Məhkəmə qərarları › İş №2(012)-6346/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6346/2021

20.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6346/2021 20.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, İddiaçı1 komandiri polkovnik Rəşad Salmanovun cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kommunal xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : İddiaçı1 komandiri polkovnik Rəşad Salmanov cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kommunal xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək adları iddia ərizəsində qeyd edilən şəxslərin Pirəküşkül 1 hərbi şəhərciyində yerləşən mənzillərdə ödənilməmiş kommunal xərclərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinin tələblərinə cavab vermir. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi səlahiyyəti olan şəxs tərəfindən imzalanmalıdır. Məhkəməyə ünvanlanmış hazırki iddia ərizəsi İddiaçı1 komandiri polkovnik Rəşad Salmanov tərəfindən imzalanmışdır. Belə ki, İddiaçı1 komandiri polkovnik Rəşad Salmanovun hazıki iddia tələbi ilə məhkəməyə müraciət etmək səlahiyyətinə malik olması iş materiallarında olan hər hansı sənədlə təsdiq olunmur. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmalıdır. Eyni zamanda, iddia ərizəsində cavabdehlər Cavabdeh1 və qeyrilərinin hansı ünvanda qeydiyyatda olmaları və yaşamaları, hər bir mənzil üzrə istifadəçilərin hansı məbləğdə borclarının olması, hər birindən hansı məbləğdə kommunal borcun tutulması qeyd edilməmiş və bu barədə hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3. və 150.0.5-ci maddələrinin mahiyyətinə əsasən iddia ərizəsində iddiaçının öz tələbini əsaslandırdığı hallar göstərilməli və həmin hallara dair sənədlər iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3. maddəsinin tələbinə əsasən isə məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 152.1. və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən edilmiş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı1 komandiri polkovnik Rəşad Salmanovun cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kommunal xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM : İddiaçı1 komandiri polkovnik Rəşad Salmanovun cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kommunal xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar