Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6576/2025 26.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «aktın ləğv edilməsi və borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Abşeron rayonu, Güzdək Hərbi şəhərciyi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış və abonent kodu **********00010 olan sayğaca tərtib olunmuş ******* saylı aktın ləğv edilməsi və ona hesablanmış 403,20 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Güzdək Hərbi şəhərciyi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış və abonent kodu **********00010 olan qaz sayğacı ona məxsusdur. Qeyd edir ki, 30 mart 2018-ci ildə Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən “dəymiş ziyanın bərpasına dair” tələbnamə tərtib edilmişdir. Həmin tələbnamə əsasında guya ona məxsus sayğaca baxış keçirilən zaman qaz paylayıcısı tərəfindən sayğacın yivli birləşməsinə vurulmuş plombun qırıldığı qeyd edilmişdir. Nəticədə ******* nömrəli akt əsasında ona 403,20 manat məbləğində əsassız şəkildə borc hesablanmışdır. Bildirir ki, istifadə etdiyi qaz sayğacı yaşadığı fərdi yaşayış evinin hasarının çöl hissəsinə quraşdırılmışdır. Həmin ərazidən gün ərzində onlarla insan keçir. Küçədə quraşdırılmış sayğacın təhlükəsizliyinə görə o, hər hansı bir məsuliyyət daşımır. Onu da qeyd edir ki, akt tərtib edildiyi vaxtda istifadə etdiyi sayğac Smart kart tipli sayğac olmuşdur. Bilindiyi kimi Smart kartlı sayğacda ödənişlər kart vasitəsilə həyata keçirilir. Smart tipli sayğacın plombunun qırılması məntiqlə də uyğun gəlmir. Qeyd edir ki, Cavabdeh əməkdaşları tərəfindən sayğaca baxış keçirilərkən ona məlumat verilməmiş, onun iştirakı təmin olunmamış əsassız olaraq sözügedən akt tərtib olunmuşdur. Bu səbəbdən də o, Cavabdeh tərəfindən qanunsuz olaraq tərtib edilmiş ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən ona hesablanmış 403,20 manat cərimə borcunun silinməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz ərizəsində və məhkəmə iclasında bildirdi ki, İddiaçı məxsus Abşeron rayonu, Güzdək Hərbi şəhərciyində yerləşən fərdi yaşayış evində quraşdırılmış, Cavabdeh İB-nin Sumqayıt RQİ-də X1 adına qeydiyyata alınmış təbii qaz sayğacına (abonent kodu: **********00010) baxış keçirilmiş və sayğacın yivli birləşməsinə vurulmuş plombun qırıldığı aşkarlanmışdır. Müdaxilə faktı barədə Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən iddiaçının iştirakı ilə (aktı imzalamaqdan imtina etməsi barədə qeyd aparmaqla) xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən itirilmiş qaz sərfinin hesabatı aparılaraq iddiaçıya 2016 m3 təbii qaz sərfi 403,20 manat hesablanmışdır. İddiaçının hazırda faktiki borcu 378,62 manat təşkil edir və abonentin **********00010 saylı saldosunda (borcun olubolmamasını təsdiq edən sənəd) öz əksini tapmışdır. “Qaz təchizatı haqqında” qanunun 3-cü maddəsinin tələblərinə görə (3.1.) Qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanılması müvafiq tələblərə cavab verməlidir. (3.2.) Qaz qurğuları qazın atmosferə buraxılmamasını, onun təzyiqinin, temperaturunun tərkibinin və digər göstəricilərinin müvafiq tələblərə uyğunluğunu təmin etməli, başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır. (3.3.) Əgər həqiqi və potensial təhlükələr yaranarsa, qaz qurğularının istismarçıları dərhal qaz təchizatçılarına, podratçılar və qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər isə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. Həmin qanunun 4-cü maddəsinin 2-ci hissəsinə əsasən- istehlakçı bu qanunun 3-cü maddəsinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Həmin qanunun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Borcun ödənilməsi barədə idarə rəhbərliyi tərəfindən abonentə dəfələrlə qanunun tələbləri izah edilməsinə baxmayaraq hal-hazıra qədər həmin məbləğ ödənilməmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 mart 2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Güzdək Hərbi şəhərciyində yerləşən fərdi yaşayış evinə quraşdırılmış (abonent kodu: **********00010) sayğaca baxış keçirilən zaman flyans plombun sındırıldığı aşkar olunmuşdur. İş materiallarında olan 15 dekabr 2025-ci il tarixli abonentin saldosundan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Güzdək Hərbi şəhərciyində yerləşən evə (abonent kodu: **********00010) 30 mart 2018-ci il tarixli, ******* saylı akta əsasən 403,20 manat məbləğində borc hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «aktın ləğv edilməsi və borcun silinməsi» tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Güzdək Hərbi şəhərciyində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00010) 30 mart 2018-ci il tarixli, ******* saylı akt tərtib edilərək 403,20 manat cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq istehlakçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X4 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə istehlakçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdeh şirkət iddia tələbinin əsassız olduğunu sübut etməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, İddiaçı Abşeron rayonu, Güzdək Hərbi şəhərciyində yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 403,20 manat məbləğində hesablanmış cərimə silinməlidir. Həmçinin məhkəmə iddia tələbinin 30 mart 2018-ci il tarixli, ******* saylı aktın ləğv olunması hissəsi ilə bağlı qeyd edir ki, həmin akt hər hansı bir hüquqi nəticə yaratmadığından və yalnız sayğacdakı qüsurla bağlı halı əks etdirdiyindən bu hal aktın ləğv olunması zərurətini aradan qaldırır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 30 (otuz) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus (abonent kodu: **********00010) Abşeron rayonu, Güzdək Hərbi şəhərciyində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə 30 mart 2018-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 403,20 manat cərimə silinsin. İddia tələbi 30 mart 2018-ci il tarixli, ******* saylı aktın ləğv olunması hissəsində rədd edilsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-6576/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6576/2025
26.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver