Məhkəmə qərarları › İş №2(012)-660/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-660/2025

06.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-660/2025 06.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında X2 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, onun övladı X8 11 iyun 2007-ci ildə anadan olmuşdur. Belə ki, oğlu uşaq autizmi, konnez sindromu (Qulluq və müalicə tələb edən ciddi davraanış pozuntusu, Ağır dərəcəli əqli gerilik) xəstəsidir. Neçə illərdir ki, övladına o baxır. Tibbi-sosial Ekspert Komisiyasında sonuncu müayinəyə dair məlumata əsasən X4 birinci dərəcə əlilliyi, orqanizmin funksiyalarının 90% pozulması müəyyən olunmuşdur. Onun uşaq autizmi, konnez sindromu (Qulluq və müalicə tələb edən ciddi davraanış pozuntusu, Ağır dərəcəli əqli gerilik) xəstəliyindən əziyyət çəkməsi səbəbindən təbii olaraq öz hərəkətlərinə nəzarət etmək və öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyəti zəifdir. Buna görə də onun hüquq və vəzifələri ilə bağlı məsələlər ortaya çıxdıqda bunu o yerinə yetirməli olur. Lakin, müəyyən işlərin həll olunması zamanı onun şəxsən iştirakı zəruri olduqda onun övladının qanuni nümayəndəsi olaraq təmsil etməyi mümkün olmur. Buna görə də onun fəaliyyət qabiliyyətsiz elan olunması zəruridir ki, bundan sonra övladının üzərində qəyyum təyin olunaraq mənafeyini müdafiə edə bilsin. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında X2 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın nümayəndəsi X7 məhkəmə iclasında məhkəmə-psixiatrik ekspertizasının rəyi və iş üzrə digər materiallarla tanış olduğunu bildirmiş və ekspert rəyini əsas götürülərək ərizənin təmin olunmasına etiraz etməmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 317.2. maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron Rayon VVADQ Şöbəsi tərəfindən AZ-İ 978674 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası isə Ərizəçidır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 160 saylı rəyindən görünür ki, İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs X6 “UŞAQ AUTİZMİ NƏTİCƏSİNDƏ YARANAN AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK (İMBESİLLİK DƏRƏCƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ“ (F 72.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında “Uşaq autizmi. Kanner sindromu. Ağır dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə. Kənar şəxsləhn qulluq və nəzarətinə ehtiyacı vah’ diaqnozu ilə birinci dərəcəli əlil hesab olunması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ‘Abşeron rayon Mərkəzi XəstəxanasTda Uşaq autizmi. Kanner sindromu. Ağır dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə. Kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacı var” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Sumqayıt şəhər Psixiatriya XəstəxanasTda Uşaq autizmi. Kanner sindromu. Ağır dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə. Kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacı vaT diaqnozu təyin edilməsi), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualları başa düşməməsi, anlaşılmaz sözlərlə cavab verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. xx.xx.2025-ci il tarixli 35 saylı rəy- 4 - X8 İİ. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.2007-ci il təvəllüdlü X4 öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olubolmamasına dair psixi vəziyyəti müəyyən edilsin. Cavab: Yoxlanılan şəxs X6 uşaq autizmi nəticəsində yaranan ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) müəyyən edilir. 2-ci sual: X4 xəstəliyi onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə əsas verirmi? Cavab: Yoxlanılan şəxs X8psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək, öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. C.E.Ömərovovu fəaliyyət qabilliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.1. maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8. maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarından, ərizəçinin izahatından, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 160 saylı rəyindən müəyyən olunur ki, X8 “ağır dərəcəli əqli gerilik” xəstəliyindən əziyyət çəkir. Beləliklə məhkəmə tərəfindən psixiatrik ekspertiza təyin edilmiş, psixiatrik ekspertiza üzrə alınmış xx.xx.2025-ci il tarixli, 160 saylı rəydə X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı, buna görə də fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması nəticəsinə gəlinmişdir. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə ekspert rəyini digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən əsas sübut növü kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə psixiatrik ekspertizanın rəyini əsas sübut kimi nəzərə alıb işin yuxarıda tədqiq edilən hallarına və qanunun qeyd edilən tələblərinə əsasən, hesab edir ki, ərizəçinin qızı-xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 321.2. maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar