Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6528/2021 21.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 21 dekabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-1232 saylı, 40814058 kodlu torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının AA*******; xxxxxxx seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi”na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi və ailənin digər üzvlərinə məxsus Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində yerləşən 2.61 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasprotun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 Saylı Ucar Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin, ƏMDK yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən 16 avqust 2021-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı hüquq əldə edənin ərizəsi və ərizəyə əlavə olunan sənədlər əsasında aparılır. Həmçinin bildirilmişdir ki, DT və XK-si tərəfindən verilmiş JN-1232 saylı torpağa mülkiyyət hüququna dair X22 (Qasımova) İlahə Əbülfəz qızının adı X2 qeyd edilmişdir. Göstərilən çatışmazlıqlar aidiyyatı üzrə aradan qaldırılaraq yenidən müraciət olunacağı təqdirdə, hüquqlarının dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacağı bildirilmişdir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X8 ərizədə göstərilənləri təsdiq edərək, ərizədə yazılanlara uyğun izahat verib, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan AA******* №-li şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. Mülki işin materiallarında olan AZ-İ seriyalı 785126 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, 06.04.1990cı il tarixdə anadan olmuş X13 və xx.xx.1996-cı il tarixdə anadan olmuş X9 arasında nikah 26.05.2014-cü il tarixdə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 05 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Qasımova” soyadı verilmişdir. Mülki işin materiallarında olan 17.03.1999-cu il tarixdə Göyçay rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-1232, KOD 40814058 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Göyçay rayonu, Mirzəhüseynli kənd sakinləri X17, X4, X8, X18, X19, X10, X14, X11, X15 və X5 Göyçay rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 41 saylı qərarı ilə 2.61 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. Mülki iş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X9 xx.xx.1996-cı ildə Göyçay rayonu İ Ərəb kəndində doğulmuşdur, atası X8, anası X16r. Mülki işin materiallarında olan Göyçay RİHB-nın İkinci Ərəbcəbirli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 24.11.2021-ci il tarixli, 865 №-li arayışdan müəyyən edilir ki, Göyçay rayonu, 1-ci Ərəbcəbirli kənd sakini X3 aşağıdakı tərkibdə ailə üzvləri vardır: arvadı-X21, qızı-X11, qızı-X9, qızı-X12. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən X6 ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 16.08.2021-ci il tarixli **********62 nömrəli bildirişdən görünür ki, ona və ailə üzvlərinə məxsus Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində yerləşən 2.61 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə daxil olmuş 08.07.2021-ci il tarixli ərizəsinə baxılmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı hüquq əldə edənin ərizəsi və ərizəyə əlavə olunan sənədlər əsasında aparılır. Həmçinin bildirilmişdir ki, DT və XK-si tərəfindən verilmiş JN-1232 saylı torpağa mülkiyyət hüququna dair X22 (Qasımova) İlahə Əbülfəz qızının adı X24 kimi qeyd edilmişdir. Göstərilən çatışmazlıqlar aidiyyəti üzrə aradan qaldırılaraq yenidən müraciət olunacağı təqdirdə, hüquqlarının dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, iş materiallarında olan sübutlar ilə müəyyən olundu ki, 17.03.1999-cu il tarixdə Göyçay rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-1232, KOD 40814058 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət X1 kimi qeyd edilən şəxs xx.xx.1996-cı il tarixdə anadan olmuş Qasımova (Məmmədova) İlahə Əbülfəz qızı olması müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 17.03.1999-cu il tarixdə Göyçay rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-1232, KOD 40814058 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının xx.xx.1996-cı il tarixdə anadan olmuş Qasımova (Məmmədova) İlahə Əbülfəz qızına (digərləri) məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 17.03.1999-cu il tarixdə Göyçay rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-1232, KOD 40814058 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının xx.xx.1996-cı il tarixdə anadan olmuş Qasımova (Məmmədova) İlahə Əbülfəz qızına(digərləri) məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-6528/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6528/2021
21.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver