Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-7280/2025 19.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi MMC ilə maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 arasında Bakı 6 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixli, MŞB/6- 00472 saylı Barışıq Sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi X2 məhkəmə iclasında ərizəyə uyğun izahat verərək bildirdi ki, Ərizəçi MMC ilə maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 arasında Bakı 6 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixli, MŞB/6-00472 saylı Barışıq Sazişi imzalanmışdır. Barışıq sazişinin predmeti ondan ibarət olmuşdur ki, Maraqlı şəxs2 razılaşır ki, Ərizəçi MMC-yə 1512 manat borcu vardır və həmin borcun 404,70 manat hissəsində işdən azad edilən zaman ona ödənilməli olan son haqq-hesabından silinməsinə etiraz etmir. Qalıq məbləğindən də 302,60 manat ərizəçi tərəfindən endirim edilir, nəticədə Maraqlı şəxs2 Ərizəçi MMC-yə ödənilməli olan məbləğ 800 manat olmasını qəbul edir və həmin borcu 10 aprel 2024-cü il tarixdən etibarən üç ay ərzində (xx.xx.2024-xx.xx.2024) ilin iyul ayından etibarən hər ayın 1-dən 5-dək 800 manat olmaqla borcu hissə-hissə ödəməyi üzərinə götürür. Bu barışıq sazişi üzrə Maraqlı şəxs2 qəbul edir ki, onun şirkətə vurduğu zərər görə hesablanmış 4230 manat təşkil edir. Həmin borcu isə xx.xx.2024-cü il tarixdən başlayaraq 21 ay ərzində hər ay 201,42 manat olmaqla ödəyir. Şirkətdə bölgə müdiri vəzifəsində çalışan Maraqlı şəxs1 razılaşır ki, bu razılıq üzrə Maraqlı şəxs2 tərəfindən borcun ödənilməsinə nəzarət edəcək, ödənilmədiyi təqdirdə isə 4230 manat özü tərəfindən ödəniləcəkdir. Barışıq sazişinin 2.7-ci bəndində əsasən maraqlı şəxs tərəfindən ardıcıl olaraq ödəniş edilmədiyi təqdirdə ərizəçi məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. Sazişin predmetindən göründüyü kimi Maraqlı şəxs2 2024-cü ilin aprel ayından etibarən mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda bu günə kimi heç bir ödəniş etməmiş, sazişin tələblərinin icra edilməsini tələb etdikdə isə müxtəlif bəhanələrlə vaxt istəmiş, bununla da sazişin tələblərini pozmuşdur. Digər Maraqlı şəxs1 pulun ödənilməsi ilə bağlı Maraqlı şəxs2 ilə danışmış, ona məhkəmə prosesi barədə məlumat vermişdir. Mediasiya prosesi zamanı Maraqlı şəxs1 digər Maraqlı şəxs2 tərəfindən ödəniş edilmədiyi halda öhdəliyi öz üzərinə götürəcəyini bildirmişdir. Hazırda digər Maraqlı şəxs1 Ərizəçi MMC-də bölgə müdiri işləyir və malların satışı ilə məşğuldur, Maraqlı şəxs2 isə işdən azad olunmuşdur. Odur ki, qeyd edilənlərə əsasən o, Ərizəçi MMC ilə maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 arasında Bakı 6 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixli, MŞB/6-00472 saylı Barışıq Sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 355-25.2-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş Ərizəçi ilə Maraqlı şəxs1 və Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/6-00472 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı bəndlərdə qeyd olunan məsələlərlə bağlı razılığa gəlmişlər: 2.1 Maraqlı şəxs2 razılaşır ki, son iş yeri olan "xxxx" MMC-yə 1512 manat borcu vardır. Həmin borcun 404,70 manat hissəsində Maraqlı şəxs2 ödənilməli olan son haqq hesabından silinməsinə etiraz etmir; 2.2 "xxxx" MMC razılaşır ki, yerdə qalan məbləğdən 307,60 manat endirim edərək 800 manat məbləği xx.xx.2024-cü il tarixdən Maraqlı şəxs2 3 dəfəyə üç ay ərzində (xx.xx.2024-xx.xx.2024) olmaqla ödəyəcəyini öz öhdəsinə götürür; 2.3 Maraqlı şəxs2 qəbul edir ki, "xxxx" MMC-yə dəymiş zərər 4230 manat təşkil edir; 2.4 Bu məbləği xx.xx.2024-cü il tarixdan başlayaraq 21 ay ərzində "xxxx" MMC-yə ödəyir; 2.5 Tərəflər razılaşır ki, yuxarıda qeyd edilən məbləğ 201,42 manatdan az olmayaraq ödəyir; 2.6 Maraqlı şəxs1 razılaşır ki, Maraqlı şəxs2 yuxarıda qeyd edilən məbləğlərin ödənilməsinə nəzarət edəcək, Maraqlı şəxs2 yuxarıda qeyd edilən məbləğləri ödəmədiyi təqdirdə ödənişlər Maraqlı şəxs1 tərəfindən həyata keçiriləcəkdir; 2.7 Hər üç tərəf razılaşır ki, ard-arda ödənişlər həyata keçirilmədiyi təqdirdə Ərizəçi MMC sazişinin təsdiq olunması üçün məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır; 3. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur; 4. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir; 5. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər; 6. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır; 7. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar; 8. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 9. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir; 10. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir; 11. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır; 12. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır; 13. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz; 14. Əgər Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı Tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur; 15. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər; 16. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 16.1. bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 16.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; 16.3. Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 16.4. yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə); 17. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir; 18. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının aktları aiddir; 19. Sazişin 18-ci bəndində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır; 20. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir; 21. Forsmajor hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir; 22. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır; 23. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır; 24. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir; 25. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər). Məhkəmə ərizəçi şirkətin nümayəndəsinin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-in 355-26-ci maddəsi ilə müəyyən edilmiş mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsindən imtina olunması ilə bağlı əsaslar müəyyən edilmədiyindən, Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş Ərizəçi ilə Maraqlı şəxs1 və Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/6-00472 saylı barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş Ərizəçi ilə Maraqlı şəxs1 və Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/6-00472 saylı barışıq sazişi təsdiq edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-7280/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-7280/2025
19.01.2026 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver