Məhkəmə qərarları › İş №2(012)-714/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-714/2022

10.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-714/2022 10.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə 10 yanvar 2022-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs: ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Torpağa mülkiyyət hüququna dair” JN-1514 saylı 30800027 kodlu dövlət aktının AA ******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi adına Abşeron rayonu Aqrar İslahat Komissiyasının 18 sentyabr 2003-cü il tarixli 395 nömrəli qərarı ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0.14 ha torpaq sahəsi ayrılmış, ona “Torpağa mülkiyyət hüququna dair” JN-1514 saylı 30800027 kodlu dövlət aktı verilmişdir. Torpaq sahəsi ayrılarkən dövlət aktında onun soyadı səhv qeyd edilmişdir. Belə ki, dövlət aktında “Ərizəçi” əvəzinə X2 yazılmışdır. Bu da hazırda ərizəçinin öz mülkiyyətində olan torpaq sahəsi üzərində sərəncam hüquqlarını məhdudlaşdırır. Belə ki, torpaq sahəsi ilə bağlı hər hansı bir hüquqi əməliyyat aparmaq istədikdə sənəddə qeyd edilən soyadla şəxsiyyət vəsiqəsində göstərilən soyad uyğun gəlmədiyindən bundan imtina edilir. Ərizəçi həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etsə də, qeyd edilən səbəblərə görə ona qeydiyyata alınmadan imtina barədə bildiriş göndərilmiş, ərizənin icrasından imtina edilmişdir. Buna görə də məhkəmə qaydasında hüquqi faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, ərizəçinin qonşusudur və uşaqlıqdan onu tanıyır. “Torpağa mülkiyyət hüququna dair” JN-1514 saylı 30800027 kodlu dövlət aktı Ərizəçi məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirdi ki, ərizəçinin qonşusudur. Sözügedən dövlət aktında ərizəçinin soyadı səhv qeyd edilmişdir. Mülki işin materiallarında olan AA******* №-li şəxsiyyət vəsiqəsinin müvafiq qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1969-cu ildə anadan olmuşdur. Mülki işin materiallarında olan ******* saylı doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə Abşeron rayonu, Digah qəsəbəsində anadan olmuşdur. Mülki işin materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-1514 saylı 30800027 kodlu dövlət aktından müəyyən edilir ki, 1-ci sırada «X5»nun adı qeyd edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin 04.11.2021-ci il tarixli, **********41 №-li məktubundan müəyyən edilir ki, torpağa mülkiyyət hüququna dair” JN-1514 saylı 30800027 kodlu dövlət aktında göstərilən hüquq sahibinin soyadı ilə vətəndaşın şəxsiyyət vəsiqəsində göstərilən soyadı arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, dövlət aktında hüquq sahibi “X5” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. Bunun üçün Ərizəçi ərizəsinin icrasından imtina edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İHB-nın Digah qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən 15.10.2021-ci il tarixli, 771 №-li məktubdan müəyyən edilir ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Ərizəçi verilmiş 0.14 ha torpaq sahəsinə dair JN-1514 saylı 30800027 kodlu dövlət aktında onun soyadı “Salmanov” əvəzinə səhvən “Salamov” yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 18 sentyabr 2003-cü il tarixli 395 №-li qərarı ilə X3 adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-1514 saylı 30800027 kodlu dövlət aktının AA ******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayonu Aqrar İslahat Komissiyasının 18 sentyabr 2003-cü il tarixli 395 №-li qərarı ilə X3 adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-1514 saylı 30800027 kodlu dövlət aktının AA ******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar