Məhkəmə qərarları › İş №2(012)-714/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-714/2024

15.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-714/2024 15.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1 və X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə dəymiş 1249,31 manat məbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 32,50 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1281,81 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində yaşayan X2 xx.xx.2021-ci il tarixində Xəzər RPİ-nin DYPŞ-də yazılı izahat verərək göstərmişdir ki, onun yaşadığı mənzilə məxsus qaz xətti və qaz sayğacını “MAN” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı yük maşını qıraraq hadisə yerindən uzaqlaşmışdır. X1 izahatı əsasında onun iştirakı ilə yol nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş və yol nəqliyyat hadisəsinin sxemi tərtib edilmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixində X5 Azərbaycan Respublikası DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə müraciət edərək bildirmişdir ki, Binə qəsəbəsində naməlum markalı, naməlum dövlət qeydiyyat nişanlı yük maşını onun evinin qaz sayğacını yararsız hala salmış və sürücü hadisə yerindən yayınmışdır. X4 müraciəti əsasında Xəzər RPİ-nin DYPŞ əməkdaşları tərəfindən zəruri inzibati təsir tədbirləri həyata keçirilmiş, yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmış avtomaşının “MAN” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı yük maşınının olması müəyyən edilmişdir. X1 və X4 yuxarıda qeyd olunan müraciətləri əsasında Bakı şəhərinin Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanında qaz xətlərinə və qaz sayğaclarına baxış keçirilmiş, baxış zamanı 2 ədəd qaz sayğacına gedən 20 mm diametrlik qaz xətti borusunun 25 p/metr hissəsinin və 2 ədəd qaz sayğacının (1202AQ**********7 və 1102AQ**********9 saylı) istismara yararsız vəziyyətə salınmış olduğu, 25 dəqiqə müddət ərzində də təbii qazın havaya axdığı məlum olmuşdur. Baş vermiş avtoqəza hadisəsi nəticəsində İddiaçı İB-yə ümumilikdə 1249,31 manat məbləğində (3,67 manat itirilmiş təbii qazın dəyəri və 1245,64 manat təmir-bərpa xərci) maddi zərər dəymişdir. Cavabdeh İXM-nin 327.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2021-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, xx.xx.2022-ci il tarixində inzibati tənbeh vermə haqqında TP ******* nömrəli elektron qərar qəbul edilmiş, Cavabdeh İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə tədbiq edilmişdir. Protokolun surəti Cavabdeh ev ünvanına göndərilmişdir. Cavabdeh və ya onun idarə etdiyi “MAN” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomaşının icbari sığorta olunduğu "xxxx" ASC tərəfindən bugünə qədər İddiaçı İB-yə dəymiş maddi zərər ödənilməmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək izahatında iddia ərizəsində göstərilənləri qeyd edib onun təmin edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X5 məhkəmə iclasında mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdilər. Məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xəzər rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X6 xx.xx.2021-cı il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə müraciət edərək Binə qəsəbəsində naməlum markalı naməlum dövlət qeydiyyat nişanlı yük avtomaşını onun evinin qaz sayğacının yararsız hala salması və sürücünün hadisə yerindən yayınması barədə məlumat vermişdir. Polis tərəfindən zəruri inzibati təsir tədbirlərinin həyata keçirilməsi məqsədilə yol hərəkəti qaydasını pozaraq yol-nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmış nəqliyyat vasitəsinin aşkar edilməsi istiqamətində DYPŞ-nin Yol-Patrul Xidməti inspektorlarına müvafiq tapşırıqlar verilmiş, şəxsi heyətin qüvvə və vasitələrindən lazımi qaydada istifadə edilmiş, rayonun inzibati ərazisində quraşdırılmış xüsusi texniki vasitələrin və videomüşahidə kameralarının imkanlarından istifadə edilsə də, zərərvuran və hadisə yerindən yayınmış avtomaşının 'Man” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını olması məlum olmuşdur. Hazırda “Man” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınının sürücüsünün tapılaraq barəsində inzibati təsir tədbirlərinin görülməsi mümkün olmamışdır. İşdə olan xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* nömrəli elektron qərardan görünür ki, Cavabdeh İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə tədbiq edilmişdir. İşdə olan Bakı Regional Qaz istismarı Departamentinin məktubundan görünür ki, Departamentin xx.xx.2022-ct il tarixli, SOCAR**********30560046x01187 saylı xidməti yazısında qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 17:00 radələrində, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ərazisində, (kanalın yanı), (koordinat: 40.422042: 50.119983) AZ **-JZ-*** dövlət qeydiyyat nömrə nişanlı MAN TGX markalı yük maşını (sürücüsü Cavabdeh. Tel: 070 615-45-75) tərəfindən yol-nəqliyyat hadisəsi baş vermişdir Nəticədə 2 ədəd qaz sayğacına gedən D20 mm-lik yol keçidlərinin L=25 p/m hissəsini və 2 ədəd qaz sayğacını (1202AQ101 00014337; 1102AQ101 ********) istismara yararsız vəziyyətə salmışdır. Yol nəqliyyat hadisəsi zamanı 25 dəqiqə ərzində təbii qaz havaya axmışdır. “Baş vermiş qəza hallarının araşdırılması və sənədləşdirilməsi haqqında” işçi qrupunun işdə olan məktubundan görünür ki, İşçi Qrup tərəfindən sözügedən müraciətlər və ona əlavə edilmiş sənədlər araşdırılmış, eyni zamanda müvafiq məlumatlar üzrə dəqiqləşdirilmələr aparıldıqdan sonra müəyyən edilmişdir ki, Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur küçəsi, d 159 mm-lik qaz xəttində baş vermiş qəza hadisəsi nəticəsində Birliyə 2299,40 (213,50 manat itirilmiş qazın dəyəri; 2085,90 manat bərpa xərci), Qaradağ rayonu, Qobustan qəsəbəsi, Qasımov küçəsində d 76 mm-lik qaz xəttində baş vermiş qəza hadisəsi nəticəsində Birliyə 299,89 (36,20 manat itirilmiş qazın dəyəri; 263,69 manat bərpa xərci), Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ərazisində d 20 mm-lik qaz xəttində baş vermiş qəza hadisəsi nəticəsində Birliyə 1249,31 manat (3,67 manat itirilmiş qazın dəyəri; 1245,64 manat bərpa xərci) və Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağları ərazisində d 57 mm-lik qaz xəttində baş vermiş qəza hadisəsi nəticəsində Birliyə 259,39 manat (12,80 manat itirilmiş qazın dəyəri; 246,59 manat bərpa xərci) ziyan dəymişdir. İddiaçı İB TTİ-nin işdə olan məktubundan görünür ki, Birlik tərəfindən göndərilən məktubların icrası ilə əlaqədar olaraq aşağıdakı ünvanda baş vermiş avtoqəza zamanı dəymiş zərərin aradan qaldırılması ilə bağlı qiymət cədvəli aşağıdakı kimidir: 1) Xəzər rayonu, Binə qəsəbəsi, Hovsan Südçülük sovxozu ərazisində nəqliyyat hadisəsi zamanı zədələnmiş D20 mm-iik qaz xəttinin və 2 ədəd qaz sayğacının bərpası (SOCAR**********31561024X00760). 2) Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa Xuna bağlar ərazisində nəqliyyat hadisəsi zamanı zədələnmiş D57 mm-lik qaz xəttinin bərpası (SOCAR**********31561024X00764). 3) Qaradağ rayonu, Qobustan qəsəbəsi, Qasımov köşəsində nəqliyyat hadisəsi zamanı zədələnmiş D76 mm-lik qaz xəttinin bərpası (SOCAR**********31561024X00749). Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İş materiallarındakı mötəbər sənədlərdən görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində yaşayan X1 yaşadığı mənzilə məxsus qaz xətti və qaz sayğacını “MAN” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı yük maşını qıraraq hadisə yerindən uzaqlaşmışdır. Bundan başqa, xx.xx.2021-ci il tarixdə X5 Azərbaycan Respublikası DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə müraciət edərək bildirmişdir ki, Binə qəsəbəsində naməlum markalı, naməlum dövlət qeydiyyat nişanlı yük maşını onun evinin qaz sayğacını yararsız hala salmış və sürücü hadisə yerindən yayınmışdır. X4 müraciəti əsasında Xəzər RPİ-nin DYPŞ əməkdaşları tərəfindən zəruri inzibati təsir tədbirləri həyata keçirilmiş, yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmış avtomaşının “MAN” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı yük maşınının olması müəyyən edilmişdir. X1 və X4 yuxarıda qeyd olunan müraciətləri əsasında Bakı şəhərinin Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanında qaz xətlərinə və qaz sayğaclarına baxış keçirilmiş, baxış zamanı 2 ədəd qaz sayğacına gedən 20 mm diametrlik qaz xətti borusunun 25 p/metr hissəsinin və 2 ədəd qaz sayğacının (1202AQ**********7 və 1102AQ**********9 saylı) istismara yararsız vəziyyətə salınmış olduğu, 25 dəqiqə müddət ərzində də təbii qazın havaya axdığı məlum olmuşdur. Baş vermiş avtoqəza hadisəsi nəticəsində İddiaçı İB-yə ümumilikdə 1249,31 manat məbləğində (3,67 manat itirilmiş təbii qazın dəyəri və 1245,64 manat təmir-bərpa xərci) maddi zərər dəymişdir. Cavabdeh İXM-nin 327.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2022-ci il tarixində inzibati tənbeh vermə haqqında TP ******* nömrəli elektron qərar qəbul edilmiş, Cavabdeh İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə tədbiq edilmişdir. Beləliklə, iş materialları ilə Cavabdeh xx.xx.2021-ci il tarixdə törətdiyi və təqsirli bilindiyi yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı İB-yə 1249,31 manat məbləğində zərər vurduğu tamamilə təsdiq olunur. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, həmin vəsait Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 32,50 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1249,31 manat və dövlət rüsumu üçün ödənilmiş 32,50 manat pul tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar