Məhkəmə qərarları › İş №2(012)-676/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-676/2025

03.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-676/2025 03.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00016 olan sayğaca qanunsuz olaraq hesablanmış 9313,92 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00016 olan qaz sayğacından istifadə edir. Cavabdeh əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması görə ona məxsus abonent kodu **********00016 olan sayğaca xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt, xx.xx.2022ci il tarixdə ******* nömrəli akt, xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt, xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt, xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt, xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt, xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt, xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt, xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt və xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt tərtib edilmiş və ümumilikdə 9313,92 manat məbləğində dəymiş ziyana görə cərimə hesablanmışdır. Həmin aktlarda, təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə və istifadə edildiyi aşkar olunması qeyd olunmuşdur. Sözügedən aktlar qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Belə ki, sözügedən aktdan qaz pulunu ödəyəndə xəbəri olmuşdur. O, Şamaxıda yaşayır və aktlar tərtib edilən zaman evdə heç kim olmamışdır. Qeyd edir ki, tərəflərindən sayğaca müdaxilə olunmamış və sayğacdan kənar xətt çəkdirilməmişdir. Cavabdeh İB yaşadığı Masazır qəsəbəsində belə qanunsuz aktlar tərtib etməklə vətəndaşları incidir. Demək olar ki, yaşadığı ərazidə çox evlərə belə qanunsuz və əsassız aktlar tərtib edilmişdir. O, Cavabdehnə əsassız və qanunsuz yazılmış cərimələrin silinməsi ilə bağlı şifahi olaraq müraciət etsə də idarə tərəfindən ona heç bir müsbət cavab verilməmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bütün bu qeyd etdiklərinə əsasən o, məsələnin araşdırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq bildirir ki, ona məxsus evə 2022-ci ilin iyun ayına qədər qaz sayğacı quraşdırılmamışdır. Göstərilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Belə ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilərkən qeydiyyatsız və sayğac olmadan təbii qazdan istifadə edildiyi və sayğacdan kənar xəttin mövcud olduğu aşkar olunmuş, həmin sayğaca görə müvafiq tarixlərdə aktlar tərtib edilmiş, həmin aktlar əsasında iddiaçıya cərimə borcu hesablanmışdır. Bildirir ki, iddiaçıya məxsus evə quraşdırılmış sayğac ilə bağlı aktlar, əsasən, qış aylarında tərtib edilmişdir. Cavabdeh əməkdaşları tərəfindən dekabr ayında iddiaçının evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar xəttdən istifadə etdiyi aşkar edilmiş, qeyd edilən faktı təsdiq edən şəkillər çəkilmiş və sayğacda yaranmış qüsur ilə bağlı akt tərtib edilmişdir. O, iddia tələbinin əsassız olduğuna dair əlavə sübutlar təqdim edəcəyini bildirmiş, lakin növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 mart 2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evə quraşdırılmış (abonent kodu: **********00016) sayğaca baxış keçirilən zaman sayğacdan kənar xəttin mövcud olduğu və təbii qazdan qeydiyyatsız istifadə olunduğu aşkar olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 aprel 2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evə (abonent kodu: **********00016) baxış keçirilən zaman sayğac olmadan təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 may 2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evə (abonent kodu: **********00016) baxış keçirilən zaman sayğac olmadan təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 dekabr 2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evə quraşdırılmış (abonent kodu: **********00016) sayğaca baxış keçirilən zaman sayğacdan kənar qaz xəttinin mövcud olduğu aşkar olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 yanvar 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evə quraşdırılmış (abonent kodu: **********00016) sayğaca baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar və qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evə quraşdırılmış (abonent kodu: **********00016) sayğaca baxış keçirilən zaman sayğacdan kənar xəttin mövcud olduğu aşkar olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 mart 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evə quraşdırılmış (abonent kodu: **********00016) sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 oktyabr 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evə quraşdırılmış (abonent kodu: **********00016) sayğaca baxış keçirilən zaman sayğacdan kənar xəttdən istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 noyabr 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evə quraşdırılmış (abonent kodu: **********00016) sayğaca baxış keçirilən zaman sayğacdan kənar xəttdən istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 dekabr 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evə quraşdırılmış (abonent kodu: **********00016) sayğaca baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar və qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan 27 noyabr 2024-cü il tarixli abonentin saldosundan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evə (abonent kodu: **********00016) xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə 1581,12 manat; xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə 527,04 manat; xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə 362,88 manat; xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə 3939,84 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 302,40 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 475,20 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 475,20 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 1218,24 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 216 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 216 manat olmaqla qeyd edilən aktlara görə cəmi 9313,92 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evdə abonent kodu **********00016 olan sayğac üzrə Cavabdeh tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2022-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 3,5 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 1581,12 manat məbləğində; xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2022-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 3,5 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 527,04 manat məbləğində; xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2022-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 3 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 362,88 manat məbləğində; xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2022-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 1,5 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 3939,84 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 1,5 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 302,40 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 3,5 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 475,20 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 3,5 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 475,20 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 2,6 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 1218,24 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 3 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 216 manat məbləğində; xx.xx.2023cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 3 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 216 manat məbləğində olmaqla, ümumilikdə 9313,92 manat cərimə hesablanmışdır. Bundan əlavə cavabdeh təşkilatın nümayəndəsi xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 1581,12 manat məbləğində; xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 527,04 manat məbləğində; xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 362,88 manat məbləğində; xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 3939,84 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 302,40 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 475,20 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 475,20 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 1218,24 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 216 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 216 manat məbləğində hesablanmasını məhkəmədə əsaslandıra bilməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh təşkilatın nümayəndəsi yuxarıda qeyd edilən aktlar əsasında cəmi 9313,92 manat məbləğində cərimənin hesablanmasını məhkəmədə əsaslandıra bilmədiyindən və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsinin Cavabdeh vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən aktlar əsasında hesablanmış cərimənin hər bir akt üzrə 216 manat hesablanması işin faktiki hallarına uyğun gəlir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evə quraşdırılmış qaz sayğacına görə hesablanmış 9313,92 manat borcdan 2160 manat saxlanılmaqla, qalan 7153,92 manat borc silinməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 86,9 (səksən altı manat, doxsan qəpik) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus (abonent kodu: **********00016) Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evə quraşdırılmış qaz sayğacına görə hesablanmış 9313,92 manat borcdan 2160 manat saxlanılmaqla, qalan 7153,92 manat cərimə silinsin. Cavabdehndən 86,9 (səksən altı manat, doxsan qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar