Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-715/2021 26.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «icarə müqaviləsi üzrə pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə 26 aprel 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarə müqaviləsi üzrə ödəməli olduğu 10404 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07.09.2019-cu il tarixli 76 saylı icarə müqaviləsinə əsasən «Mersedes C240» markalı, 93DL577 dövlət nömrə nişanlı, ban WDB2020261A684622 nömrəli avtomaşın cavabdehə icarəyə verilmişdir. Həmin müqavilənin 1-ci maddəsinə əsasən icarə verən ilə icarə alan arasında 07.09.20l9-cu il tarixdə 76 saylı müqavilə bağlanır, ödəniş qrafikinə əsasən icarə alan icarə verənə 18 ay müddətinə, ayda 518 manat ödəməklə, cəmi 10404 manat ödəməlidir. İcarə müqaviləsinə əsasən icarə alana cədvəldə qeyd olunmuş məbləği qeyd olunan tarixə ödəniş edib və avtomobilin hüquqi varisinə çevrilir. Lakin Cavabdeh müqavilə şərtlərini pozaraq bu günə qədər istifadə etməyinə baxmayaraq müqavilə üzrə ödəniş etməmişdir, həm də avtomobili icarə verənə qaytarmamışdır. Həmin icarə müqaviləsinin 3-cü bəndində qeyd olunur ki, bu müqavilə üzrə tərəflər imzaları ilə razılaşırlar ki, icarə alan müqavilə üzrə öhdəlikləri ödəniş müddətindən 15 gün ərzində icra etmədikdə və ya lazımınca icra etmədikdə, icarə verən icarə alana telefon vasitəsilə xəbərdarlıq edərək avtomobili 3 gün ərzində geri tələb edə bilər. Dəfələrlə zəng olunmağına baxmayaraq cavabdeh X2 telefon zənglərinə cavab verməyib, ödənişlər etməmişdir və avtomobili qaytarmamışdır. Həmin müqavilənin 4-cü bəndində qeyd olunur ki, icarə predmeti qeyd olunan məbləği tələb olunan vaxta kimi icazə predmeti olan avtomobil icarə verənin mülkiyyəti sayılır və borclu buna etiraz etməyəcəyinə zəmanət verir. Hazırda iddiaçı həmin avtomobilin mülkiyyətçisi olduğundan həmin əmlakın kirayəsinə görə ödənməli olan kredit borcunu tələb edir. Həmin müqavilənin 5-ci bəndində qeyd olunur ki, öhdəlik tam icra olunduqdan sonra icarə olan icarə predmeti olan avtomobilin onun mülkiyyətinə keçməsini tələb edə bilər. Həmin müqavilənin 6-ci maddəsində qeyd olunur ki, icarə alan müqaviləni imzalamaq yolu ilə bu şərtlər ilə razılaşdığını təsdiq edir. Həmin müqavilənin 7-ci maddəsində qeyd olunur ki, bu müqavilənin icrası ilə bağlı meydana çıxan mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun həll edilməlidir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə izahatında bildirdi ki, o, iddiaçıdan icarəyə götürdüyü «Mersedes C240» markalı, 93DL577 dövlət nömrə nişanlı, ban WDB2020261A684622 nömrəli avtomaşın üçün müqavilə bağlandığı vaxtdan yəni, 07.09.2019-cu ildən 2020-ci ilin mart ayın kimi taksi işləyib, ayda 600 manat ödəniş etmişdir. Ödənişi aparat vasitəsilə edib çeklərini telefon isə vasitəsi ilə iddiaçıya atmışdır. O, etibarnamə ilə idarə etdiyi həmin maşınla 2020-ci ilin mart ayında qəza törətmişdir. Maşın hal-hazırda ondadır və yararsızdır, təmiri üçün 3000 manat məbləğ lazımdır. O, işləmir və maşın düzəltməyə imkanı yoxdur. Maşın üzrə əsas borc 6500 manat olduğu halda, iddiaçı ondan faiz də tələb edir. Odur ki, o, ayda imkanı olduğu qədər 100 manat ödəyə bilər. İş materiallarında olan 07.09.2019-cu il tarixli 76 saylı icarə müqaviləsindən görünür ki, icarəyə verən İddiaçı icarəyə alan Cavabdeh 18 ay müddətinə aylıq 578 manat hesablamaqla 10404 manat məbləğində «Mersedes C240» markalı, 93DL577 dövlət nömrə nişanlı, ban WDB2020261A684622 nömrəli avtomaşını icarəyə verməyi, icarəyə alan Cavabdeh isə cədvəldə qeyd olunmuş məbləği, qeyd olunan tarixə ödəniş edib, avtomobilin hüquqi sahibinə keçməyi öhdəsinə götürmüşdür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07.09.2019-cu il tarixli 76 saylı icarə müqaviləsindən görünür ki, icarəyə verən İddiaçı icarəyə alan Cavabdeh 18 ay müddətinə aylıq 578 manat hesablamaqla 10404 manat məbləğində «Mersedes C240» markalı, 93DL577 dövlət nömrə nişanlı, ban WDB2020261A684622 nömrəli avtomaşını icarəyə verməyi, icarəyə alan Cavabdeh isə cədvəldə qeyd olunmuş məbləği, qeyd olunan tarixə ödəniş edib, avtomobilin hüquqi sahibinə keçməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və icarə müqaviləsi üzrə heç bir ödəniş etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 10404 manat məbləğində pul Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 676-cı maddəsinə görə bütün kirayə müddəti ərzində kirayəyə verən kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olması, kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olması, üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməsi, yaşayış otağı və ya adamların olması üçün nəzərdə tutulan digər otaq həmişə elə vəziyyətdə olmalıdır ki, ondan istifadə istifadəçilərin həyatına və sağlamlığına vicdanlı kirayəyə verən üçün aşkar təhlükələr törənməsi ilə bağlı olmaması üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 692.2.1-ci maddəsinə əsasən, kirayəyə verənin kirayə hüquq münasibətlərinə kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda xitam vermək hüququ var. Azərbaycan Respublikası Mülki Məcəllənin 697.1-ci maddəsinə görə kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh icarə müqaviləsi üzrə ödəməli olduğu 10404 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-715/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-715/2021
26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver