Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-7079/2021 09.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X1 Səfiyeva İddiaçı cavabdeh Sumqayıt Regional «ASAN xidmət» Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddia ərizəsinə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı cavabdeh Sumqayıt Regional «ASAN xidmət» Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149-cu maddəsinə əsasən: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı anası Yekibaşova Lili Şermandovnadan miras qalmış mənzildə qardaşı Yekabaşov Teymur Vahid oğlu ilə birlikdə yaşamaqla mirası faktiki olaraq qəbul etmişlər. Göründüyü kimi miras qoyanın iki vərəsəsi olduğu halda iddia ərizəsində maraqlı şəxs olan digər vərəsə Yekabaşov Teymur Vahid oğlu tərəf kimi qeyd edilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı miras əmlakı faktiki qəbul etdiyindən mirası qəbuletmə müddətinin bərpasına zərurət olmadığından o, mirasın faktiki qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçının soyadı ilə mirasqoyanın soyadlarında uyğunsuzluq olduğundan ərizəçi əvvəlcə qohumluq faktının müəyyən edilməsi üçün hüquqi faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməlidir. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı halda iddia ərizəsi geri qaytarılmalıdır. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, iddiaçı yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı cavabdeh Sumqayıt Regional «ASAN xidmət» Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, iddiaçı yenidən məhkəməyə müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-7079/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-7079/2021
09.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver