Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-701/2025 24.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı Allahverdı̇ yev Allahverdı̇ Nazir oğlu və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh Məmmədova Səbı̇ rə Bəhman qızının iştirakları ilə, İddiaçı Allahverdı̇ yev Allahverdı̇ Nazir oğlunun cavabdehlər "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 4 saylı Abşeron Ərazi İdarəsi, Azərbaycan Respublı̇ kası Ədlı̇ yyə Nazı̇ rlı̇ yi Abşeron Rayon 1 Saylı Dövlət Notarı̇ at Kontoru və Məmmədova Səbı̇ rə Bəhman qızına qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, vərəsəlik hüquqlarının tanınaraq ev üzərində mülkiyyət hüququnun tanınması və həmin evlə bağlı yeni çıxarışın verilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Allahverdı̇ yev Allahverdı̇ Nazir oğlu cavabdehlər Cavabdeh1, Azərbaycan Respublı̇ kası Ədlı̇ yyə Nazı̇ rlı̇ yi Abşeron Rayon 1 Saylı Dövlət Notarı̇ at Kontoru və Məmmədova Səbı̇ rə Bəhman qızına qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, vərəsəlik hüquqlarının tanınaraq ev üzərində mülkiyyət hüququnun tanınması və həmin evlə bağlı yeni çıxarışın verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu 1 saylı Notariat Kontorunda təsdiq edilmiş Cavabdeh3 adına olan xx.xx.2020-ci il tarixli, 2V-91 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ əsasında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnaməyə əsasən cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş çıxarışın ləğv edilməsi, xx.xx.2009-cu il tarixli, 21-150 reyestr nömrəli vəsiyyətnamə əsasında onun vərəsəlik hüquqlarının tanınaraq fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnun tanınması və fərdi yaşayış evinə dair müvafiq olaraq mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində onun adına dair qeydiyyat aparılmaqla həmin fərdi yaşayış evinə dair onun adına yeni çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülki mübahisənin predmeti olan əmlak ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2012-ci il tarixdə **********97-10301 reyestr nömrəsi ilə X5nın adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin yerləşdiyi 0.02 ha torpaq sahəsi isə Abşeron rayonu, Digah Bələdiyyəsindən verilmiş xx.xx.2007-ci il tarixli, 2214 nömrəli qərarı ilə X5nın mülkiyyətinə verilmişdir. xx.xx.2009-cu il tarixli, AR-İ 082833 nömrəli etibarnamə ilə X19 tərəfindən həmin torpaq sahəsinə dair tikinti işlərinin aparılması, eləcə də torpaq sahəsinin özgəninkiləşdirilməsi və ya həmin torpaq sahəsinə dair çıxarışın alınması və digər sənədləşmə işlərinin aparılması ona həvalə edilmişdir. Etibarnamə 50 il müddətinə yəni, xx.xx.2059-cu ilədək verilmişdir. Bundan başqa X5 tərəfindən ona məxsus bütün əmlak notarial qaydada təsdiq olunmuş xx.xx.2009-cu il tarixli, 21-150 reyestr nömrəli vəsiyyətnamə ilə ona vəsiyyət edilmişdir. Həmin vəsiyyətnaməni evdən yeni tapdığından vəsiyyətnamə ona yeni məlum olmuşdur. Lakin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmış sorğuya xx.xx.2024-cü il tarixli, 06/36 saylı cavab məktubunda bildirilmişdir ki, həmin əmlak xx.xx.2020-ci il tarixli, 2V-91 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ əsasında şəhadətnaməyə əsasən Cavabdeh3 adına özgəninkiləşdirilmişdir. Həmin vəsiyyətnamə üzrə vərəsəlik hüququ əsasında şəhadətnaməyə əsasən sözügedən fərdi yaşayış evi üzərində Cavabdeh3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixli, **********97-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Halbuki, X5 tərəfindən ona məxsus bütün əmlak notarial qaydada təsdiq olunmuş xx.xx.2009-cu il tarixli, 21-150 reyestr nömrəli vəsiyyətnamə ilə ona vəsiyyət edilmişdir. Cavabdeh3 qanunsuz hərəkətinə göz yuman cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi isə həmin əmlakın iddiaçıya vəsiyyət olunması barədə notarial qaydada təsdiq olunmuş vəsiyyətnamə olmasına baxmayaraq, qanunsuz olaraq Cavabdeh3 adına özgəninkiləşdirmişdir. X5 ölməmişdən 2- 3 il qabaq xəstəliyə tutulmuş, yaddaşsızlıq və digər ağır xəstəliklərdən əziyyət çəkirdi. Son dövrlərdə, yəni vəfat etməzdən 2 il qabaq yaddaşını, demək olar ki, tamamilə fəaliyyət qabiliyyətini itirdiyindən, həmin dövrlərdə heç bir hüquqi hərəkət edə bilməz və yaxud hər hansı bir vəsiyyətnamə verə bilməzdi. Burdan da müəyyən olunur ki, cavabdeh saxta və qanunsuz yollarla həmin əmlakı öz adına özgəninkiləşdirmişdir. Odur ki, mübahisənin predmeti olan fərdi yaşayış evi mülki qanunvericiliyin tələblərinə əsasən cavabdehin qanunsuz mülkiyyətində olduğu üçün iddia tələbi təmin edilməli və daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına verilmiş çıxarış ləğv edilərək həmin əmlak üzərində onun mülkiyyət hüququ tanınmalıdır. Həmçinin qeyd etmişdir ki, adıçəkilən fərdi yaşayış evi faktiki olaraq iddiaçının istifadəsində və sahibliyində olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Allahverdı̇ yev Allahverdı̇ Nazir oğlunun vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, cavabdeh Məmmədova Səbı̇ rə Bəhman qızına verilmiş vəsatətnamə əsassızdır. Belə ki, həmin vəsatətnaməyə X5 tərəfindən imza təzyiq altında, xəstə və anlaqsız vəziyyətdə olmasından istifadə edilərək etdirilmişdir. Bundan əlavə mərhuma illərlə iddiaçı baxmış, sadəcə xəstə olduğu son dövrlərdə cavabdeh Məmmədova Səbı̇ rə Bəhman qızı tərəfindən mərhumun mülkünə görə ona lüzumsuz diqqət göstərilmişdir. Məhkəmə iclasında iddiaçı Allahverdı̇ yev Allahverdı̇ Nazir oğlu öz vəkilinümayəndəsinin izahatına uyğun izahat verərək bildirmişdir ki, keçən il sənədləşmə olanda iddiaçıya həmin evin başqasının adına keçdiyi bildirilmişdir. Qeyd etmişdir ki, hamı o evin iddiaçıya məxsus olduğunu bilir. O, illərlə mərhumun qayğısına qalmış, lakin cavabdeh Məmmədova Səbı̇ rə Bəhman qızı sadəcə 3-4 ay mərhuma baxmışdır. Məhkəmə iclasında cavabdeh Məmmədova Səbı̇ rə Bəhman qızı iddia tələbini qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı ona verilmiş vəsiyyətnamənin təzyiq altında imza edildiyini qeyd etsə də, tərəfindən təzyiq və ya təsir göstərilməsinə dair heç bir sübutu yoxdur. Həmçinin mərhuma 3-4 ay deyil, 2 il baxmışdır. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Eyni zamanda cavabdeh Azərbaycan Respublı̇ kası Ədlı̇ yyə Nazı̇ rlı̇ yi Abşeron Rayon 1 Saylı Dövlət Notarı̇ at Kontoru məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2025-ci il tarixdə məktubla müraciət edərək, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə olan halda Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Bakı şəhər 27 saylı Dövlət Notariat Kontorunda 2V-150 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2009-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X9 ona məxsus bütün əmlakını ünvan 3 ünvanda yaşayan Allahverdı̇ yev Allahverdı̇ Nazir oğluna vəsiyyət etmişdir. X1 tərəfindən imzalanması dövlət notariusu X18 tərəfindən təsdiq edilmişdir. -Bakı şəhər 27 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu X18 tərəfindən təsdiq edilmiş xx.xx.2009-cu il tarixli, AR-İ 082833 saylı, 7e15/5742 reyestr nömrəli etibarnamədən görünür ki, X4 rayonu, Digah bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 2214 saylı qərara əsasən onun adına verilmiş Abşeron rayonu, Digah bələdiyyəsində olan 0.02 ha torpaq sahəsində tikinti işləri aparmağı, həmin torpaq sahəsini və tikintini özəlləşdirmək üçün bütün dövlət orqanlarında onun nümayəndəsi olmağı, özəlləşdirməyi, sənədləri aidiyyəti üzrə dövlət idarələrinə verməyi, reyestrdən çıxarışları almağı, aldığına dair imza etməyi, alqı-satqı üçün lazım olan sənədləri topladıqdan sonra üzərlərində sərəncam verməyi, satmağı, pulunu almağı, buna dair müqavilələr imzalamağı, adından ərizə verməyi, həmin topraq sahəsini lazım olarsa, bir addan başqa ada keçirilməsi ilə əlaqədar olaraq bələdiyyə və digər dövlət orqanlarında onun nümayəndəsi olmağı, adından ərizə verməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi Allahverdı̇ yev Allahverdı̇ Nazir oğluna etibar etmişdir. X2 şəxsiyyəti müəyyən edilmiş, fəaliyyət qabiliyyəti yoxlanılmış, tərəfindən şəxsən imzalanmış və xx.xx.2059-cu ilədək etibarlıdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X20 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.04 ha fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2012-ci il tarixdə ********** reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında X6 adına qeydiyyata alınmışdır. -xx.xx.2019-cu il tarixli vəsiyyətnamədən görünür ki, X9 ölən günədək ona məxsus olmuş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini Məmmədova Səbı̇ rə Bəhman qızına vəsiyyət etmişdir. X1 tərəfindən imzalanması 2 şahid – xx.xx.1984-cü il təvəllüdlü X16 və xx.xx.1974-cü il təvəllüdlü X15 tərəfindən təsdiq olunmuşdur. -Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ 384140 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə Digah kəndində qocalıq səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 467 nömrə ilə qeyd edilmişdir. -Abşeron rayonu 1 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 2V- 91 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X6 xx.xx.2019-cu il tarixli, 2V-32 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəsi Cavabdeh3 miras əmlakdan – ƏMDK-nin yanında DƏDRXnin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X7 verilmiş **********97- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Abşeron rayonu, Digah qəsəbəsi ünvanda yerləşən ümumi sahəsi 39.5 kv/m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.04 ha olan torpaq sahəsindən 1/1 hissədə pay almalıdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X20 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, adına ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.04 ha fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2020-ci il tarixdə ********** reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında Məmmədova Səbı̇ rə Bəhman qızının adına qeydiyyata alınmışdır. -Dövlət Notariat Arxivi tərəfindən Allahverdı̇ yev Allahverdı̇ Nazir oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/6-13-A-04-6/23 saylı məktubdan görünür ki, Bakı şəhəri 27 saylı dövlət notariat ofisində xx.xx.2009-cu il tarixdə 2V-150 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin xx.xx.2024-cü ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. -AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 321332/2-3486/24 saylı cavab məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində X8 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə **********97-10301 reyestr nömrəsi ilə qeydiyyata (DTXK Abşeron rayon şöbəsi, xx.xx.2012-ci il tarixli 19457 nömrəli Torpaq sahəsinin plan və ölçüsü: Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə JN-708A: Abşeron rayon, Digah bələdiyyəsinin xx.xx.2012-ci il tarixli alql-satqısına dair akt) alınmışdır. Həmin fərdi yaşayış evi Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 2V-91 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh3 özgəninkiləşdirilmişdir. Həmin vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən fərdi yaşayış evi üzərində Cavabdeh3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə **********97-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətindədir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-4/517/2024 saylı rəyindən görünür ki, Abşeron rayon 1 saylı 2V-32 nömrəli Notariat işində olan vəsiyyətnamədə “X22” adının qarşısındakı imza - X9 tərəfindən icra edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisə predmeti olan Abşeron rayonu, Digah qəsəbəsi ünvanda yerləşən ümumi sahəsi 39.5 kv/m olan fərdi yaşayış evi xx.xx.2012-ci il tarixdə **********97-10301 reyestr nömrəsi ilə X6 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhər 27 saylı Dövlət Notariat Kontorunda 2V-150 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2009cu il tarixli vəsiyyətnaməyə əsasən, X9 ona məxsus bütün əmlakını iddiaçıya vəsiyyət etmiş, daha sonra xx.xx.2019-cu il tarixli vəsiyyətnaməyə əsasən, X9 ona məxsus olmuş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini cavabdeh Məmmədova Səbı̇ rə Bəhman qızına vəsiyyət etmişdir. X9 vəfat etdikdən (xx.xx.2019-cu il) sonra həmin fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2020-ci il tarixdə ********** reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında cavabdeh Məmmədova Səbı̇ rə Bəhman qızının adına qeydiyyata alınmışdır. Abşeron rayonu 1 saylı Notariat Kontorunda təsdiq edilmiş Cavabdeh3 adına olan xx.xx.2020-ci il tarixli, 2V-91 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ əsasında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnaməyə əsasən cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş çıxarışın ləğv edilməsi, xx.xx.2009-cu il tarixli, 21-150 reyestr nömrəli vəsiyyətnamə əsasında onun vərəsəlik hüquqlarının tanınaraq fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnun tanınması və fərdi yaşayış evinə dair müvafiq olaraq mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində onun adına dair qeydiyyat aparılmaqla həmin fərdi yaşayış evinə dair onun adına yeni çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.İddiaçı öz ərizəsində ona istinad etmişdir ki, sonuncu (xx.xx.2019-cu il tarixli) vəsiyyətnamədəki imza mərhuma, yəni X7 məxsus deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1166-cı maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-ci maddəsinə görə vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1170.1-ci maddəsinə görə vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1179.2-ci maddəsinə görə notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. 1180-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. “Notariat haqqında” Qanunun 45-ci maddəsinə əsasən, notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Həmin Qanunun 47-ci maddəsinə görə notariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər. Vəsiyyətnamələrin nümayəndələrin vasitəsi ilə təsdiq olunması, eləcə də bir neçə şəxs adından bir vəsiyyətnamə təsdiq edilməsi qadağandır. Yalnız ərlə arvadın qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamələrinin təsdiq edilməsinə yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın: 19-cu bəndinə əsasən, əqdlər təsdiq edilərkən əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılır. 22-ci bəndinə əsasən, şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun iştirakı ilə başqa şəxs imzalaya bilər. 39-cu bəndinə əsasən, əqdin iştirakçılarından hər hansı birinin ruhi xəstəliyə və ya ağılı zəifliyi nəticəsində öz hərəkətinin əhəmiyyətini başa düşə və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsini, yaxud spirtli içkilərdən və ya narkotik vasitələrdən, psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salmasını, yaxud digər israfçılıq hərəkətləri ilə ailəsini dolanacaq xərclərindən məhrum etməsini güman etmək üçün notariusun əsasları vardırsa, şəxsin isə fəaliyyət qabiliyyətinin olmamasına və ya fəaliyyət qabiliyyətinin məhdud olmasına dair məhkəmə qətnaməsi yoxdursa, notarius əqdin təsdiq edilməsini təxirə salır və şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında məhkəmə qətnaməsinin olub-olmadığını aydınlaşdırır. İşdən görünür ki, X5 özünə məxsus bütün əmlakını iddiaçıya, daha sonra isə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini cavabdeh Məmmədova Səbı̇ rə Bəhman qızına vəsiyyət etmiş və bu vəsiyyətnamələr müvafiq notariuslar tərəfindən təsdiq edilmişdir. X3 fəaliyyət qabiliyyətli olmuş, vəsiyyətlərini şüurlu surətdə etmiş və hər hansı təsir (hədəqorxu və s.) altında qalması notarius tərəfindən müəyyən edilməmişdir. Sonuncu (xx.xx.2019-cu il tarixli) vəsiyyətnamədəki imza iddiaçı tərəfindən mübahisələndirildiyindən məhkəmənin müvafiq qərardadına əsasən bu xüsusda ekspert tədqiqatı aparılmış və həmin əqddəki imzanın məhz X9 tərəfindən icra edildiyi müəyyən edilmişdir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, həmin vəsiyyətnamə qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib olunmuşdur və yaratdığı nəticələr hüquqa uyğundur. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Vəsiyyətnamələr vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazıldıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən vəsiyyətnamənin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki işin tədqiq olunan hallarından aydın olur ki, X9 qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş vəsiyyətnamə əsasında özünə məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini cavabdeh Məmmədova Səbı̇ rə Bəhman qızına vəsiyyət etmiş, vəsiyyətnamə notarius tərəfindən qanunla nəzərdə tutulmuş qaydada təsdiq edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, mübahisələndirilən vəsiyyətnamə tərtib edilərkən sadalanan hüquq normalarının pozuntusu halları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, birinci növbədə sübutetmə yükü cavabdehlərin yox, iddiaçının üzərinə düşür və hazırki halda onun tərəfindən iddia sübut edilmədiyindən iddia rədd edilməli olduğu halda cavabdehin öhdəsinə bunu təkzib edən sübutların gətirilməsi vəzifəsinin qoyulması və bu səbəbdən onun əleyhinə qərar çıxarılması yolverilməzdir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Məhkəmə iddia tələbi ilə əlaqədar hesab edir ki, iddiaçı xx.xx.2019-cu il tarixli vəsiyyətnamənin üzrə vərəsəlik hüququ əsasında şəhadətnamənin etibarsız hesab edilməsini xahiş etsə də, onun etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, habelə məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən hüquq normalarını hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, mübahisələndirilən vəsiyyətnamə tərtib edilərkən sadalanan hüquq normalarının pozuntusu halları olmamışdır. Belə olan halda qeyd edilən vəsiyyətnamənin, o cümlədən həmin vəsiyyətnamə üzrə vərəsəlik hüququ əsasında şəhadətnamənin etibarsızlığından söhbət gedə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, vəsiyyətnamə və vəsiyyətnamə üzrə vərəsəlik hüququ əsasında şəhadətnamə etibarsız hesab edilmədiyindən iddiaçının digər tələbləri də təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Allahverdı̇ yev Allahverdı̇ Nazir oğlunun cavabdehlər "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 4 saylı Abşeron Ərazi İdarəsi, Azərbaycan Respublı̇ kası Ədlı̇ yyə Nazı̇ rlı̇ yi Abşeron Rayon 1 Saylı Dövlət Notarı̇ at Kontoru və Məmmədova Səbı̇ rə Bəhman qızına qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, vərəsəlik hüquqlarının tanınaraq ev üzərində mülkiyyət hüququnun tanınması və həmin evlə bağlı yeni çıxarışın verilməsi tələbinə dair iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, ekspert tədqiqatının dəyəri kimi 120 manat pul vəsaiti isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Allahverdı̇ yev Allahverdı̇ Nazir oğlunun cavabdehlər Cavabdeh1, Azərbaycan Respublı̇ kası Ədlı̇ yyə Nazı̇ rlı̇ yi Abşeron Rayon 1 Saylı Dövlət Notarı̇ at Kontoru və Məmmədova Səbı̇ rə Bəhman qızına qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, vərəsəlik hüquqlarının tanınaraq ev üzərində mülkiyyət hüququnun tanınması və həmin evlə bağlı yeni çıxarışın verilməsi barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı Allahverdı̇ yev Allahverdı̇ Nazir oğlunun özünə aid edilsin. Aparılmış ekspert tədqiqatının dəyəri kimi 120 manat pul vəsaiti Allahverdı̇ yev Allahverdı̇ Nazir oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mirhəsənli Mirnəsir
Məhkəmə qərarları › İş №2(012)-701/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-701/2025
24.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver