Məhkəmə qərarları › İş №2(012)-755/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-755/2023

16.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-755/2023 16.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Regional Cavabdeh Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün qanunla buraxılmış müddətin uzadılaraq bərpa edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmə hazırlıq açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt Regional Cavabdeh Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün qanunla buraxılmış müddət uzadılaraq üzrlü hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X1 miras qalmış Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 1.0099 ha torpaq sahəsi və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin ¼ hissəsi mirasın qəbul edilməsi üçün qanunla buraxılmış müddət uzadılaraq üzrlü hesab olunmasını xahiş etmişdir. Sonradan tələbini dəqiqləşdirərək iddianın xahiş etdi hissəsinin müddətin üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək işin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Cavabdeh Sumqayıt Regional Cavabdeh Notariat Ofisi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, cavabdeh Sumqayıt Regional Cavabdeh Notariat Ofisi Sumqayıt şəhəri ərazisində yerləşdiyindən, hazırkı iddia ərizəsi isə müstəsna aidiyyatla bağlı olmadığından mülki iş baxılması üçün ərazi məhkəmə aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Beləliklə, cavabdeh Sumqayıt Regional Cavabdeh Notariat Ofisi Sumqayıt şəhəri ərazisində yerləşir. Ona görə də, məhkəmə hesab edir ki, qanunun qeyd edilən tələbləri nəzərə alınaraq mülki iş ərazi aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 44, 45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Sumqayıt Regional Cavabdeh Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün qanunla buraxılmış müddət uzadılaraq bərpa edilməsi tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar