Məhkəmə qərarları › İş №2(012)-719/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-719/2020

28.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-719/2020 28.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona hesablanmış 486 manat məbləğində debitor borcun və sayğaca görə 235,88 manat borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı ünvan 1 ünvanında yerləşən evdə yaşayır. Qeyd edilən yaşayış evi İddiaçı məxsusdur və həmin evə Cavabdeh tərəfindən qaz xətti çəkilmiş və İddiaçı ilə "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə" imzalanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən sözügedən ünvanda Smart-kart tipli sayğac quraşdırılmışdır. İddiaçı hər ay mütəmadi olaraq işlətdiyi qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. Lakin Cavabdeh əməkdaşları tərəfindən həmin sayğac çıxarılaraq yoxlamaya aparılmışdır. Bundan sonra İddiaçı sayğacın hara aparılmasını bilməmiş, bu barədə İddiaçı hər hansı bir məlumat verilməmişdir. Lakin İddiaçı məxsus köhnə sayğac aparılandan sonra Cavabdeh əməkdaşları həmin sayğaca müdaxilənin aşkar edilməsini bildirmiş və cavabdeh tərəfindən İddiaçı 486 manat zərər hesablanmışdır. Bundan sonra İddiaçı cavabdehə müraciət edərək, həmin borcun hansı əsasla hesablanmasını soruşanda, cavabdeh tərəf İddiaçı Aktı təqdim edərək, kənar təsir nəticəsində İddiaçı məxsus Smart kart tipli sayğacın xarab olmasını bildirmiş və bu əsasla İddiaçı qeyd edilən borcun hesablanmasını demişlər. İddiaçı məxsus Smart kart tipli sayğac çıxarılan zaman həmin sayğaca vurulan plomblar yerində olmuşdur. Halbuki, həmin plomblar cavabdehin əməkdaşları tərəfindən vurulmuş və sayğac açılan zaman da sayğacda olan plombl cavabdehin əməkdaşları tərəfindən açılmışdır. Yəni cavabdeh İddiaçı sayğacın kənar təsir nəticəsində xarab olmasında təqsirləndirərək, İddiaçı əsassız borc hesablasa da onu nəzərə almamışdır ki, sayğacın içində hər hansı bir kənar təsirin edilməsi üçün sayğacı açmaq gərəkdir. Sayğaca vurulmuş plombları qırmadan bunu etmək mümkün deyil. Cavabdeh İddiaçı məxsus qaz sayğacmı dəyişdirmək istəyirsə bunu öz vəsaiti hesabına etməli idi. Lakin həmin dəyişdirməni İddiaçı vəsaiti hesabına etmək üçün qaz sayğacında İddiaçı təqsirim üzündən baş-vermiş zədə aşkar etməli idi. Cavabdeh də İddiaçı məxsus sayğacı çıxarıb apararaq İddiaçı məlum olmayan vəziyyətdə üzərində zədə aşkar etmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X7 məhkəmə iclasında izahatında bildirdi ki, sayğaca müdaxilə olduğuna görə yararsız sayğacın dəyəri tələb edilir. Vətəndaşın sayğacı dəyişdirilmişdir. İddiaçının təqdim etdiyi sənədlərə əsasən görünür ki, sayğaca müdaxilə olub və aktla rəsmiləşdirilmişdir. Sayğac hasarın çölündə olmuşdur. Ona görə də o, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Cavabdeh ******* saylı, xx.xx.2019-cu il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı İddiaçı məxsus Abşeron rayonu, Quşçuluq y/m ünvanında yerləşən evə quraşdırılan sayğaca baxış keçirilən zaman sayğacın çıxış plasmas borusunun deşilməsi aşkarlanmış və dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. İş materiallarında olan İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı ümumilikdə 486 manat borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh xx xxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı məxsus Quşçuluq massivi, yeni məhəllə, ev 80 ünvanında yerləşən fərdi evdə sayğaca baxış keçirilən zaman Qaz sayğacının yoxlanılması barədə xx.xx.2019 tarixli, 29/1710-01034 saylı Akta əsasən G-4 markalı 1402AZ**********05 nömrəli sayğacın çıxış plasmas borusunun kənar təsir nəticəsində deşilərək təbii qaz itkisinin yaranması nöqsanı aşkar edilmiş, icra olunacaq tədbirlər kimi mövcud sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmişdir. İtirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin 4860 m3 olması göstərilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrini dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddiaçı X3 Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, cavabdeh təşkilat ******* saylı, xx.xx.2019-cu il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsaslanaraq itirilmiş qazın bərpası üzrə hesablanmış 4860 m3 qaza görə məbləğin ödənilməsini qeyd etmiş, lakin iş materiallarında olan həmin aktdan görünür ki, aktın istehlakçının nümayəndəsi qrafasında iddiaçının imtina etməsi göstərilmiş, aktı imzalayan şəxslər isə Cavabdeh əməkdaşları olmuşdur. Aktı imzalayanlar yalnız Cavabdeh əməkdaşları olduğundan, aktda göstərilən hallar digər sübutlarla təstiqini tapmadığından məhkəmə işin faktiki hallarına istinad edərək hesab edir ki, ******* saylı, xx.xx.2019-cu il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdakı Cavabdeh əməkdaşlarının imzasına tənqidi yanaşılmalıdır. Bundan başqa məhkəmədə sübutların tədqiqatı zamanı müəyəyn edilir ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ünvana quraşdırılmış sayğac Bakı RQOQX X1,Sayğacların müayinəsi labaratoriyasına göndərilmiş, laboratoriyasında baxış keçirilmiş və həmin sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Lakin məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdehin nümayəndəsi özü də iddiaya etirazında sayğacın yararsız vəziyyətə düşməsi ilə bağlı yuxarıda sadalanan halları təsdiq etsə də, etirazının əsaslarını sübut edə bilməmiş və sayğacın İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ünvana təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından əsassız olaraq akta görə hesablanmış 486 (dörd yüz səksən altı) manat məbləğində borc və sayğaca görə hesablanmış 235,88 manat (iki yüz otuz beş manat, səksən səkkiz qəpik) borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinə əsassız olaraq hesablanmış 486 (dörd yüz səksən altı) manat məbləğində borc və sayğaca görə hesablanmış 235,88 manat (iki yüz otuz beş manat, səksən səkkiz qəpik) borc Cavabdeh İB tərəfindən silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar