Məhkəmə qərarları › İş №2(012)-6472/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6472/2025

15.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6472/2025 15.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1ində yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********65640 olan sayğaca qanunsuz olaraq hesablanmış 799,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********65640 olan qaz sayğacından istifadə etmişdirlər. İstifadə etdikləri sayğacın abonent kodu onun adına rəsmiləşdirilmişdir. Cavabdeh əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə ona məxsus abonent kodu **********65640 olan sayğaca onun xəbəri və iştirakı olmadan baxış keçirilmiş və xx.xx.2018ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Eyni zamanda sayğaca baxış keçirilərkən guya Cavabdeh İB-nin 29/1710-Q0368/3-20 nömrəli, xx.xx.2018-ci il tarixli rəyinə əsasən 1212AQ**********8 nömrəli sayğacın plasmas borusunun deşildiyi qeyd edilmişdir. Hesab edir ki, Cavabdeh İB-nin əməkdaşları bilərəkdən abonent kodu **********65640 olan sayğaca qərəzli olaraq cərimə aktı yazmışdırlar. Sözügedən akt qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Bildirmək istəyir ki, nə o, nə də ailə üzvləri tərəfindən sayğaca müdaxilə olunmuşdur. Sayğacın plasmas borusunu deşmək üçün sayğacın plombları qırılmalı, sonradan ona müdaxilə etmək mümkündür. Ona məxsus sayğacın plombları qırılmamış və ona heç bir müdaxilə edilməmişdir. Cavabdeh İB yaşadıqları ərazidə belə qanunsuz aktlar tərtib etməklə vətəndaşları incidir. Demək olar ki, yaşadığı ərazidə çox evlərə belə qanunsuz və əsassız aktlar tərtib edilmişdir. Qeyd edir ki, sayğac fərdi yaşayış evinin çöl hissəsində quraşdırılmışdır. Çöldə quraşdırılmış sayğacın təhlükəsizliyinə o, hər hansı bir cavabdehlik daşımır. Əsassız və qanunsuz yazılmış cərimənin silinməsi ilə bağlı Cavabdeh İB-yə müraciət etsə də idarə tərəfindən ona heç bir müsbət cavab verilməmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bütün bu qeyd etdiklərinə əsasən o, məsələnin araşdırılması və xx.xx.2022-ci il tarixli, ******* saylı akta görə yazılmış 1036,80 manat borcun silinməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bildirir ki, Cavabdeh əməkdaşları tərəfindən 2018-ci ildə sözügedən evə quraşdırılmış sayğac dəyişdirilmişdir. Ona bu yaxınlarda cərimə yazılması barədə məlumat verilmişdir. Evə quraşdırılmış sayğac mexaniki sayğacdır və aylıq qaz sərfiyyatı təxminən 15-20 m3 həcmində olmuşdur. Onlar artıq sözügedən evi satmışdırlar, evin yeni sakinləri bildirirlər ki, qaz sərfiyyatına görə borcları vardır. Cavabdeh təşkilat tərəfindən hesablanmış borca görə hissə-hissə olmaqla ödəniş etmişdirlər. Qeyd edilənlərə əsasən o, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin cavabdeh təşkilatın nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, İddiaçı məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evində quraşdırılmış, Cavabdeh İB-nin Sumqayıt RQİ-də İddiaçı adına qeydiyyata alınmış təbii qaz sayğacına (abonent kodu: **********65640) baxış keçirilmiş və sayğacın çıxış plasmas borusunun deşilməsi aşkarlanmışdır. Müdaxilə faktı barədə Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən iddiaçının iştirakı ilə (aktı imzalamaqdan imtina etməsi barədə qeyd aparmaqla) xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən iddiaçıya 7992 m3 təbii qaz sərfi – 1598,40 manat dəymiş ziyan məbləği hesablanmışdır. İddiaçının hazırda faktiki borcu 787,61 manat təşkil edir və abonentin **********65640 saylı saldosunda (debitor borcun olub-olmamasını təsdiq edən sənəd) öz əksini tapmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə görə (3.1.) qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanılması müvafiq tələblərə cavab verməlidir; (3.2.) qaz qurğuları qazın atmosferə buraxılmamasını, onun təzyiqinin, temperaturunun tərkibinin və digər göstəricilərinin müvafiq tələblərə uyğunluğunu təmin etməli, başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır; (3.3.) əgər həqiqi və potensial təhlükələr yaranarsa, qaz qurğularının istismarçıları dərhal qaz təchizatçılarına, podratçılar və qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər isə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. Həmin qanunun 4-cü maddəsinin 2-ci hissəsinə əsasən istehlakçı bu qanunun 3-cü maddəsinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Həmin qanunun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Borcun ödənilməsi barədə idarə rəhbərliyi tərəfindən abonentə dəfələrlə qanunun tələbləri izah edilməsinə baxmayaraq hal-hazıra qədər həmin məbləğ ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq məqsədilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formada sui-istifadə edilməsinə yol verilmir. Yenə həmin Məcəllənin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-cü maddəsinin tələblərinə görə (24.1) Azərbaycan Respublikası məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Odur ki, cavabdeh təşkilat kimi etirazlarının nəzərə alınaraq qeyd olunan əsaslarla İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus olmuş ünvan 1ində yerləşən fərdi yaşayış evinə quraşdırılmış (abonent kodu: **********65640) sayğaca baxış keçirilən zaman Cavabdeh İBnin 29/1710-Q0368/3-20 nömrəli, 11 iyun 2018-ci il tarixli rəyinə əsasən 1202AQ**********8 nömrəli sayğacın çıxış plasmas borusunun deşildiyi aşkar olunmuşdur. İş materiallarında olan 08 dekabr 2025-ci il tarixli abonentin saldosundan görünür ki, İddiaçı məxsus olmuş ünvan 1ində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********65640) xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 1598,40 manat məbləğində borc hesablanmışdır və İddiaçı faktiki borcu hazırda 787,64 manat təşkil edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı iddia tələbində Cavabdeh tərəfindən ünvan 1ində yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********65640 olan sayğaca qanunsuz olaraq hesablanmış 799,20 manat borcun silinməsini xahiş etsə də iş materiallarında olan 08 dekabr 2025-ci il tarixli abonentin saldosundan göründüyü kimi Cavabdeh tərəfindən vaxtilə İddiaçı məxsus olmuş ünvan 1ində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********65640) 787,64 manat məbləğində borc hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X1 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması, həmçinin iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə cavabdeh təşkilat iddia tələbinin əsassız olduğunu sübut etməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, iddiaçı ünvan 1ində yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 787,64 manat məbləğində hesablanmış cərimə silinməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 30 (otuz) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1ində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********65640) quraşdırılmış qaz sayğacına görə hesablanmış 787,64 manat cərimə silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar