Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-684/2024 11.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon X2, mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən qeydiyyata alınaraq verilmiş 32502 reyestr nömrəli, 1876 inventar nömrəli, dekabr 2004-cü il tarixli qeydiyyat vəsiqəsi və texniki pasportun ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən, ümumi sahəsi 38.6 kv.metr ölçüsündə olan bir otaqlı fərdi yaşayış evi ona məxsus olmaqla, keçmiş Abşeron rayon X2, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən qeydiyyata alınaraq 32502 reyestr nömrəli, 1876 inventar nömrəli, dekabr 2004-cü il tarixli qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Lakin onun ata adı “Ərşad” olmasına baxmayaraq, həmin sənədlərdə hüquq sahibinin, yəni onun ata adı səhv olaraq “Asot” göstərilmişdir. Hüquqların dövlət qeydiyyatı ilə əlaqədar maraqlı tərəfə xx.xx.2023-cü il tarixdə müraciət etməsinə baxmayaraq, müraciətinin icrası təmin edilməmişdir. Belə ki, maraqlı tərəfin 21,06.2023-cü il tarixli cavab məktubunda qeydiyyat vəsiqəsində hüquq sahibinin ata adı “Asot” olduğu halda, təsdiqedici sənədlərdə “Ərşad” kimi qeyd edildiyi göstərilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ərizəyə əlavə edilən xx.xx.1993-cü il tarixli nigahın bağlanılması haqqında şəhadətnamədən göründüyü kimi, onun ata adı “Ərşad” kimi göstərilmişdir. Nikah qeydi xx.xx.1988-ci il tarixində 47 nömrə ilə aparılmışdır. Seriya: AZE 19180205 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən onun ata adı “Ərşad” kimi göstərilmişdir. Ərizəyə əlavə edilən 602229 nömrəli pasportdan göründüyü kimi, atasının adı X1 göstərilmişdir. Aşağıda göstərilən hüquqi əsaslara görə hesab edir ki, keçmiş Abşeron rayon DTİMHQİ tərəfindən qeydiyyata alınaraq verilmiş 32502 reyestr nömrəli, 1876 inventar nömrəli, dekabr 2004-cü il tarixli qeydiyyat vəsiqəsi və texniki pasportun Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDX yanında DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 və X3 ifadələrində bildirdilər ki, ərizəçinin bacısıdırlar. Ərizəçi ata adı “Ərşad” olmasına baxmayaraq, həmin sənədlərdə səhv olaraq “Asot” göstərilmişdir. Onlar təsdiq etdilər ki, sözügedən qeydiyyat vəsiqəsi və texniki pasport Ərizəçi məxsusdur. Mülki işin materiallarında olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1968-ci ildə Ermənistan, Keşişkənd rayonunda anadan olmuşdur. Mülki işin materiallarında olan 547488 saylı, xx.xx.1997-ci il tarixli pasportdan görünür ki, X6 xx.xx.1927-ci ildə Ermənistan SSR, Exednadzor rayonunda anadan olmuşdur. Mülki işin materiallarında olan xx.xx.1992-ci il tarixli, 32502 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, yaşayış sahəsi 38.6 kvadrat metr, ümumi sahəsi 38.6 kvadrat metr, 1 otaqdan ibarət yaşayış evi X8 məxsusdur. Bu əmlaka dair texniki pasport da X4 adına tərtib edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDX yanında DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 32502 reyestr və 1876 inventar nömrəli qeydiyyat vəsiqəsi və texniki pasportda hüquq sahibi ilə bağlı texniki səhvin aradan qaldırılması barədə xx.xx.2023-cü il tarixli müraciətə İdarədə baxılmışdır. Texniki səhvin aradan qaldırılması Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Aidiyyəti üzrə məhkəməyə müraciət olunması məqəsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Abşeron rayon X2, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən X5 adına verilmiş 32502 reyestr nömrəli, 1876 inventar nömrəli qeydiyyat vəsiqəsi və texniki pasportun AA******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayon X2, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən X5 adına verilmiş 32502 reyestr nömrəli, 1876 inventar nömrəli qeydiyyat vəsiqəsi və texniki pasportun AA******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-684/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-684/2024
11.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver