Məhkəmə qərarları › İş №2(012)-6348/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6348/2021

09.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6348/2021 09.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçilər Ərizəçi7, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 iştirakı ilə, Ərizəçilər Ərizəçi7, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli olan faktların müəyyən olunması» ərizəsi üzrə mülki Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi7, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 ərizə ilə məhkəməyə müraciət edərək, JN-184A saylı, 30800086 kodlu torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin AZE 0*******, xxxxxxx seriyalı AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi7”-na, AZE 0*******, xxxxxxx seriyalı AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi1”-na, AA*******, xxxxxxx seriyalı AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi2”-na, AZE ********, xxxxxxx seriyalı ARsı vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi3”-na, AZE ********, xxxxxxx seriyalı AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi4”-na, AZE ********, xxxxxxx seriyalı AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi5”-na, AA*******, xxxxxxx seriyalı AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi6”-na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi7 məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ona və ailəsinin digər üzvlərinə məxsus 0.09 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 30.08.2021ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-184A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahiblərinin ad, soyadı və ata adları ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ad, soyad və ata adları arassında kəskin fərqlərin olduğu aşkar edilmişdir. Belə ki, JN-184A nömrəli şəhadətnamə hüquq sahibləri ardıcıl olaraq, X2, X3, Ərizəçi2 Səfiyar oğlu, Ərizəçi3 Səfiyar oğlu, Ərizəçi4 Səfiyar oğlu, Ərizəçi5 Oktay qızı və X4 göstərildiyi halda, şəxsiyyət vəsiqəsində Ərizəçi7, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 Oqyat qızı və Ərizəçi6 kimi qeyd edildiyi aşkar edilmişdir. Bütün bunlara əsasəndə yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Hətta ona şifahi olaraq izah edilmişdir ki, məsələnin həllindən ötrü məhkəməyə müraciət olunmalıdır. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 11.08.2021-ci il tarixli, 2513 nömrəli arayışında da adların səhv yazıldığı qeyd edilmiş və adlara düzəliş edilmişdir. Qeyd olunanlara əsasən o, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Digər ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 məhkəmə iclasında digər Ərizəçi7 izahatına uyğun izahat verdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan AZE 0*******, xxxxxxx seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi7 xx.xx.1952-ci ildə Ermənistan, Sisyan rayonunda anadan olmuşdur. İş materiallarında olan AZE 0*******, xxxxxxx seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi1 xx.xx.1958-ci ildə Ermənistan, Sisyan rayonunda anadan olmuşdur. İş materiallarında olan AA*******, xxxxxxx seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi2 xx.xx.1984-cü ildə anadan olmuşdur. İş materiallarında olan AZE ********, xxxxxxx seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi3 xx.xx.1977-ci ildə Ermənistan, Sisyan rayonunda anadan olmuşdur. İş materiallarında olan AZE ********, xxxxxxx seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi4 xx.xx.1978-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuşdur. İş materiallarında olan AZE ********, xxxxxxx seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi5 xx.xx.1979-cu ildə Ermənistan, Sisiyan rayonu, Şəki kəndində anadan olmuşdur. İş materiallarında olan AA*******, xxxxxxx seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi6 xx.xx.2003-cü ildə anadan olmuşdur. İş materiallarında olan JN-184A saylı, 30800086 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli 16 nömrəli qərarı ilə verilmiş 0.09 hektar ölçüsü olan torpaq sahəsi X2, Əliyeva Rahilə, Surxay qızı, Ərizəçi2 Səfiyar oğlu, Ərizəçi3 Səfiyar oğlu, Ərizəçi4 Səfiyar oğlu, Ərizəçi5 Oktay qızı və X1 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi,xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin(həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçilərin izahatlarını və iş materiallarını araşdıraraq, hesab edir ki, Ərizəçi7, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 adı şəhadətnamədə səhv olaraq, X2, Əliyeva Rahilə, Surxay qızı, Ərizəçi2 Səfiyar oğlu, Ərizəçi3 Səfiyar oğlu, Ərizəçi4 Səfiyar oğlu, Ərizəçi5 Oktay qızı və X4 olaraq göstərilmişdir. Odur ki, məhkəmə hesab edir ki, DTXK Abşeron rayon şöbəsinin JN-184A saylı, 30800086 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X2, Əliyeva Rahilə, Surxay qızı, Ərizəçi2 Səfiyar oğlu, Ərizəçi3 Səfiyar oğlu, Ərizəçi4 Səfiyar oğlu, Ərizəçi5 Oktay qızı və X4 əvəzinə Ərizəçi7, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 yazılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 216-220, 307,308, 311 və 360cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. JN-184A saylı, 30800086 kodlu torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin AZE 0*******, xxxxxxx seriyalı AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi7, AZE 0*******, xxxxxxx seriyalı AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi1, AA*******, xxxxxxx seriyalı AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi2, AZE ********, xxxxxxx seriyalı AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi3, AZE ********, xxxxxxx seriyalı AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi4, AZE ********, xxxxxxx seriyalı AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi5, AA*******, xxxxxxx seriyalı AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi6 məxsus olması faktının müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar