Məhkəmə qərarları › İş №2(012)-642/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-642/2024

15.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-642/2024 15.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlak üzərində payların müəyyən olunması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlak üzərində payların müəyyən olunması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında “Opel Meriva” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi, “Opel Meriva” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində onun və Cavabdeh1 1/2 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, hazırda öz iddiasından imtina edir. İddiaçı bu barədə ərizə ilə məhkəməyə müraciət etdi. Məhkəmə iclasında Cavabdeh1 iddiaçının iddiasından imtina etməsilə bağlı ərizənin nəzərə alınmasını və hazırki işin icraatına xitam verilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədi. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddiadan imtina etdiyini bildirmişdir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən iddiadan imtinanın qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması halları müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlak üzərində payların müəyyən olunması barədə iddia tələbindən imtina etdiyi üçün iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, işdən görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumunu xx.xx.2023-cü ildə ödəmişdir. Mülki-Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iş üzrə icraata xitam verilməli, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 50 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlak üzərində payların müəyyən olunması tələbinə dair iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı hazırki mülki iş (2(012)-642/2024 saylı mülki iş) üzrə ödəmiş olduğu 50 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar