Məhkəmə qərarları › İş №2(012)-736/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-736/2023

01.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-736/2023 01.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi İddiaçı2 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı avtomobilin qaytarılması və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə 01 fevral 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı avtomobilin qaytarılması və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən Opel markalı **-RP-*** nömrəli dövlət nişanlı avtomobilin geri qaytarılması və ondan istifadə etmələrinə görə 2500 (iki min beş yüz) manat, icarə haqqının və 1300 (min üç yüz) manat tətbiq olunan cərimənin, cəmi 3800 (üç min səkkiz yüz) manat məbləğində dəymiş zərərin alınması və onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 və İddiaçı2 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə cavabdehlərlə aralarında barışıq olduğundan cavabdehlərə qarşı iddia tələbi olmadığından, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasında mübahisəni öz aralarında həll etdiklərindən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş digər tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Bu halda, məhkəmə hesab edir ki, iddiaçı İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı avtomobilin qaytarılması və dəymiş zərərin ödənilməsi tələbinə dair iş üzrə iddiadan imtina etməsi digər tərəflərin hüquq və mənafeyinə zidd olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARAALDİ: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı avtomobilin qaytarılması və dəymiş zərərin ödənilməsi tələbinə dair iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar