Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-680/2022 10.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 2600,90 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən məcburi qaydada tutularaq İddiaçı ABB Azəriqaz şöbəsi üzrə (Kod: 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 19.01.2013-cü il tarixli, 40 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********01540 nömrəli abonent kodu verilmiş, qaz xətinin üzərinə G-4 markalı, 40011778 saylı sayğac quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmış və qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi ilə bağlı təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 789,20 manat, 30.05.2019-cu İl tarixli ******* saylı akt əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 30.03.2020ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 22.04.2020-ci il tarixli ******* saylı akt əsasında 184,80 manat ziyan hesablanmışdır. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq cəmi 2482,40 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa, cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Belə ki, cavabdehin təbii qazdan istifadə nəticəsində yaranmış borcu 2020-ci il üçün 54,50 manat, daha əvvəlki dövr üçün 54 manat təşkil edir. Cavabdeh istifadə edilmiş təbii qazın dəyərini ödəməməsi nəticəsində yaranmış borcu ilə birlikdə iddiaçıya cəmi 2600,90 manat pul ödəməlidir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddiaya etiraz edərək onun rədd olunmasını xahiş etdi. O bildirdi ki, 2008-ci ildən mövcud evdə yaşamışdır. Evi 1 il əvvəl başqa şəxsə satmışdır. Qazdan heç vaxt qeyri-qanuni istifadə etməmişdir. Onun Birliyə cəmi 315 manat borcu qalmışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17.03.2020ci il tarixli, 14/239 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “X1”nın, qaz qurğularına dair lahiyə və istismar sənədlərinin tələblərinə əməl etmək, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. İş materiallarında olan İddiaçı İB-nin Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii X1nın pozulması haqqında 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 789,20 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 28.06.2019cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, 30.01.2020ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 22.04.2020-ci il tarixli ******* saylı akt əsasında 184,80 manat ziyan hesablanmışdır. Bu aktlardan müəyyən edilir ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, ünvan 2 ünvanında (abonent kodu: **********01540) yaşayan istehlakçı Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmiş, Cavabdeh həmin aktları imzalamamışdır. İş materiallarında olan “istehlakçı” Cavabdeh adına olan **********01540 saylı abonent kodu üzrə tərtib edilmiş abonentin saldosundan görünür ki, abonent Cavabdeh ümumilikdə 2600,90 manat borcu vardır. Sərfiyyata görə borc 2020-ci il üçün cəmi 54,50 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X1”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh yaşadığı (abonent kodu: **********01540) Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “X1”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə İddiaçı tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq iddiaçı tərəfindən hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından iddia qismən əsaslı hesab edilməlidir. Bununla belə iddiaçının tərtib etdiyi 30.04.2019-cu, 30.05.2019-cu, 28.06.2019-cu, 31.07.2019-cu, 30.08.2019-cu, 30.09.2019-cu, 30.10.2019-cu, 29.11.2019cu, 30.12.2019-cu, 30.01.2020-ci, 28.02.2020-ci, 30.03.2020-ci və 22.04.2020-ci il tarixli tələbnamələrdən bəzilərində abonentin gün ərzində 24 saat qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla 6 saat istifadə etməsi qəbul olunarsa, onda Cavabdeh Birliyə 30.04.2019-cu il tarixli akt üzrə 73,80 (4,1x6x30=738) manat, 30.05.2019-cu il tarixli akt üzrə 32,40 (2,7x4x30=324) manat, 28.06.2019-cu il tarixli akt üzrə 32,40 (2,7x4x30=324) manat, 31.07.2019-cu il tarixli akt üzrə 32,40 (2,7x4x30=324) manat, 30.08.2019-cu il tarixli akt üzrə 32,40 (2,7x4x30=324) manat, 30.09.2019-cu il tarixli akt üzrə 32,40 (2,7x4x30=324) manat, 30.10.2019-cu il tarixli akt üzrə 32,40 (2,7x4x30=324) manat, 29.11.2019-cu il tarixli akt üzrə 73,80 (4,1x6x30=738) manat, 30.12.2019-cu il tarixli akt üzrə 73,80 (4,1x6x30=738) manat, 30.01.2020-ci il tarixli akt üzrə 73,80 (4,1x6x30=738) manat, 28.02.2020-ci il tarixli akt üzrə 73,80 (4,1x6x30=738) manat, 30.03.2020-ci il tarixli akt üzrə 73,80 (4,1x6x30=738) manat və 22.04.2020-ci il tarixli akt üzrə 46,20 (3,5x6x22=462) manat ziyan vurması məlum olur. Beləliklə, iş materiallarından sayğacdan kənar qoşulma nəticəsində abonentin bütün aktlar üzrə cəmi 683,4 manat zərər vurması müəyyən olunur. Bundan başqa, abonentin saldosu üzrə məlumatlardan görünür ki, Cavabdeh Birliyə 2020-ci il üzrə 54,50 manat debitor borcu da vardır. Bu borc istehlak edilmiş təbii qazın dəyəri olduğundan həmin vəsait də Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 683,4 manat, eləcə də Cavabdeh adına olan **********01540 saylı abonent kodu üzrə tərtib edilmiş abonentin saldosu üzrə tələb olunan 54,50 manat olmaqla, cəmi 737,90 manat və dövlət rüsumu üçün 30 manat məbləğində pul tutularaq İddiaçı hesabına ödənilməli, bununla da iddia qismən təmin edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin digər hissəsini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 683,4 manat, eləcə də Cavabdeh adına olan **********01540 saylı abonent kodu üzrə tərtib edilmiş abonentin saldosu üzrə tələb olunan 54,50 manat olmaqla, ümumilikdə 737,90 manat və dövlət rüsumu üçün 30 manat məbləğində pul tutularaq İddiaçı ABB Azəriqaz şöbəsi üzrə (Kod: 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-680/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-680/2022
10.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver