Məhkəmə qərarları › İş №2(012)-732/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-732/2025

05.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-732/2025 05.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh1n nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 X10rşı «borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən yazılmış (abonent kodu: **********002) 657,34 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 20A saylı fərdi yaşayış evini 18 yanvar 2024-cü il tarixdə X1 almışdır. Evin təmiri yararsız olduğu üçün fərdi yaşayış evini satın alan kimi yaşaya bilməmişdir. O, gücü çatan yerə qədər xırda təmir-tikinti işləri aparmış və bu zaman evin həyətində sayğac aşkarlamışdır, halbuki fərdi yaşayış evini alan zaman ev sahibi X6 bu sayğac barədə ona heç bir məlumat verməmiş, sayğac olmasa da sudan istifadə üzrə sərfiyyata görə hər ay ödəniş etdiklərini bildirmişdir. O, sayğacı aşkar etdikdən sonra "xxxx" ASC-nin Xırdalan şəhərində yerləşən idarəsinə getmiş və özü məlumat vermişdir. "xxxx" ASC-nin əməkdaşları işi araşdırmış, X6 və onun ailəsinin həmin evdə yaşayış dövründə 657,34 manat məbləğində borcları olduğu müəyyən edilmişdir. Hazırda həmin borc məbləği ondan tələb olunur. O isə fərdi yaşayış evini xx.xx.2024-cü il tarixdə almasına baxmayaraq, az müddətdir ki, evdə yaşayır. Ondan həmin 657,34 manat məbləğində pul tələb olunur. O, sərf etmədiyi suya görə 657,34 manat pulu ödəməlidir. Bu səbəbdən o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən ona bildirilmişdir ki, əgər ən qısa zamanda həmin pul ödənilməsə, evinə verilən su dayandırılacaqdır. Özü ahıl yaşında çox çətinliklə özünə bir daxma almışdır ki, bundan sonra ömrünü normal yaşasın. Onun ahıl yaşından, tənha olmasından sui-istifadə edərək, onu aldatmışdırlar. Qeyd edir ki, sayğac əvvəlki ev sahibi X4 adınadır və "xxxx" ASC tərəfindən hesablanmış borc məbləği o, fərdi yaşayış evini alanadək yaranmış borcdur. Onun iddia tələbində qeyd edilmiş məbləğdə borcu ödəməyə maddi imkanı yoxdur. Onun evi üç otaqlıdır və evə yenicə kanalizasiya xətti çəkdirmişdir. Belə ki, əvvəllər evdə kanalizasiya xətti mövcud olmamışdır. O, 657,34 manat məbləğində borc hesablanmasına səbəb ola biləcək həcmdə sudan istifadə etməmişdir. Bildirir ki, X6 2024-cü ilin fevral ayına kimi sözügedən evdə yaşamışdır, indi isə Saray qəsəbəsində yaşayır. Qeyd edilənlərə əsasən o, iddianın təmin olumasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1n nümayəndəsi Cavabdeh2 izahatında bildirdi ki, İddiaçı izahatında qeyd etdikləri doğru deyildir. Belə ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 20A saylı fərdi yaşayış evini aldıqdan sonra da sudan istifadə etmiş, bu səbəbdən onun Cavabdeh1 X13 borcu yaranmışdır. Sayğac evin əvvəlki sahibi olan İlqar Mirzəyevin adına olduğundan hesab edir ki, iddiaçı İradə X5rşı iddia tələbi ilə məhkəməyə müraciət etməlidir. Həmçinin İddiaçı evi alanda qeyd edilən borc məbləği barədə xəbərdar olmuşdur, çünki X6 həmin ev üzrə qeydiyyatda qalmış, daha sonra polis vasitəsilə qeydiyyatdan çıxarılmışdır. Əlavə olaraq bildirir ki, hörmət əlaməti olaraq iddiaçıya məxsus evə verilən su təchizatı indiyədək kəsilməmişdir. İddiaçının özünün də Cavabdeh1 X13 100 manata yaxın məbləğində borcu vardır və 2024-cü ilin fevral ayından sonra yaranmış borcu da ödəməmişdir. İddiaçı tərəfindən Cavabdeh1 X13 verilmiş 2 telefon nömrəsi işləmir. Odur ki, göstərilənlər əsasında o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan 18 yanvar 2024-cü il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X6 (satıcı) ilə İddiaçı (alıcı) arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən X6 (satıcı) Abşeron rayonu, Xırdalan şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 20A saylı fərdi yaşayış evini tam mülkiyyət hüququ üzrə İddiaçı (alıcının) mülkiyyətinə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14i tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0137 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 51,3 kv.m olan fərdi yaşayış evi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli abonent kartından görünür ki, İlqar Mirzəyevin adına olan su sayğacına su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 2021-ci il üzrə 206,34 manat, 2022-ci il üzrə 118 manat və 2023-cü il üzrə 258 manat olmaqla, xx.xx.2024-cü il tarixinədək cəmi 582,34 manat ödənilməmiş borc hesablanmışdır. X8 adına olan su sayğacı üzrə Cavabdeh1 X14 tərəfindən hesablanmış borc məbləği 732,34 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddianın təmin edilməsinə əsas verən hallar müəyyən edilmir. Belə ki, iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, 18 yanvar 2024-cü il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X6 ilə İddiaçı arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən X2 rayonu, Xırdalan şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 20A saylı fərdi yaşayış evini tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətinə vermişdir. İddiaçı sözügedən evi aldıqdan sonra evin əvvəlki sahibi İlqar Mirzəyev tərəfindən su sayğacının olması barədə məlumat verilmədiyini, həmçinin İlqar Mirzəyevin adına olan **********002 nömrəli abonent kodu üzrə hesablanmış 657,34 manat məbləğində borcun evi almazdan əvvəl, yəni İlqar Mirzəyevin və onun ailə üzvlərinin evdə yaşadığı dövrdə yarandığını iddia etsə də xx.xx.2025-ci il tarixli abonent kartından göründüyü kimi İlqar Mirzəyevin adına olan su sayğacına su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 2021-ci il üzrə 206,34 manat, 2022-ci il üzrə 118 manat və 2023-cü il üzrə 258 manat olmaqla, alqı-satqı müqaviləsinin bağlandığı xx.xx.2024-cü il tarixinədək cəmi 582,34 manat ödənilməmiş borc hesablanmış,hesablanmış hesabata görə ödənişlər aparılmamış və iddiaçı 18 yanvar 2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evini sudan istifadəyə görə ödənilməmiş borc məbləği ilə birlikdə,yəni yüklü şəkildə qəbl etmişdir. Hazırda isə İlqar Mirzəyevin adına olan su sayğacı üzrə Cavabdeh1 X14 tərəfindən hesablanmış borc məbləği 732,34 manat təşkil edir. Həmçinin İddiaçı tərəfindən sözügedən ünvanda istehlak olunan su təchizatı və kanalizasiya xidmətlərinə görə evin onun mülkiyyətinə verildiyi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hesablanmış 150 manat borc məbləğinə görə heç bir ödəniş edilməmişdir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 7.4-cü bəndinə əsasən Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qaydaların 4.1.3-cü bəndinə əsasən bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifəsidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsaslı olmasına dair sübutetmə vəzifəsi iddiaçının üzərinə düşmüş, lakin iddiaçı tərəfindən sübutlar və cavabdehin nümayəndəsinin təqdim etdiyi sübutları təkzib edəcək faktlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 X10rşı "xxxx" ASC tərəfindən yazılmış (abonent kodu: **********002) 657,34 manat məbləğində cərimə borcunun silinməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində deyilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh1 X10rşı "xxxx" ASC tərəfindən yazılmış (abonent kodu: **********002) 657,34 manat məbləğində cərimə borcunun silinməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar