Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-652/2022 09.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.1987-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 1-ci küçə, döngə 1 ünvanında yerləşən 9 saylı evdə qeydiyyatda olan və yaşayan xx.xx.1987-ci il təvəllüdlü X6 onun doğma övladıdır. Fərqan anadangəlmə xəstədir və ağır dərəcəli əqli gerilik, daimi şəkildə ciddi müalicə tələb edən davranış pozuntularından əziyyət çəkir. O, övladını bu yaşına kimi bir çox xəstəxanalara aparmış, lakin bir faydası olmamışdır. Fərqan insanlarla əlaqə qura bilmir, özünü ifadə edə bilmir, özbaşına qala bilmir, özünə və ətrafa ziyan yetirə bilər. Fərqana daima o qulluq edir. Belə ki, xx.xx.1987-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyətsiz olmasına görə köməkçi təyin olunmağından ilk öncə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ona 4/3005 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubu verilərək, izah olunmuşdur ki, oğlunun fəaliyyət qabiliyyətsiz olduğu faktı məhkəmə orqanları tərəfindən təsdiqlənməlidir və müvafiq qətnamə çıxarılmalıdır. Məhkəmənin müvafiq qətnaməsinə əsasən o, X2 üzərində qəyyum təyin oluna bilər və buna görə də ilk növbədə məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Fərqanın ondan başqa heç kimi yoxdur. Fərqanın istəklərini, xarakterini yalnız o bilir və illərdir ki, övladına qulluq edir. Onu da qeyd edir ki, övladının hazırki vəziyyətini bütün qohumlar və qonşular bilir və şahiddirlər. Göstərilənlərə əsasən, o, iddianın təmin olunmasını xahiş etdi. Maraqlı şəxs nümayəndəsi X4 məhkəmədə izahatında bildirdi ki, ərizənin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan AZE Seriyalı, 16973827 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X6 xx.xx.1987-ci il tarixdə Tərtər rayonunda anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 2037 saylı rəyindən görünür ki, X3 ağır dərəcəli ağlı gerilik (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar - körpəlikdən psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, SN “Respublika Psixiatriya Xəstəxanası” PFİŞ-də, Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasında müalicədə olması, Psixi Sağlamlıq Mərkəzində t.e.d. professor Fuad İsmayılov tərəfindən müayinə olunması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər-verbal kontakta çətin daxil olması, sualları başa düşə bilməməsi, söz ehtiyatının kasadlığı, maraq dairəsinin məhdudluğu, emosiyalarının qeyri-adekvatlığı, davranış pozuntuları aşkar etməsi, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.1987-ci il təvəllüdlü X6 öz hərəkətlərinin mənasını anlaya bilirmi və ya öz hərəkətlərinə rəhbərlik edə bilirmi? Cavab: X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. 2. xx.xx.1987-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab oluna bilərmi? Cavab: X6 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, xx.xx.1987-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və onun öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olmadığı iş materialları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 2037 saylı rəyi ilə tamamilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasının başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan sayıla bilər. Onların üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyətli olmayan sayılmış fiziki şəxsin adından əqdi onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyətli olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 35.7-ci maddəsinə əsasən, qəyyumlar və himayəçilər öz qəyyumluğunda və ya himayəsində olanların saxlanması, onlara baxılmasının və onların müalicəsinin təmin edilməsi, onların təhsil alması və tərbiyələnməsi qayğısına qalmağa, onların hüquq və mənafelərini qorumağa borcludurlar. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1987-ci il tarixdə Tərtər rayonunda doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-652/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-652/2022
09.08.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver