Məhkəmə qərarları › İş №2(012)-723/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-723/2020

15.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-723/2020 15.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ HakimMəmmədovElmanTofiqoğlununsədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Cavabdehlər X6 və X3 iştirakları ilə, İddiaçı X1in cavabdehlər X6 və X4 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2 cavabdehlər X6 və X4 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclası xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı heç bir iclasa gəlməmiş, cavabdehlər isə gəlmiş, iddianın mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinin tələbinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X1in cavabdehlər X6 və X4 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar