Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-718/2024 24.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Müşfiq qəsəbəsi, 28 may adlanan ərazidə yerləşən sənədsiz evə **********05368 nömrəli abonent koduna yazılmış 518 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Müşfiq qəəbəsində yerləşən sənədsiz evdə yaşayır. Belə ki, Abşeron rayonu, Müşfiq qəsəbəsi, 28 may adlanan ərazidə yerləşən sənədsiz evinə abonent kodu **********5368 olan sayğaca ümumilikdə 518 manat məbləğində cərimə yazılmışdır. ARDNŞ Cavabdeh İB Qaz sayğacının yoxlanılması barədə MSK-nin 29/1710-01787-1 saylı rəyinə əsasən **********4 sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşildiyi aşkar edildi. Sayğacın qorunması və sayğaca nəzarət vətəndaşa aid deyildir. Nazirlər Kabinetinin 80 saylı qərarına əsasən sayğacın qorunması və nəzarəti Cavabdeh balansındadır. Belə olan halda sayğaca baxış zamanı göstərilən nüanslar, yəni sayğacın klapanın işləməməsi, yivli birləşmələrinin korroziyaya uğraması, qayka plobmu üçün nəzərdə tutulmuş qulaqcığın qırılmasına, sayğacın elementinin bitməsinə görə vətəndaş yox, Cavabdeh İB nəzarət etməlidir və məsuliyyəti Cavabdeh İB daşımalıdır. Ona görə də o, bütün bu qeyd edilənlərlə razı olmadığı üçün onun adına tətbiq edilmiş və əsassız şəkildə yazılmış cərimə məbləğinin silinməsini istəyir və bu, onun qanunla qorunan haqqıdır. Sayğac yol kənarında yerləşdirilmişdir və həmin yolu da müxtəlif insanlar istifadə edir. Sayğacın nə vaxt və hansı yolla yararsız hala düşməsi barədə heç bir məlumatı yoxdur. O, özü şəxsən Cavabdehnə rəsmi şəkildə ərizə ilə müraciət edərək, həqiqətləri çatdırmaqla qeyd etmişdir ki, sayğaca su dolması nəticəsində sayğac onun məlumatı ilə dəyişdirildikdən sonra 2022-ci ilin may ayından 1 il yarım keçməsinə baxmayaraq, yəni bu ilin xx.xx.2023-cü il tarixində evə verilən bildirişdə qəbzdə cərimə göstərilmişdir. Onu da qeyd edir ki, bir ay əvvəl gəldiyi bildiriş qəbzində isə onun borcu barədə heç bir məlumat verilməmişdir. Sadəcə sərf etdiyi təbii qaza görə onun öz şəxsi borcu yazılmışdır. Halbu ki, akt xx.xx.2023-ci il tarixdə tərtib edilmiş və xx.xx.2023-cü il tarixdə evinə gələn bildiriş xəbərdarlıq qəbzində göstərilən yüksək məbləğdən sonra aktdan xəbəri olmamışdır. O, qəti şəkildə bu qeyd edilənləri qəbul etmir. Onu evinə verilən təbii qazı dayandırmaqla hədələyirlər. Evində iki azyaşlı övladı var. Özü fəhlə işləyir. Ona görə də əsassız şəkildə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət edir. Məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə istinadən iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli akta əsasən ona hesablanmış 518,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı, aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı Abşeron rayonu, Müşfiq qəsəbəsi, 28 may adlanan ərazidə yerləşən sənədsiz evə (abonent kodu: **********05368) baxış keçirilən zaman 29/1710-01787-1 saylı MSK-ya əsasən **********4 qaz sayğacının hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi məyyən olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli ******* saylı, akta əsasən müvafiq olaraq 4320 kub metr təbii qazı dəyərini ödəmədən istehlak etmişdir. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş Abşeron rayonu, Müşfiq qəsəbəsi, 28 may adlanan ərazidə yerləşən sənədsiz evinə aid abonent kodu **********05368 olan Abonentin saldosundan görünür ki, xx.xx.2022-ci il tarixli akta əsasən qaz sərfiyyatı cəmi “4320 m3 həcmində müəyyən edilmiş, buna müvafiq olaraq abonentə 518,40 manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçıya 518,40 manat məbləğində cərimə onun sayğacındakı nasazlığa görə xx.xx.2022-ci il tarixli akta əsasən tətbiq edilmişdir. Halbuki yuxarıda qeyd edilən qaydalara görə bu cür sayğacların işlək vəziyyətdə saxlanılmasına görə abonent məsuliyyət daşımır, yəni iddiaçıya tətbiq edilən cərimənin heç bir hüquqi əsası yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid qaz sayğacına dair xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 518,40 manat borc silinməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə aid abonent kodu **********05368 olan qaz sayğacına xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 518,40 manat məbləğində borc silinsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-718/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-718/2024
24.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver