Məhkəmə qərarları › İş №2(012)-748/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-748/2024

29.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-748/2024 29.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi övladı xx.xx.1996-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin oğlu - xx.xx.1996-cı il təvəllüdlü Hafiz Əlizadə İ dərəcə əlildir. O, əqli qüsurlu olduğuna görə müxtəlif xəstəliklərdən əziyyət çəkir. Kənar şəxslərin qulluğuna və nəzarətinə ehtiyacı var. Oğlu onun himayəsindədir və ona özü baxır. X1 vəziyyətdə yaşaması, özünü idarə etməsi mümkün deyildir, çünki öz davranışlarını qavraya bilmir. O, oğlu Hafiz Əlizadənin adına olan sənədləşmə işlərində iştirak etməsi üçün onun qəyyumu təyin edilməlidir. Onun özünün düzgün qərar vermək üçün psixi vəziyyəti uyğun deyil və özünü hər hansı bir idarəyə, orqana aparıb gətirmək qeyri-mümkündür. Hazırda övladının məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. İştirak etdiyi məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İşdə olan 352663 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X6 xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. Atası Ərizəçidur. İşdə olan ƏƏSMN-nin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2023-cü il tarixl məlumatdan görünür ki, X5 epilepsiya, lafora xəsətliyi, proqressivləşən mioklonik epilepsiya, yataq xorası və təzyiqə məruz qalmış sahə, yataq yarası, məhdud hərəkətlilik zamanı köməkçiyə ehtiyac, hərəkət zamanı kənar şəxsin köməyinə ehtiyacın olması, immobillik (hərəkətsizlik), yataq xəstəsi, kənar şəxsin qulluğuna ehtiyacı var, spastik tetraplegiya, dizartriya və anartriya, disfoniya, disfagiya, xroniki xolesistit, bükücü deformasiya, ətrafların qazanılma bükücü deformasiyası, oynaqların kontrakturası, görmə sinirinin atrofiyası diaqnozu qoyulmuşdur. Əlilliyi müddətsizdir və səbəbi ümumi xəstəlikdir. İşdə olan Səhiyyə Nazirliyi Məhkəmə X2 PHŞ-nin xx.xx.2024-cü il tarixli, 408 saylı rəyindən müəyyən edilir ki, xx.xx.1996-cı il təvəllüdlü X4 proqressivləşən mioklonik epilepsiya (lafora xəstəliyi) nəticəsində dərin demensiya (ağıl zəifliyi) aşkar olunur. O, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, xx.xx.1996-cı il təvəllüdlü X4 proqressivləşən mioklonik epilepsiya (lafora xəstəliyi) nəticəsində dərin demensiya (ağıl zəifliyi) müəyyən edilir. Onun daimi qulluğa ehtiyacı var və hərəkətlərinə nəzarət etmək, öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyəti yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1996-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1996-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar