Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6323/2021 25.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı X2 qızı cavabdeh "xxxx" MTK-ya qarşı sahiblik və istifadə hüququnun tanınması, mənzillərin təhvil verilməsi və maneənin aradan qaldırılması tələbinə dair və İddiaçı-nın Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair mülki işə 25 oktyabr 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında , açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 qızı cavabdeh "xxxx" MTK-ya qarşı sahiblik və istifadə hüququnun tanınması, mənzillərin təhvil verilməsi və maneənin aradan qaldırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində inşa edilən cavabdeh "xxxx" MTK-ya məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.m olan ikiotaqlı 2 B mənzilindən istifadəyə törədilən maneənin aradan qaldırılması vəzifəsinin cavabdeh "xxxx" MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MTK qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 ilə arasında Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində tikilmiş 10 bloklu çoxmərtəbəli yaşayış binasının C blok 9-cu mərtəbəsində yerləşən sahəsi 2B otaqlı 78,99 kv.metr sahədən ibarət mənzilə dair bağlanmış 08 aprel 2015-ci il tarixli, 343 saylı müqavilənin etibarsız hesab edilməsini, həmçinin cavabdeh "xxxx" MTK-nın öhdəliyinin icrasını təmin etmək məqsədi ilə İddiaçı ilə Cavabdeh1 arasında 18 mart 2020-ci il tarixdə Nərimanov rayonu, İ.Dadaşov küçəsi ev 57 ünvanda tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 7-ci mərtəbədə yerləşən 2 otaqlı 85 kv.m-lik mənzilə dair bağlanmış 18 saylı müqavilənin və həmin müqavilə əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Sabunçu rayon Məhkəməsinin 16.09.2021-ci il tarixli, 2(008)-3108/2021 saylı qərardadı ilə "Təbriz” MTK-nın Cavabdeh1 və Cavabdeh2 qarşı "müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair ilkin, Cavabdeh1 "Təbriz” MTK-ya qarşı "mənzilin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri barədə 2(008)-3108/2021 saylı mülki iş, Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-267/2021 saylı mülki işlə bir icraatda birləşdirilməsi üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə işin materiallarını nəzərdən keçirib hesab edir ki, hər iki iş üzrə tərəflər eyni olduğu və mübahisə predmetləri arasında bağlılıq olduğu üçün məhkəmə işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edir və qeyd edir ki, hazırkı iş daha sonra icraata götürüldüyündən,hər iki mülki iş bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 43.1. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı X2 qızı cavabdeh "xxxx" MTK-ya qarşı sahiblik və istifadə hüququnun tanınması, mənzillərin təhvil verilməsi və maneənin aradan qaldırılması tələbinə dair mülki işlə "Təbriz” MTK-nın Cavabdeh1 və Cavabdeh2 qarşı "müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən C.İ. Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-6323/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6323/2021
25.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver