Məhkəmə qərarları › İş №2(012)-619/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-619/2021

19.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-619/2021 19.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2107,4 manat məbləğində dəymiş zərərin, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərc, həmçinin 30 manat dövlət rüsumunun, ümumilikdə 2437,4 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi X2 iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı” İstehsalat Birliyi 20.08.2019-cu il tarixli, AKX-0136336/08-2019 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan stifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********07850 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbbi qazla təchiz edən qaz xəttinin üzərində G-4 İtron Diafraqma markalı, 1702AZ**********77 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin “Qazdan istifadə qaydaları” nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbbi qazı talamışdır. İddiaçı İBnin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 31.07.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1152 m3, dəyəri 230,40 manat, 24.08.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 576 m3, dəyəri 115,20 manat, 25.09.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 576 m3, dəyəri 115,20 manat, 30.11.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 576 m3, dəyəri 115,20 manat, 28.12.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 576 m3, dəyəri 115,20 manat, 31.01.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1098 m3, dəyəri 109,80 manat, 28.02.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1008 m3, dəyəri 100,80 manat, 29.03.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1332 m3, dəyəri 133,20 manat, 30.04.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1332 m3, dəyəri 133,20 manat, 30.05.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3, dəyəri 32,40 manat, 28.06.2019cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3, dəyəri 32,40 manat, 31.07.2019cu il tarixli akt üzrə itirilmiş qazınmiqdarı 324 m3, dəyəri 32,40 manat, 30.08.2019-cuil tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3, dəyəri 32,40 manat, 29.11.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 2070 m3, dəyəri 207 manat olmaqla, sadalanan aktlardan və iddia ərizəsinə lavə edilmiş abonentin saldosundan göründüyü kimi İddiaçınə cəmi 2107,4 manat ziyan dəymişdir. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 2107,4 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfdən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bunlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, 31.07.2018-ci ildə onun sayğacı xarab olduğuna görə qanunsuz qoşulmuşdur. Ondan sonra isə qanuni olaraq ödəniş etmişdir. O, 31.07.2018-ci il tarixli aktı qəbul edir, lakin digər aktlarla razı deyildir. İş materiallarında olan 20.08.2019-cu il tarixli, AKX-0136336/08-2019 saylı nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə Müqavilə”dən görünür ki, Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İBnin Bakı Regional qazın satış Departamenti tərəfindən **********07850 nömrəli abonent kodu verilmişdir. İş materiallarında olan İddiaçı 31.07.2018-ci il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı Cavabdeh məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. İş materiallarında olan İddiaçı 31.07.2018-ci il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı Cavabdeh məxsus Abşeron rayonu, X4 Yaşayış Massivi, bina 10, mənzil 7850 ünvanında sayğaca baxış keçirilən zaman “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 1152 m3 qazın istifadə olunması göstərilmişdir. İş materiallarında olan İddiaçı 24.08.2018-ci il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı Cavabdeh məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. İş materiallarında olan İddiaçı 24.08.2018-ci il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı Cavabdeh məxsus Abşeron rayonu, X4 Yaşayış Massivi, bina 10, mənzil 7850 ünvanında sayğaca baxış keçirilən zaman “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 576 m3 qazın istifadə olunması göstərilmişdir. İş materiallarında olan İddiaçı 25.09.2018-ci il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı Cavabdeh məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. İş materiallarında olan İddiaçı 25.09.2018-ci il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı Cavabdeh məxsus Abşeron rayonu, X4 Yaşayış Massivi, bina 10, mənzil 7850 ünvanında sayğaca baxış keçirilən zaman “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 576 m3 qazın istifadə olunması göstərilmişdir. İş materiallarında olan İddiaçı 30.11.2018-ci il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı Cavabdeh məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. İş materiallarında olan İddiaçı 30.11.2018-ci il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı Cavabdeh məxsus Abşeron rayonu, X4 Yaşayış Massivi, bina 10, mənzil 7850 ünvanında sayğaca baxış keçirilən zaman “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 576 m3 qazın istifadə olunması göstərilmişdir. İş materiallarında olan İddiaçı 28.12.2018-ci il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı Cavabdeh məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. İş materiallarında olan İddiaçı 28.12.2018-ci il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı Cavabdeh məxsus Abşeron rayonu, X4 Yaşayış Massivi, bina 10, mənzil 7850 ünvanında sayğaca baxış keçirilən zaman “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 648 m3 qazın istifadə olunması göstərilmişdir. İş materiallarında olan İddiaçı 31.01.2019-cu il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı Cavabdeh məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. İş materiallarında olan İddiaçı 31.01.2019-cu il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı Cavabdeh məxsus Abşeron rayonu, X4 Yaşayış Massivi, bina 10, mənzil 7850 ünvanında sayğaca baxış keçirilən zaman “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 1098 m3 qazın istifadə olunması göstərilmişdir. İş materiallarında olan İddiaçı 28.02.2019-cu il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı Cavabdeh məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. İş materiallarında olan İddiaçı 28.02.2019-cu il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı Cavabdeh məxsus Abşeron rayonu, X4 Yaşayış Massivi, bina 10, mənzil 7850 ünvanında sayğaca baxış keçirilən zaman “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 1008 m3 qazın istifadə olunması göstərilmişdir. İş materiallarında olan İddiaçı 29.03.2019-cu il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı Cavabdeh məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. İş materiallarında olan İddiaçı 29.03.2019-cu il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı Cavabdeh məxsus Abşeron rayonu, X4 Yaşayış Massivi, bina 10, mənzil 7850 ünvanında sayğaca baxış keçirilən zaman “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 1332 m3 qazın istifadə olunması göstərilmişdir. İş materiallarında olan İddiaçı 30.04.2019-cu il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı Cavabdeh məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. İş materiallarında olan İddiaçı 30.04.2019-cu il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı Cavabdeh məxsus Abşeron rayonu, X4 Yaşayış Massivi, bina 10, mənzil 7850 ünvanında sayğaca baxış keçirilən zaman “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 1332 m3 qazın istifadə olunması göstərilmişdir. İş materiallarında olan İddiaçı 30.05.2019-cu il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı Cavabdeh məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. İş materiallarında olan İddiaçı 30.05.2019-cu il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı Cavabdeh məxsus Abşeron rayonu, X4 Yaşayış Massivi, bina 10, mənzil 7850 ünvanında sayğaca baxış keçirilən zaman “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 324 m3 qazın istifadə olunması göstərilmişdir. İş materiallarında olan İddiaçı 28.06.2019-cu il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı Cavabdeh məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. İş materiallarında olan İddiaçı 28.06.2019-cu il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı Cavabdeh məxsus Abşeron rayonu, X4 Yaşayış Massivi, bina 10, mənzil 7850 ünvanında sayğaca baxış keçirilən zaman “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 324 m3 qazın istifadə olunması göstərilmişdir. İş materiallarında olan İddiaçı 31.07.2019-cu il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı Cavabdeh məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. İş materiallarında olan İddiaçı 31.07.2019-cu il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı Cavabdeh məxsus Abşeron rayonu, X4 Yaşayış Massivi, bina 10, mənzil 7850 ünvanında sayğaca baxış keçirilən zaman “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 324 m3 qazın istifadə olunması göstərilmişdir. İş materiallarında olan İddiaçı 30.08.2019-cu il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı Cavabdeh məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. İş materiallarında olan İddiaçı 30.08.2019-cu il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı Cavabdeh məxsus Abşeron rayonu, X4 Yaşayış Massivi, bina 10, mənzil 7850 ünvanında sayğaca baxış keçirilən zaman “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 324 m3 qazın istifadə olunması göstərilmişdir. İş materiallarında olan İddiaçı 29.11.2019-cu il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı Cavabdeh məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. İş materiallarında olan İddiaçı 29.11.2019-cu il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı Cavabdeh məxsus Abşeron rayonu, X4 Yaşayış Massivi, bina 10, mənzil 7850 ünvanında sayğaca baxış keçirilən zaman “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 2070 m3 qazın istifadə olunması göstərilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı 31.07.2018-ci il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktı əsasında Cavabdeh sayğacdan kənar qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində 230,40 manat borcunun olması məhkəmə iclasında sübuta yetirilmişdir. Lakin 24.08.2018-ci il tarixli, ******* №-li akt əsasında 115,20 manat, 25.09.2018-ci il tarixli, ******* №-li akt əsasında 115,20 manat, 30.11.2018-ci il tarixli, ******* №-li akt əsasında 115,20 manat, 28.12.2018-ci il tarixli, ******* №-li akt əsasında 115,20 manat, 31.01.2019-cu il tarixli, ******* №-li akt əsasında 109,80 manat, 28.02.2019-cu il tarixli, ******* №-li akt əsasında 100,80 manat, 29.03.2019-cu il tarixli, ******* №-li akt əsasında 133,20 manat, 30.04.2019-cu il tarixli, ******* №li akt əsasında 133,20 manat, 30.05.2019-cu il tarixli, ******* №-li akt əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli, ******* №-li akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli, ******* №-li akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli, ******* №-li əsasında 32,40 manat, 29.11.2019cu il tarixli, ******* №-li akt əsasında 207 manat cərimə borclarının həqiqətən Cavabdeh tərəfindən kənar xətdən istifadə olunması nəticəsində olması məhkəmə iclasında sübuta yetirilmədiyindən iddia tələbi həmin akta əsasən hesablanmış cərimə borcları hissəsində rədd edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə bağlı çəkdiyi 300 manat xərc çəkməsini sübut edən qəbz məhkəməyə təqdim edilmədiyindən iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görsün. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatm enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndində qeyd olunur ki, İddiaçı təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər(rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumundan iddianın təmin olunmuş hissəsinə mütənasib olan 3,30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 576-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 230,40 manat və 3,30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 233,70 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına tutulsun. İddia iddiaçının pozulmuş hüquqlarının bərpasıyla bağlı çəkilmiş 300 manat xərc hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar