Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-697/2023 16.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qaz hesabat sayğacının sərfiyyatına görə yaranmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 16 yanvar 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı qaz hesabat sayğacının sərfiyyatına görə yaranmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli akta görə onun adına hesablanmış 973.80 (doqquz yüz yetmiş üç manat səksən qəpik) manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu tarixli akta əsasında onun adına ümumilikdə 973.80 (doqquz yüzyetmiş üç manat səksən qəpik) manat məbləğində cərimə yazılmışdır. xx.xx.2019-cu il tarixdə tərtib edilmiş aktdan onun 2022-ci ilin sentyabr ayında şifahi şəkildə xəbəri olmuş və çox gəl-getdən sonra Abşeron rayonu Xırdalan şəhər “Azəriqaz’' İB-dən aktın surətini əldə edə bilmişdir. Hətta nə üçün 2019-cu ildə tərtib edilmiş akta görə hələ indi ondan pul tutulduğunu soruşduqda, ona cavab olaraq bildirilmişdir ki, 3 il müddəti bitməmiş həmin pulu sizdən geri tələb edirik. 3 il müddət keçdikdən sonra tələb etmə müddətini ötürmüş oluruq. Qeyd edilən akt əsassız və qanunsuz şəkildə tərtib edildiyi üçün birmənalı olaraq ləğv edilməlidir. xx.xx.2019-cu il tarixdə tərtib edilmiş aktı guya imza etməkdən imtina etdiyi həmin kağızda göstərilmişdir. Həmin tarixdə isə onun aktdan xəbəri belə olmamışdır. Aktda göstərilmiş **********04458 abonent kodu ümumiyyətlə iddiaçının adına olmamışdır. Həmin kodun kimə məxsus olması ona məlum deyildir. Bundan əlavə, aktın tərtib edilməsinə səbəb əraziyə baxış keçirilən zaman qeydiyyatsız qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar edilmiş, buna görə də dəymiş ziyan ödənilməlidir yazılmışdır. Guya akta iddiaçının evinə dair fotoşəkillər əlavə edilmişdir. Abonent saldosunda və aktda göstərilən abonent kodu iddiaçıya aid deyildir və həm aktda, həm də ki, abonentin saldosunda onun soyadı və yalnız adı göstərilmişdir. Onun bu hadisədən yeni xəbəri olmuşdur. Belə ki, təbii qaza görə smart tipli qaz kartına pul yükləyən zaman yüklənilən pulun 50 faizinin kartdan çıxıldığını görmüş və bunun üçün dərhal Abşeron rayonu Xırdalan şəhəri Cavabdeh İB-nə müraciət etmişdir. İddiaçıya adına tərtib edilmiş abonentin saldosu və xx.xx.2019-cu il tarixdə tərtib edilmiş aktı təqdim etmişlər. O həm aktda, həm də ki abonentin saldosunda qeyd edilmiş abonent kodunun (**********04458) ona aid olmadığını bildirmişdir. Bu zaman əməkdaşlar araşdırma aparmağa başlamış, yenidən şəxsiyyət vəsiqəsinə uyğun adını, soyadını, ata adını qeyd etdikdən sonra onun heç bir borcunun olmaması aşkar edilmiş və yenə də iddiaçıya abonentin saldosu təqdim edilmişdir. Lakin, sonradan məlum olmuşdur ki, **********09228 abonent kodu ona aid deyildir. “Azəriqaz’' İB-nin əməkdaşları bütün bunları bildiyi halda yenə də iddiaçıya məxsus smart tipli qaz kartına yüklənilən pulun 50 faizini çıxmağa davam etmişdir. Bu zaman iddiaçı karta yükləmələri dayandırmışdır. Bu soyuq aylarda o, evinə verilən təbii qazı əsassız yerə istifadə edə bilmir. Çünki, cavabdeh tərəfindən adına yanlış şəkildə tərtib edilmiş akta görə ondan pul tutulur. İddiaçının adına olan abonent kodu **********09228-dir və onun adına bu günə kimi müxtəlif abonent kodları verilmişdir. İddiaçının adına olan isə bu günə kimi yalnız bir koddur (**********09228). Odur ki, o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının müraciəti əsasında ona məxsus ünvana quraşdırılmış sayğaca yeni abonent kodu verilmişdir. İddiaçı qazdan qeyri-qanuni istifadə etdiyi üçün 973.80 manat borc yazılmışdır.Hər iki kod iddiaçıya məxsusdur, sadəcə o zaman iddiaçı ilə müqavilə bağlanmamışdır.Odur ki, iddia tələbi əsassızdır və təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarından olan xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda (abonenti kodu **********04458) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə edilməsi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. İstehlakçı İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnamədən müəyyən edilir ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 6 (4 yay rejimi) saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 (4 yay rejimi) saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. (1.2x6x30=216 m3 1.2x4x60=288 m31.5x8x30=360 m3 1.5x4x60=360 m3), cəmi 1224 m3. Mülki iş materiallarında olan Abonent saldosundan görünür ki, abonent kodu **********09228 olan, ailə tərkibi 4 nəfər olan İddiaçı - Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında xx.xx.2019-cu il tarixdə Smart G-4 X1 markalı **********09228 nömrəli sayğac quraşdırılmışdır. Cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), abonentin borcu avqust 2022ci il tarixinə 973,80 manat cərimə borcu hesablanmışdır, həmin borcun 685,80 manatı mart 2019, 165,60 manatı isə 06. 2019-cu il üçün hesablanmışdır. İşin materiallarında olan tərəflər arasında xx.xx.2019-cu il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurgusu istifadəçisi arasında qazın alqı-satqısı”müqaviləsi bağlanmış,iddiaçıya **********09228 nömrəli hesab kodu verilmişdir. Mülki iş materiallarında olan Cavabdeh İB-yə ünvanlanmış “Borcun yeni açılmış kodun köçürülməsi” barədə məktubdan görünür ki, işıq sayğacına əsasən açılmış hesab kodunda olan 973.80 (doqquz yüz yetmiş üç) AZN dəymiş ziyanın yeni açılmış (kod: **********09228) hesab koduna köçürülməsinə və (kod: **********04458) hesab kodunu passiv statusuna keçirilməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən təqdim edilən 20 avqust 2018-ci il tarixli abonent saldosundan görünür ki, iddiaçının kod: **********04458-nin istifadəçisidir. Mülki işin materiallarından olan xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı təbiiqazdan qeydiyyatsız olaraq qeyriqanuni istifadə erdiyi aşkar edilmiş, həmin tarizli tələbnamə ilə ona 6858 kub.m. ziyan hesablanmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçının yaşadığı hazırkı ünvana təbii qazdan istifadəyə görə sayğac ilk dəfə 2019-cu ilin iyul ayında quraşdırılmış, abonent kodu **********09228 olan, ailə tərkibi 4 nəfər olan İddiaçı - Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında xx.xx.2019-cu il tarixdə Smart G-4 X1 markalı . Cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), abonentin borcu 29.11. 2019-ci il tarixinə 973,80 manat cərimə borcu hesablanmışdır, həmin borcun 685,80 manatı mart 2019, 165,60 manatı isə 06. 2019-cu il üçün hesablanmışdır.xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, İddiaçı məxsus (abonent kodu: **********04458) qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar təbii qazdan istifadə edilməsi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. Həmin aktı İddiaçı imzalamaqdan imtina etmişdir. Mülki işin materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən cavabdehə 11.2x6x30=216 m3 1.2x4x60=288 m31.5x8x30=360 m3 1.5x4x60=360 m3, cəmi 1224 m3 (122,4 manat) ziyan hesablanmışdır. Mülki işin materiallarında olan abonentin saldosundan görünür ki, abunə kodu **********09228 olan ünvan üzrə xx.xx.2019-cu il tarixli akt əsasında 122.40 manat borc hesablanmışdır. Odur ki, məhkəmə 122,40 manat cərimə borcunun silinməsi nəticəsinə gəlməyi qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı yaşadığı, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən evdə qaz sayğacına (abonent kodu **********09228) dair 29.11. 2019-ci il tarixinə 973,80 manat cərimə borcu hesablanmışdır, həmin ziyanın 685,80 manatı mart 2019, 165,60 manatı isə iyun 2019-cu il üçün hesablanmışdır, hansı ki, həmin vaxt tərəflər arasında təbii qazdan istifadəyə dair müqavilə imzalanmamışdır, aktlar iddiaçı tərəfindən imzalnmamışdır, cavabdeh aktın mötəbərliyini sübut edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında müqavilənin bağlandığı 20 iyul 2019-cu il tarixdən sonrakı dövrdə 29 noyabr 2019-cu il tarixli akt üzrə hesablanan 122,40 manat həddində ziyan saxlanmalı, iddia olunan məbləğin 851,4 manat hissəsində iddia tələbi qismən təmin edilməlidir. İddia qismən təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu Cavabdeh İB-dən tutulub dövlət büdcəsinə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı yaşadığı, ünvan 2i ünvanında yerləşən evdə qaz sayğacına (abonent kodu **********09228) dair hesablanmış cərimə borcunun 851,4 manat hissəsi silinsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 30 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-697/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-697/2023
16.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver