Məhkəmə qərarları › İş №2(012)-6342/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6342/2025

13.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6342/2025 13.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Hüseynova Ülviyyə Əliağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, “Azəriqaz" İstehsalat Birliyi tərəfindən Abşeron rayon, Mexkalon yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00790 olan sayğaca qanunsuz olaraq hesablanmış 11136,96 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia ərizəsinə düzəlişə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində ******* nömrəli aktın tarixi xx.xx.2021-ci il əvəzinə texniki səhv nəticəsində xx.xx.2021-ci il kimi qeyd edilmişdir. Odur ki, düzəlişin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Kəlbəcər rayonundan olan məcburi köçkündür və ailə üzvlərində birlikdə Abşeron rayon, Mexkalon qəsəbəsində məskunlaşmaqla yaşayır. Fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00790 olan qaz sayğacından istifadə edir. İstifadə etdiyi sayğacın abonent kodu onun adına rəsmiləşdirilmişdir. Cavabdeh əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə ona məxsus abonent kodu **********00790 olan sayğaca onun xəbəri olmadan, iştirakı olmadan baxış keçirilmiş və ayrı-ayrı vaxtlarda xx.xx.2019-cu il tarixli ******* nömrəli akt, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli 0301703 nömrəli akt, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli ******* nömrəli xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli 0312747 nömrəli akt, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli 0316812 nömrəli akt, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt, xx.xx.2022-ci il tarixli 0361428 nömrəli akt, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt, xx.xx.2022-ci il tarixli 0345972 nömrəli akt, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt, xx.xx.2022-ci il tarixli 0358962 nömrəli akt, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt, xx.xx.2022-ci il tarixli 0374210 nömrəli akt, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt, xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar tərtib edilmişdir. Eyni zamanda, dəymiş ziyanın bərpasına dair tələbnamələrdə fərdi evdə (müəssisələrdə istixanalarda) “Qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunması qeyd edilmişdir. Hesab edirəm ki, Cavabdeh İBnin əməkdaşları bilərəkdən abonent kodu 01 **********790 olan sayğaca qərəzli olaraq cərimə aktları yazmışlar. Sözügedən aktlar qanunsuz və əsassız olaraq tərtib edilmişdir. 2019-cu il tarixdən 2023-cü ilin may ayına kimi ardıcılıqla aktlar tərtib olunmuşdur. Cərimənin səbəbi yuxarıda qeyd etdiyi kimi sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu qeyd edilmişdir. Bildirmək istəyir ki, necə olur ki, 4 il müddətində o, qazdan bu cür istifadə edir. Cavabdeh “Azəriqaz" İB-nin əməkdaşları isə heç bir tədbir görmür, öz işlərini cərimə aktları tərtib etməklə bitmiş hesab eləmişlər. Bir daha qeyd edir ki, onun tərəfindən qaz sayğacından kənar təbii qazdan istifadə edilməmişdir və bu aktlar açıq-aydın bilinir ki, ona qərəzli şəkildə yazılmışdır. Bu səbəbdən hesab edir ki, istifadə etmədiyi qaz sərfiyyatına görə qanunsuz hesablanmış cərimə məhkəmə qaydasında silinməlidir. Cavabdeh İВ yaşadığı yaşadıqları ərazidə belə qanunsuz aktlar tərtib etməklə vətəndaşları incidir. Demək olar ki, yaşadığı ərazidə çox evlərə belə qanunsuz və əsassız aktlar tərtib edilmişdir. Qeyd edir ki, sayğac fərdi yaşayış evinin çöl hissəsində quraşdırılmışdır. Çöldə quraşdırılmış sayğacın təhlükəsizliyinə o, hər hansı bir cavabdehlik daşımır. Əsassız və qanunsuz yazılmış cərimənin silinməsi ilə bağlı Cavabdeh İB-nə müraciət edilsə də idarə tərəfindən ona heç bir müsbət cavab verilməmiş və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iş üzrə cavabdeh olaraq aşağıda qeyd etdiklərinə əsasən iddia ərizəsinə etiraz edir. Belə ki, müxtəlif illərdə iddiaçıya məxsus Abşeron rayonu Mexkalon qəsəbəsində yerləşən fərdi yaşayış evinin qaz təsərrüfatına baxış keçirilən zaman sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə etməsi faktları aşkarlanmışdır. Qaz xəttinə qanunsuz qoşulma faktları barədə Sumqayıt RQİİ-nin mütəxəssisləri tərəfindən ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, 00366621 saylı, 00368536 saylı, ******* saylı, 00374210 saylı, ******* saylı, ******* saylı, ******* saylı və ******* saylı aktlar tərtib edilmişdir. Yuxarıda qeyd olunan aktlar əsasında - ümumilikdə 10 762,56 (on min yeddi yüz altmış iki manat, 56 qəpik) manat dəymiş ziyan məbləği hesablanmış və iddiaçının abonent hesabına daxil edilmişdir. Hal-hazırda iddiaçının qeyd olunan ünvan üzrə təbii qaza görə borc məbləği 11219,24 manat təşkil edir və iddiaçıya məxsus **********00790 saylı abonent saldosunda (borcun olub-olmamasını təsdiq edən sənəd öz əksini tapmışdır. Məhkəmənin bir daha diqqətinə çatdırmaq istərdi ki, iddiaçı tərəfindən irəli sürülmüş arqumentlərin faktiki və hüquqi əsasları yoxdur. Belə ki, təqdim olunmuş materiallar və tərtib edilmiş aktlar əsasında müəyyən edilir ki, iddiaçı tərəfindən müxtəlif dövrlərdə sayğacdan kənar, yəni qaz paylayıcı sisteminə qanunsuz qoşulma halları baş vermişdir. Bu hallar barədə Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq qaydada aktlar tərtib olunmuş, qanunsuz sərf edilmiş qazın həcmi hesablanaraq iddiaçının abonent hesabına daxil edilmişdir. İş materialları və təqdim olunmuş sənədlərdən tam aydın olur ki, iddiaçı müxtəlif dövrlərdə sayğacdan kənar, yəni qeyri-qanuni qoşulma yolu ilə təbii qazdan istifadə etmişdir. Hesab edir ki, iddiaçının tələbi yalnız məsuliyyətdən yayınmaq məqsədi daşıyan subyektiv bəhanə xarakteri daşıyır. Hüquqi münasibətlərdə isə subyektiv bəhanə və arqumentlər hüquqi sübut dəyərinə malik deyildir. “Qaz təchizatı haqqında” qanunun 3-cü mədəsinin tələblərinə görə (3.1.) Qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanılması müvafiq tələblərə cavab verməlidir. (3.2.) Qaz qurğuları qazın atmosferə buraxılmamasını, onun təzyiqinin, temperaturunun tərkibinin və digər göstəricilərinin müvafiq tələblərə uyğunluğunu təmin etməli, başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır. (3.3.) Əgər həqiqi və potensial təhlükələr yaranarsa, qaz qurğularının istismarçıları dərhal qaz təchizatçılarına, podratçılar və qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər isə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. Həmin qanunun 4-cü maddəsinin 2-ci hissəsinə əsasən-istehlakçı bu qanunun 3-cü maddəsinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Həmin qanunun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Borcun ödənilməsi barədə idarə rəhbərliyi tərəfindən həmin vətəndaşa dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıra qədər həmin məbləğ ödənilməmişdir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 5-ci maddəsinə əsasən (5.5) Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. (5.3) İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16-cı maddəsinə əsasən-fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq məqsədilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formada sui-istifadə edilməsinə yol verilmir. Yenə həmin Məcəllənin 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafisi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-cü maddəsinin tələblərinə görə, (24.1) Azərbaycan Respublikası məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Qeyd etdiklərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən qeyd olunan əsaslarla 2(012)- 6342/2025 saylı mülki iş üzrə İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verilməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətində Mülki Prosessual Məcəllə adlandırılacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ. bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən, hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 4.1 maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman hesablama mexanizmini hərəkətə gətirən dişli çarxların sındığı aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli tələbnaməsindən görünür ki, borc cəmi 1728 m2 hesablanmışdır. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin mənzildə sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, borc cəmi 5832 m2 hesablanmışdır. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin mənzildə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, borc cəmi 2520 m2 hesablanmışdır. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-cu il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin mənzildə sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2021-cu il tarixli tələbnaməsindən görünür ki, borc cəmi 2520 m2 hesablanmışdır. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin mənzildə sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, borc cəmi 2520 m2 hesablanmışdır. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin mənzildə sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, borc cəmi 2520 m2 hesablanmışdır. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin mənzildə sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, borc cəmi 2520 m2 hesablanmışdır. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin mənzildə sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, borc cəmi 1944 m2 hesablanmışdır. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin mənzildə sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, borc cəmi 1944 m2 hesablanmışdır. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin mənzildə sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, borc cəmi 1944 m2 hesablanmışdır. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin mənzildə sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, borc cəmi 4968 m2 hesablanmışdır. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin mənzildə sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, borc cəmi 1944 m2 hesablanmışdır. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin mənzildə sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, borc cəmi 1944 m2 hesablanmışdır. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin mənzildə sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, borc cəmi 2736 m2 hesablanmışdır. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin mənzildə sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, borc cəmi 2736 m2 hesablanmışdır. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin mənzildə sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, borc cəmi 11232 m2 hesablanmışdır. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin mənzildə sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin mənzildə sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin mənzildə sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, borc cəmi 11232 m2 hesablanmışdır. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin mənzildə sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, borc cəmi 3024 m2 hesablanmışdır. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin mənzildə sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, borc cəmi 6768 m2 hesablanmışdır. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin mənzildə sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, borc cəmi 3384 m2 hesablanmışdır. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin mənzildə sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, borc cəmi 3600 m2 hesablanmışdır. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin mənzildə sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, borc cəmi 5400 m2 hesablanmışdır. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin mənzildə sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin mənzildə sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, borc cəmi 3960 m2 hesablanmışdır. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin mənzildə sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, borc cəmi 3312 m2 hesablanmışdır. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin mənzildə sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, borc cəmi 3384 m2 hesablanmışdır. -Abonent kodu **********00790 olan İddiaçı adına olan abonent saldosundan görünür ki, Abşeron rayonu, Mexkalon ünvanına xx.xx.2023-cü il tarixdə Zenner G4T Mexaniki tipli, **********0 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1). Abonentin 2023-cü ilə aid olan cəmi borcu 10762,56 manat göstərilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin, belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt, xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar tərtib edilmişdir. Həmin aktlardan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman qaz borusuna müdaxilə, sayğacdan kənar qeyri-qanuni qoşulma aşkarlanmışdır. Buna görə borc hesablanarkən vurulmuş ziyan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları” əsas götürülmüşdür. Məhkəmə ilk əvvəl qeyd edir ki, iddiaçı iddia tələbində 11136,96 manat tələb etsə də abonent saldosundan görünür ki, iddiaçının aktlar üzrə borcu 10762,56 manat təşkil edir, və məhkəmə göstərilən məbləği əsaslı hesab edir. Aktlar üzrə hesablanmış zərər- xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üzrə (3024m3x0,10=302,4 manat), xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üzrə (3024m3x0,10=302,4 manat), xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üzrə (6768m3x0,10=676,8 manat), xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üzrə (3384m3x0,10=338,4 manat), xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üzrə (3600m3x0,10=360 manat), xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üzrə (5400m3x0,10=54 manat), xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə (1944m3x0,10=194,4 manat), xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə (3960m3x0,10=396 manat), xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə (3312m3x0,10=331,2 manat) təşkil edir. Eyni zamanda məhkəmə bildirir ki, xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2022ci il tarixli ******* nömrəli aktlar üzrə tələbnamə iş materiallarında mövcud deyildir. Ona görə də həmin aklar üzrə zərəri hesablamaq mümkün olmamışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13.8-1-ci maddəsinə əsasən (2022-ci ilin may ayından qüvvədə 8-1ci bənd) qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Qanun tələb edir ki, qazdan istifadə qaydalarını pozan şəxsin təqsirli olub- olmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər. Göründüyü kimi cavabdeh istehlakçıya qazdan qeyri-qanuni istifadə etdiyi üçün qnunla nəzərdə tutulmuş təqsirliyi müəyyən etməmişdir. Təqsir müəyyən olunmadığı üçün isə istehlakçıdan zərər tələb edilməsi qanunaziddir. Odur ki, məhkəmə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tərtib edilmiş aktlar üzrə hesablanmış ziyan tələbi əsassız olduğundan rədd edir. Məhkəmə Azəriqaz tərəfindən tərtib edilmiş digər–xx.xx.2019-cu il tarixli ******* nömrəli akt, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli 0301703 nömrəli akt, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli ******* nömrəli xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt, xx.xx.2022-ci il tarixli ******* nömrəli aktlar üzrə hesablanmış zərər məbləğlərini qismən əsaslı hesab edir. Məhkəmə iş materiallarında olan xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən tərtib olunmuş xx.xx.2019-cu il tarixli tələbnaməyə uyğun olaraq işə qiymət vermişdir. Həmin akta əsasən tərtib olunmuş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, abunəçiyə qeyri-qanuni qazdan istifadəyə görə dəymiş ziyan hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, təbii qazdan istifadə qaydalarının tələblərinə uyğun olaraq həmin qaydalara riayət etmək abonent olaraq vətəndaşın vəzifəsi olsa da, sayğacın işlək vəziyyətdə olmasına nəzarət etmək isə qazpaylayıcısının birbaşa vəzifəsi olmaqla həmin vəzifənin icrasını 30 gündən bir həyata keçirməlidir. Lakin göründüyü kimi, Cavabdeh İBnin nümayəndələri tərəfindən abonentin mənzilinə quraşdırılmış qaz sayğacına vaxtında nəzarət edilməməsi nəticə olaraq, abonentin də qaz sayğacından qeyri-qanuni istifadə etməklə təbii qazı talaması halını istisna etməmişdir. Bununla belə, abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən tərtib olunmuş xx.xx.2019-cu il tarixli tələbnaməyə uyğun olaraq 90 gün müddətinə hesablanmış qaz istehlakını 30 gün müddətində hesab edərək aşağıdakı qaydada sadə riyazi hesablama üsulu ilə hesablanmalıdır. (1.2x6x30=216; 1.5x6x30=270; 216+270=486 m3; 486x0.10=48,6 manat). Həmçinin xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən tərtib olunmuş xx.xx.2020-ci il tarixli tələbnaməyə uyğun olaraq 90 gün müddətinə hesablanmış qaz istehlakını 30 gün müddətində hesab edərək aşağıdakı qaydada sadə riyazi hesablama üsulu ilə hesablanmalıdır. (1.2x24x30=864; 1.5x24x30=1080; 864+1080=1944 m3; 1944x0.10=194,4 manat). Həmçinin xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən tərtib olunmuş xx.xx.2021-ci il tarixli tələbnaməyə uyğun olaraq 60 gün müddətinə hesablanmış qaz istehlakını 30 gün müddətində hesab edərək aşağıdakı qaydada sadə riyazi hesablama üsulu ilə hesablanmalıdır. (2x24x30=1440; 1.5x24x30=1080; 1.5x24x30=1080; 1440+1080+1080=3600 m3; 3600x0.10=360 manat). Həmçinin xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnaməyə uyğun olaraq 90 gün müddətinə hesablanmış qaz istehlakını 30 gün müddətində hesab edərək aşağıdakı qaydada sadə riyazi hesablama üsulu ilə hesablanmalıdır. (1.2x24x30=864; 2.6x24x30=1872; 1.4x24x30=1008; 864+1872+1008=3744 m3; 3600x0.12=449,28 manat). Göstərilən aktlar üzrə ümumi məbləğ (48,6+194,4+360+449,28 =1052,28 manat) 1052,28 manat hesablanmasını əsaslı hesab edir. Məhkəmə eyni zamanda Azəriqaz tərəfindən xx.xx.2021-ci il tarixdə ******* nömrəli akta görə, (1944x0,10=194,4 manat), xx.xx.2021-cu il tarixdə ******* nömrəli akta görə (1944x0.10=194,4 manat), xx.xx.2021-ci il tarixli, ******* saylı akta görə (1944x0.10=194,4 manat), xx.xx.2021-ci il tarixli, ******* saylı akta görə (1944x0.10=194,4 manat), xx.xx.2021-ci il tarixdə ******* nömrəli akta görə (972x0.10=97,2 manat) olmaqla, aktlar üzrə cəmi 874,8 manat məbləğində borc hesablanmasını əsaslı hesab edir. Ona görə də məhkəmə Aktlar üzrə hesablanmış məbləğləri ümumiləşdirərək aşağıdakı kimi hesablayır. (1052,28 manat+874,8 manat = 1927,08 manat) Beləliklə Məhkəmə işin araşdırılan hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən Aktlar üzrə iddia tələbi qismən təmin edilməli abonentə ümüumilikdə hesablanmış 10762,56 manat (10762,56-1927,08=8835,48 manat) məbləğindən 8835,48 manat məbləği onun abunə hesabından silinməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2. maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Hazırki iş üzrə iddia 8835,48 manat həcmində təmin edildiyindən məhkəmə hesab edir ki, 108,35 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 8835,48 (səkkiz min səkkiz yüz otuz beş manat qırx səkkiz qəpik) manat borc abonent kodu **********00790 olan İddiaçı məxsus abunə hesabından silinsin. Cavabdehndən 108,35 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar