Məhkəmə qərarları › İş №2(012)-7281/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-7281/2025

05.01.2026 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-7281/2025 05.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Hüseynova Ülviyyə Əliağa qızının katibliyi, Ərizəçi MMC-nin nümayəndəsi X1, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi MMC-nin (Maraqlı şəxs) barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi MMC-nin (Maraqlı şəxs) barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə Abşeron 1 saylı Mediasiya Təşkilatında bağlanmış MŞA/MT041/2025-00498 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi MMC ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında Abşeron 1 saylı Mediasiya Təşkilatında MŞAB/MT041/2025-00498 saylı xx.xx.2025-ci il tarixli Barışıq Sazişi imzalanmışdır. Barışıq Sazişin predmeti ondan ibarət olmuşdur ki, Maraqlı şəxs ərizəçi ’’Zəhmət-Ruzi” MMC-nə 3000 manat məbləğində borclu olmasını etiraf edir və 2025-cü ilin iyun ayından etibarən hər ayın 10-dan 15-dək 429 manat olmaqla dekabr ayının 31-dək borcu hissəhissə ödəməyi üzərinə götürür. Barışıq Sazişinin 4-cü bəndində əsasən maraqlı şəxs tərəfindən ardıcıl olaraq 2 ay ərzində ödəniş edilmədiyi təqdirdə ərizəçi məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. Sazişin predmetindən göründüyü kimi maraqlı şəxs cari ilin iyun ayından etibarən mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda bu günə kimi heç bir ödəniş etməmiş, sazişin tələblərinin icra edilməsini tələb etdikdə isə müxtəlif bəhanələrlə vaxt istəmişdir. Bununla da sazişin tələblərini pozmuşdur. Qeyd edilənlərə əsasən, o, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs izahatında bildirmişdir ki, o, həqiqətən Ərizəçi MMC ilə razılığa gələrək saziş bağlamışdır. Lakin işsiz qaldığından, ödəniş edə bilməmidir. Yaşı ilə əlaqədar olaraq işə düzəlməkdə çətinlik çəkir. Məhkəmə ərizəçi və maraqlı şəxsin izahatını dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞA/MT041/2025-00498 saylı barışıq sazişindən görünür ki, 1.Birinci tərəf: Maraqlı şəxs bu sazişi imzalamaqla ikinci tərəf: Ərizəçinə 3000 (üç min) AZN məbləğində borcu olduğunu etiraf edir və qəbul edir. 2.Birinci tərəf: Maraqlı şəxs ikinci tərəf: Ərizəçinə olan 3000 (üç min) AZN məbləğində borcu 2025-ci ilin iyun ayından etibarən hər ayın 10- dən 15-ə qədər olan müddət ərzində borcu hissə-hissə, yəni hər ay 429 (dörd yüz iyirmi doqquz) AZN məbləğində ödəyəcəyini öhdəlik götürür. Birinci tərəf: Maraqlı şəxs hər ay ödəyəcəyi olan 429 (dörd yüz iyirmi doqquz) AZN məbləğini Ərizəçi tərəfindən ona təqdim olunacaq bank hesabına köçürməyi öhdəsinə götürür. 3. Birinci tərəf: Maraqlı şəxs ikinci tərəf: Ərizəçinə olan 3000 (üç min) AZN məbləğində borcu xx.xx.2025-ci il tarixinə kimi tam bağlayacağına dair öhdəlik götürür. 4. Birinci tərəf: Maraqlı şəxs tərəfindən ardıcıl olaraq 2 (iki) ay ərzində ödəniş edilmədiyi təqdirdə və Birici tərəf öz üzərinə götürdüyü öhdəliklərini pozduqda (öz üzərinə götürdüyü öhdəliklərdən imtina etmək) ikinci tərəf Ərizəçi aidiyyəti məhkəməyə müraciət etmək (bu sazişi təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır. 1. İkinci tərəf: Ərizəçi bu sazişi imzalamaqla Birinci tərəf: Maraqlı şəxs onlara olan 3000 (üç min) AZN məbləğində borcu olduğunu etiraf etməsi və qəbul etməsi ilə razıdır və etiraz etmirlər. 2. İkinci tərəf: Ərizəçi Birinci tərəf: Maraqlı şəxs onlara olan 3000 (üç min) AZN məbləğində borcu 2025-ci ilin iyun ayından etibarən hər ayın 10-dən 15-ə qədər olan müddət ərzində borcu hissə-hissə, yəni hər ay 429 (dörd yüz iyirmi doqquz) AZN məbləğində ödəyəcəyinə dair götürdüyü öhdəliklə razıdırlar və etiraz etmirlər. İkinci tərəf: Ərizəçi Birinci tərəf: Maraqlı şəxs onlara hər ay ödəyəcəyi olan 429 (dörd yüz iyirmi doqquz) AZN məbləği onlar tərəfindən təqdim olunacaq bank hesabına köçürməyinə dair götürdüyü öhdəliklə razdırlar və etiraz etmirlər. 3. İkinci tərəf: Ərizəçi Birinci tərəf: Maraqlı şəxs onlara olan 3000 (üç min) AZN məbləğində borcu xx.xx.2025-ci il tarixinə kimi tam bağlayacağına dair götürdüyü öhdəliklə razıdırlar və etiraz etmirlər. 4. İkinci tərəf Ərizəçi Birinci tərəf: Maraqlı şəxs tərəfindən ardıcıl olaraq 2 (iki) ay ərzində ödəniş edilmədiyi təqdirdə və Birinci tərəfin (öz üzərinə götürdüyü öhdəliklərdən imtina etmək) və aidiyyəti məhkəməyə müraciət etmək (bu sazişi təsdiq etdirmək) hüququnu öz üzərində saxladığı ona məlumdur və buna etiraz etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 305.1.17. maddəsinə əsasən, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Maraqlı şəxs, Ərizəçinə olan 3000 manat məbləğində borcu 2025-ci ilin iyun ayından etibarən hər ayın 10-dən 15-ə qədər olan müddət ərzində hissə-hissə, yəni hər ay 429 manat məbləğində ödəyəcəyini öhdəlik götürür. Barışıq sazişinin şərtlərinə əsasən, saziş üzrə öhdəliklər könüllü şəkildə icra edilməli olduğu halda Maraqlı şəxs tərəfindən öhdəliyindən yayınması halları olduğundan və bu hal barışıq sazişinin, eyni zamanda, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, barışıq sazişinin məhkəmə qaydasında məcburi icrası qaydasını istisna etmədiyindən, Ərizəçi MMC barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra Mediasiya haqqında Qanun adlanacaq): 1.0.1. maddəsinə əsasən, mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. 4.1. maddəsinə əsasən, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Göründüyü kimi, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyən, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edən “Mediasiya haqqında Qanun” tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədi ilə qəbul edilmişdir. “Mediasiya haqqında Qanun”un: 24.6. maddəsinə əsasən, mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Barışıq təklifi tərəflərin razılığı ilə verilir. 32.1.1. maddəsinə əsasən, tərəflər arasında barışıq sazişi bağlandıqda mediasiya prosesinə xitam verilir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, MŞA/MT041/2025-00498 saylı barışıq sazişinə əsasən, mülki iş üzrə tərəflər barışıq sazişi bağlamışlar. “Mediasiya haqqında Qanun”un: 9.3.1. maddəsinə əsasən, barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifəsidir. 34.1. maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. maddəsinə əsasən, barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. 34.4. maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. maddəsinə əsasən, barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Qanunun tələblərindən görünür ki, mediasiya prosesində tərəflər arasında mübahisə barışıq sazişinin imzalanması ilə başa çatdıqda həmin saziş üzrə tərəflər sazişin icra edilməsinə görə məsuliyyət daşıyır və sazişin icra edilməməsinə görə məhkəmə qaydasında məcburi şəkildə icrasının təmin edilməsi hüququnu yaratmışdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, maraqlı şəxs barəsində xx.xx.2025-ci il tarixli, MŞA/MT041/2025-00498 saylı barışıq sazişi təsdiq edilərək icrası təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın: 12.3.1. bəndinə əsasən, barışıq sazişinin imzalandığı gündən mediasiya prosesinə xitam verilir.

13. bəndinə əsasən, barışıq sazişi Qanunun 34-cü maddəsinə uyğun olaraq icra edilir. Mülki Prosessual Məcəllənin 355-24. maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞA/MT041/2025-00498 saylı barışıq sazişinin şərtləri 10 gün müddətində maraqlı şəxs tərəfindən icra edilməli olduğu halda icra edilməmiş, bununla da, ərizəçi həmin sazişin məhkəmə qaydasında təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 355-25.3. maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları, qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirərək qeyd edir ki, öhdəliyin icrasından yayınan tərəfin öhdəliyin icrasını təmin etmək məqsədilə barışıq sazişinin təsdiq edilməsinə maneə törədən və ya bundan imtina edilməsinə əsas olan hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi MMC ilə Maraqlı şəxs arasında Abşeron 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞA/MT041/2025-00498 saylı barışıq sazişi məhkəmə qaydasında təsdiq edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar