Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6246/2025 27.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Abşeron Su X1 İdarəsinin Cavabdeh qarşı «borcun tutulması» tələbi barəsində iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı Abşeron Su X1 İdarəsi Cavabdeh qarşı «borcun tutulması» tələbi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsində qeyd edilmişdir ki, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İddiaçı iddia ərizəsində Cavabdeh kimi göstərmiş, lakin cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları iddia ərizəsində qeyd etməmiş, həmçinin şəxsiyyəti eyniləşdirmək üçün vacib olan sənədi iş materiallarına əlavə etməmişdir. Bundan əlavə “Elektron məhkəmə” informasiya sistemində cavabdeh barəsində hər hansı bir məlumat müəyyən edilməmişdir. Həmçinin Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsində qeyd edilmişdir ki, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilmiş faktları təsdiq edən sübutların siyahısını elə sənədlər təşkil etməlidir ki, onlar iddianın predmetini, yəni iddiaçının cavabdehə qarşı konkret maddi hüquqi tələbini və yaxud əsasını müəyyənləşdirməyə imkan versin. Lakin hazırki işdən görünür ki, iddiaçı Abşeron Su X1 İdarəsi iddia ərizəsində Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 461,22 manat borcun (abonent kodu: **********000) Abşeron Su X1 İdarəsinin hesabına ödənilməsinə və 30 manat dövlət rüsumunun dövlət büdcəsinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etsə də iddia tələbinin əsasını təşkil edən faktlara və hallara istinad etməmiş, bu tələbini təsdiq edəcək sənədləri iddia ərizəsinə əlavə etməməklə MPM-in 149.2.3-cü maddəsinin tələbinə riayət etməmişdir. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 150.1.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Lakin iddiaçı Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün qanunvericilikdə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunu ödədiyini təsdiq edən qəbzi iş materiallarına əlavə etməmişdir. Ona görə də məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmunundan bəhs edən Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinə və iddia ərizəsinə əlavə edilən sənədləri tənzimləyən Azərbaycan Respublikası MPM-in 150-ci maddəsinin tələblərinə əməl edilməməsi kimi qiymətləndirir və Azərbaycan Respublikası MPM-in 149.2.2-ci, 149.2.3-cü, 150.1.2-ci, 152.1.1-ci və 152.1.5-ci maddələrinə istinad edərək hesab edir ki, iddiaçı Abşeron Su X1 İdarəsinin Cavabdeh qarşı «borcun tutulması» tələbi barəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 152.4-cü əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Abşeron Su X1 İdarəsinin Cavabdeh qarşı «borcun tutulması» tələbi barəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-6246/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6246/2025
27.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver