Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-737/2025 17.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən abonent kodu- **********00000 olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 25 saylı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı ilə bağlı tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 2019-cu il tarixli Aktın (535,80 manat vəsait ilə bağlı) ləğv edilməsi və həmin akt əsasında əsasız hesablanmış 535,80 (beş yüz otuz beş manat səksən qəpik) manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi sahiblik hüququ ilə ona məxsusdur və həmin evdə istifadə etdiyi qaz sayğacı onun adına qeydiyyata alınmışdır. Bu barədə Cavabdeh ilə onun arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır (abunet kodu: **********00000). Belə ki, Cavabdeh İB tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında (Abonent kodu **********00000) İddiaçı 486 manat (dörd yüz səksən altı) manat məbləğində borc hesablanmışdır. Həmçinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında (Abonent kodu **********00000) İddiaçı 4872.96 manat (dörd min səkkiz yüz iki manat doxsan altı qəpik) manat məbləğində borc hesablanmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(011)-151/2024 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli akt ləğv edilmiş və həmin akt əsasında (Abonent kodu **********00000) İddiaçı hesablanmış 486 manat (dörd yüz səksən altı) manat məbləğində borc silinmişdir. Həmçinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt ləğv edilmiş və həmin akt əsasında (Abonent kodu **********00000) İddiaçı hesablanmış 4872.96 manat (dörd min səkkiz yüz iki manat doxsan altı qəpik) manat məbləğində borc silinmişdir. Cavabdehlə onun arasında olan məhkəmə mübahisəsi zamanı cavabdeh qanunsuz olaraq təbii qazdan istifadə üçün etdiyi ödənişlərin 50 faizini əsassız hesablamış borca silmiş, baxmayaraq ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16(011)-1753/2023 saylı xx.xx.2023-cü il Qərardadı olmuşdur. Həmin Qərardada qeyd olunmuşdur ki, “Mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00000) təbii qaz verilişinin dayandırılması və smart karta yüklənən puldan tutulmanın aparılması Cavabdehnə qadağan edilsin”. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(011)-151/2024 saylı qanuni qüvvəyə minmiş qətnaməsini cavabdeh icra etdikdən sonra qanunsuz hesablanmış borca görə ondan tutduğu ödənişləri geri tələb etmişdir, lakin cavabdeh həmin vəsaiti geri qaytarmaqdan imtina etmişdir. Cavabdehin əsası isə ondan ibarətdir ki, guya “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında (Abonent kodu **********00000) İddiaçı 535,80 manat (beş yüz otuz beş manat səksən qəpik) manat məbləğində borc hesablanmışdır. Halbuki, cavabdeh tərəfindən ona təqdim olunmuş 01 may 2023-cü il tarixli və 25 oktyabr 2024-cü il tarixli “Abonentin Saldosu” sənədində qalıq və aktlar bölməsində qeyd olunan 486 manat və 4872,96 manat onun tərəfindən məhkəmədə mübahisələndirilmiş və aktlar ləğv olunmuş vəsaitlər isə silinmişdir. Cavabdehdən 535,80 manat ( beş yüz otuz beş manat səksən qəpik) manat məbləğində borca görə yazılmış aktı və tələbnaməni istəsə, də cavabdeh təqdim etməmişdir. Cavabdehin əməkdaşına iradını bildirmişdir ki, qeyd etdiyi 535,80 manat borc Abonentin Saldosunda qeyd olunmayıb axı. Cavabdehin əməkdaşı bildirdi ki, saldoda qeyd olunmayıb, lakin “GASPER” proqramında qeyd olunub və “GASPER” proqramından 25 oktyabr 2024-cü il tarixli çıxarışı ona təqdim edilmişdir. Nə o, nə də ailəsinin heç bir üzvü tərəfindən həmin sayğaca heç bir müdaxilə edilməmişdir. Qaz sayğacı evin hasarından kənarda hasara bitişik şəkildə küçədə quraşdırılmışdır. Lakin buna baxmayaraq Cavabdeh İB məsələni düzgün araşdırmadan baş vermiş texniki nasazlığa görə məsuliyyəti əsassız olaraq onun üzərinə qoymuşdur. Qanunvericiliyə əsasən qaz sayğacının saz vəziyyətdə olmasına məsuliyyəti Qaz İstismar İdarəsi daşıyır. Həmin cərimə qanunvericiliyin tələblərini pozmaqla qanunsuz olaraq onun üzərinə qoyulmuşdur. Buna görə də, Cavabdeh İB tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 2019cu il tarixli Akt ləğv edilməli və 535,80 manat vəsaitin silinməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh İB məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. O, bildirdi ki, mübahisələndirilən akt onda yoxdur və cavabdeh aktı ona təqdim etməkdən imtina edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan İddiaçı məxsus abonent saldosunun surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan abonent kodu **********00000 olan ünvan 3 ünvanına cəmi 5358,96 (486 + 4872,96) manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-151/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında (Abonent kodu **********00000) İddiaçı hesablanmış 486 manat (dörd yüz səksən altı) manat məbləğində borcun silinməsi, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında (Abonent kodu **********00000) İddiaçı hesablanmış 4872.96 manat (dörd min səkkiz yüz iki manat doxsan altı qəpik) məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı yaşadığı mənzilə quraşdırılmış təbii qaz sayğacından istifadə edərək vaxtında ödəniş etməmiş, nəticədə xx.xx.2025-ci il tarixə debitor borc yaranmışdır. Həmin debitor borcun 535,8 manat məbləğ, yəni xx.xx.2019-cu ildə təbii qaz sayğacı dəyişilən zaman sayğacda qalan 2679 kub.metrin dəyəri ödənilməmiş debitor borcun olduğu müəyyən edilmişdir. Bu da onu göstərir ki, İddiaçı istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəmədiyi üçün hal-hazırda abonent saldosuna əsasən 1042,37 manat debitor borcu mövcuddur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda; istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə; məhkəmənin qərarı ilə; dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında qazın verilməsini dayandıra bilər. Həmin Qanununun 8-ci maddəsinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanununun 9-cu maddəsinə əsasənb məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixli, ******* nömrəli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktlara əsasən cəmi 5358,96 manat cərimə tətbiq edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-151/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli akt ləğv edilmiş və həmin akt əsasında (Abonent kodu **********00000) İddiaçı hesablanmış 486 manat (dörd yüz səksən altı) manat məbləğində borcun silinməsi, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın ləğv edilmiş və həmin akt əsasında (Abonent kodu **********00000) İddiaçı hesablanmış 4872.96 (dörd min səkkiz yüz iki manat doxsan altı qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir. Hazırda iddiaçı Cavabdeh İB tərəfindən abonent kodu- **********00000 olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 25 saylı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı ilə bağlı tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 2019-cu il tarixli Aktın (535,80 manat vəsait ilə bağlı) ləğv edilməsi və həmin akt əsasında əsassız hesablanmış 535,80 (beş yüz otuz beş manat səksən qəpik) manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Lakin iddiaçı iddianın əsasını təşkil edən sübutu – yəni mübahisələndirilən aktı məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı həmin aktın mövcudluğu öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə sorğusuna cavab olaraq Cavabdeh İB bildirmişdir ki, İddiaçı yaşadığı mənzilə quraşdırılmış təbii qaz sayğacından istifadə edərək vaxtında ödəniş etməmiş, nəticədə xx.xx.2025-ci il tarixə debitor borc yaranmışdır. Həmin debitor borcun 535,8 manat məbləği, yəni xx.xx.2019-cu ildə təbii qaz sayğacı dəyişilən zaman sayğacda qalan 2679 kub.metrin dəyəri ödənilməmiş debitor borcun olduğu müəyyən edilmişdir. Bu da onu göstərir ki, İddiaçı istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəmədiyi üçün hal-hazırda abonent saldosuna əsasən 1042,37 manat debitor borcu mövcuddur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, silinməsi xahiş edilən 535,80 manat borc akt əsasında deyil, qaz sərfiyyatı əsasında hesablandığından iddia təmin edilə bilməz. İddiaçı həmin borcun məhz akt əsasında yazıldığını iddia etsə də, öz iddiasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 2019-cu il tarixli aktın ləğv edilməsinə dair hissəsinə münasibətdə isə qeyd edir ki, həmin aktın mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, məhkəmə hesab edir ki, bu hissədə iddia əsassızdır və təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh İB-yə qarşı Cavabdeh İB tərəfindən abonent kodu- **********00000 olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 25 saylı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı ilə bağlı tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 2019-cu il tarixli Aktın (535,80 manat vəsait ilə bağlı) ləğv edilməsi və həmin akt əsasında əsasız hesablanmış 535,80 (beş yüz otuz beş manat səksən qəpik) manat məbləğində cərimənin silinməsi tələbinə dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı Cavabdeh İB tərəfindən abonent kodu- **********00000 olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 25 saylı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı ilə bağlı tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 2019-cu il tarixli Aktın (535,80 manat vəsait ilə bağlı) ləğv edilməsi və həmin akt əsasında əsasız hesablanmış 535,80 (beş yüz otuz beş manat səksən qəpik) manat məbləğində cərimənin silinməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-737/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-737/2025
17.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver