində sayğaca hər hansı bir müdaxilə halını onlar müşahidə etməli idi. Belə olan halda sayğaca müdaxilə olması ən çox bir ay ərzində nəzarətdən yayına bilərdi. Bundan başqa sayğac küçədə quraşdınldığına görə sayğacın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşımır. Belə olduqla istənilən halda kənar şəxs belə sayğaca toxuna və müdaxilə edə bilər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X2 iddianı qəbul etmədiyini, iddiaçının həyat yoldaşı tərəfindən akta imza edildiyini, abonent tətəfindən sayğaca müdaxilə olunan zaman sayğacın düzgün hesablamadığını bildirərək nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan 28 fevral 2019-cu il tarixli ******* saylı aktdan müəyyən edilir ki, İddiaçı məxsus qaz sayğacına baxış keçirilərkən sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. Həmin aktı İddiaçı imzalamaqdan imtina etmişdir. Mülki işin materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 28 fevral 2019-cu il tarixli ******* saylı akta əsasən cavabdehə 1,2 m3/saat x 6 saat x 90 gün = 648 m3, 2,6 m3/saat x 18 saat x 90 gün = 4212 m3, cəmi 4860 m3 (486 manat) əlavə ödəniş hesablanmışdır. Mülki işin materiallarında olan 25 fevral 2021-ci il tarixli abonentin saldosundan görünür ki, abunə kodu **********00000 olan ünvan üzrə fevral 2019-cu il tarixli akt əsasında 486 manat borc hesablanmışdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, 28 fevral 2019-cu il tarixli ******* saylı aktdan müəyyən edilir ki, İddiaçı məxsus qaz sayğacına baxış keçirilərkən sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. Həmin aktı İddiaçı imzalamaqdan imtina etmişdir.Mülki işin materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 28 fevral 2019-cu il tarixli ******* saylı akta əsasən cavabdehə 1,2 m3/saat x 6 saat x 90 gün = 648 m3, 2,6 m3/saat x 18 saat x 90 gün = 4212 m3, cəmi 4860 m3 (486 manat) əlavə ödəniş hesablanmışdır.Mülki işin materiallarında olan 25 fevral 2021-ci il tarixli abonentin saldosundan görünür ki, abunə kodu **********00000 olan ünvan üzrə fevral 2019-cu il tarixli akt əsasında 486 manat borc hesablanmışdır.Abonentin saldosundan müəyyən edilir ki, 2019-cu ilin akt tərtib ediləndən sonrakı üç ardıcıl ay üçün 30 man., 20 man və 60 man. məbləğində sərfiyyat olmuşdur. O halda məhkəmə cərimənin məbləğinin müvafiq olara üç aylıq müddət üçün 90 manat müəyyən edilməsini lazım bilir.Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 486manat cərimə borcundan 90 manat hissəsi əsaslı hesab edilməli, qalan 396 manat hissəsi isə əsassız cərimə borcu kimi silinməli, iddia qismən təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı oğlunun yaşadığı, Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən evdə qaz sayğacına (abonent kodu **********00000) dair hesablanmış 486 manat borcun 366 manatlıq hissəsi silinməlidir. İddia qismən təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumunun 15manatı pul Cavabdeh İB-dən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ünvan 2 ünvanında yerləşən evə adi qaz sayğacına (abonent kodu**********00000) dair hesablanmış 486 manat cərimə borcunun 366 manatlıq hissəsi silinsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 15 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-616/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-616/2022
09.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver