Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-736/2021 01.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi X6, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4275,10 manat məbləğində dəymiş ziyan və dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla cəmi 4305,10 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X9 məhkəməyə ərizə ünvanlayaraq, bildirmişdir ki, icraatda olan işlə bağlı iş materiallarında olan bütün sənədlər, hətta iddia ərizəsində cavabdeh kimi X3 qeyd edilmişdir. Qiyabi icraat qaydasında işə baxılarkən nümayəndə texniki səhv edərək ərizəsində əsl cavabdehi digər şəxslə əvəzlənməsini xahiş etmişdir. Buna əsas kimi digər mülki iş üzrə cavabdeh kimi X2 olmasıdır. Göründüyü kimi 2(012)-736/2021 saylı iş üzrə əsl Cavabdehdur. Belə ki, bir daha qeyd etmək istərdi ki, bütün sənədləri Cavabdeh adı qeyd edilmişdir. Bu səbəbdən də məhkəmədən cavabdeh X2 əsl Cavabdeh ilə əvəzləşməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayənədəsi X9 iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı ilə abonent Cavabdeh arasında 29.11.2016-cı il tarixində D/761 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu stifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00040 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində 09.04.2020-ci il tarixdə Natek Enerji markalı, G-4 mexaniki tipli, 40014191 zavod nömrəli qaz sayğacı quraşdırılıb. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və lazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “X10”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində razıraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar erindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır, həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan stifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi ilə bağlı təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında 16.05.2017-ci il tarixli ******* saylı akt əsasında 433,80 manat; 24.01.2018-ci il tarixli ******* saylı akt əsasında 535,20 manat; 27.02.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat; 30.04.2018-ci il tarixli ******* saylı akt əsasında 878,40 manat; 17.05.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 388,80 manat; 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat;12.30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 13.30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 14.30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 15.29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 16.30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 194,40 manat; 17.30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 18.28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 19.30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 20.08.04.2020-ci il tarixli ******* saylı akt əsasında 57,80 manat olmaqla, cəmi 2120,60 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Əlavə olaraq, cavabdehin İddiaçı İB-yə ödənilməli olan borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda qalıq borcla birlikdə ümumi olaraq 4275,10 manat təşkil etməkdədir. (AGİS aktları üzrə 2120,60 manat + cari borc 43,70 manat +GASREP qalıq borcu 2113,80 manat-ödəniş 3 manat=4275,10 manat). Cavabdehə Birliyin nümayəndələri tərəfindən 4275,10 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh onun atasıdır. Onlar 2009-cu ildən iddiaçının qeyd etdiyi ünvanda yaşamırlar. Hazırda ünvan 2rlar. Həmçinin İddiaçı məhkəməyə təqdim etdiyi fotoşəkillərdəki ev onlara məxsus deyildir, həmin ev qonşularına məxsusdur. Onların yaşadıqları evin əlaverişli şəariti yoxdur, bunu təqdim etdiyi fotoşəkillər də təsdiq edir. Belə olan halda həmin evdə qazdan ümumiyyətlə istifadə olunmur və yaşayış da yoxdur. Qeyd edilənlərə əsasən o, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan İddiaçı nümayəndəsi X9 tərəfindən ünvanlanmış vəsatətdən görünür ki, icraatda olan İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən sübut kimi iddia ərizəsinə qoşma edilmiş “Təbii X10nın pozulması haqqında” aktların tərtibində iştirak etmiş İddiaçı əməkdaşları X13 və X4 şahid qismində dindirilməsinə və həmin aktlara dair izahatların alınmasına zərurət yaranmışdır. Bu səbəbdən yuxarıda adları qeyd olunan İddiaçı əməkdaşlarının şahid qismində məhkəmə iclasına çağırılmasına dair vəsatətlərinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Başçısının X12 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 28.10.2021-i il tarixli, 3597 saylı arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu, Hökməli qəsəbəsi, Xəqani küçəsi, ev 4-də pasport qeydiyyatında olsa da, 2009-cu ildən həmin ünvanda yaşamır, yeni tikilən fərdi yaşayış evində yaşayır. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini və cavabdehin nümayəndəsini dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. İddiaçı şirkət tərəfindən iddia ərizəsində göstərilən aktların və fotoşəkillərin mötəbərliyini təsdiq edən və cavabdehin nümayəndəsinin izahatını və təqdin etdiyi sübutları təkzib edə biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, Cavabdeh nümayəndəsi X1» İstehsalat Birliyinin məhkəməyə təqdim etdiyi fotoşəkillərdəki evin onlara məxsus olmadığını bildirmiş və bununla bağlı fotoşəkilılər təqdim etmiş, İddiaçı nümayəndəsi cavabdehin nümanəndəsi tərəfindən göstərilən hallara aydınlıq gətirilməsi üçün məhkəməyə vəsatət ünvanlayaraq aktların tərtib edilməsində iştirak etmiş İddiaçı əməkdaşlarının şahid qismində məhkəmə iclasına dindirilməsini xahiş etmiş, məhkəmə tərəfindən həmin vəsatət təmin olunmuş,lakin buna baxmayaraq vəsatətdə göstərilən şəxslərin şahid qismində dindirilməsi üçün İddiaçı tərəfindən məhkəmədə şahidlərin iştirakı təmin olunmamış, cavabdehn nümayəndəsi tərəfindən təqdin olunmuş şəkillərdəki yaşamaq üçün şəraitin olmamasını müəyyən edən hallar X12 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 28.10.2021-ci il tarixli, 3597 saylı arayışla da təstiqini tapdığından məhkəmə Azəriqaz» İstehsalat Birliyi tərəfindən təqdim olunmuş sübutlara tənqidi yanaşmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində deyilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində deyilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məçəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4275,10 manat məbləğində dəymiş ziyan və dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla cəmi 4305,10 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-736/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-736/2021
01.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver