Məhkəmə qərarları › İş №2(012)-77/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-77/2021

04.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-77/2021 04.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş qeyri-yaşayış sahəsinin (kafe) sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi Cavabdeh qarşı magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş qeyri-yaşayış sahəsinin (kafe) sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Abşeron X6 Sahəsinin balans və istismarında olan 1020/720 mm diametrli Qaradağ KS-Digah-Şimal Dress İ sinif yeraltı magistral qaz kəmərinin (37 kqq/kv.sm) Abşeron rayonunun Mehdiabad qəsəbəsi ünvanından keçən hissəsində, magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş və hazırda da onun tərəfindən istifadə edilməkdə davam etdirilən Yaşıl Məkan adlı kafenin onun hesabına əvəzi ödənilmədən sökülməsi, tikinti materiallarının magistral qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı SOCAR Qaz İxrac İdarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının tələbləri pozularaq SOCAR Qaz İxrac İdarəsinin Abşeron X6 Sahəsinin balans və istismarında olan 1020/720 mm diametrli Qaradağ KS- Digah-Şimal Dress yüksək təzyiqli (37 atmosfer) yeraltı magistral qaz kəmərinin Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisindən keçən hissəsində, başqa sözlə, magistral qaz kəmərinin 39-cu kilometrliyində, magistral qaz kəmərinin mühafizə zonasında, daha dəqiqliklə, həmin magistral qaz kəmərindən 25 metr aralıda Yaşıl Məkan adlı kafe inşa edilmiş və hazırda da onun tərəfindən istifadə edilməkdə davam etdirilir. Qeyd edilən ərazidə, magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş və inşası davam etdirilən tikililər barədə müvafiq tədbirlər görülməsi üçün 21.09.2012-ci il tarixli AP-927/4- 14 saylı; 28.01.2013-cü il tarixli GB-71/4-14 saylı; 19.06.2013-cü il tarixli GB-327/4-14 saylı; 03.12.2013-cü il tarixli GB-850/4-14 saylı məktublarla müvafiq olaraq Abşeron Rayon İcra Hakimiyyətinə, Abşeron Rayon Prokurorluğuna, Polis Şöbəsinə, Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsinə, Fövqəladə Hallar Nazirliyinin Sənayedə işlərin Təhlükəsiz Görülməsi və X4 Agentliyinə, Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsinə rəsmi müraciətlər edilmişdir. Fövqəladə Hallar Nazirliyinin Sənayedə işlərin Təhlükəsiz Görülməsi və X4 Agentliyinin 18.03.2013-cü il tarixli 25/24-01572 saylı məktubuna əsasən qeyd olunan ərazidə (magistral qaz kəmərinin mühafizə zonasında) texniki təhlükəsizlik qaydaları tələblərinin pozulması faktları təsdiqlənmiş və məhkəmə orqanlarına müraciət edilməsi məqsədəuyğun hesab edilmişdir. Qeyd olunan magistral qaz kəmərinin (Qaradağ KS-Digah-Şimal Dres) və eləcə də Abşeron rayonu ərazisindən keçən digər yüksək təzyiqli qaz kəmərlərinin mühafizə zonasında tikintisi aparılmış və aparılmaqda olan özbaşına tikililərlə bağlı müvafiq tədbirlərin görülməsinə dair, daha dəqiqliklə, X6nin bütövlükdə Abşeron rayonunun ərazisindən keçən hissəsində insan tələfatı ilə nəticələnə biləcək partlayış, yanğın, qəza və dağıntıların, hər hansı bir bədbəxt hadisənin vaxtında qarşısının alınması və X6nin normal iş rejiminin təmin edilməsi üçün kəmərlərin mühafizə zonasında ümumilikdə aparılmış və aparılan tikinti işlərinin dayandırılması, eləcə də həmin kəmərlərin mühafizə zonasında sakinlər tərəfindən tikinti işləri aparılmaqla qeyri-qanuni olaraq inşa edilmiş müxtəlif növ təyinatlı tikililərin həmin şəxslərin hesabına sökülməsi, həmin tikililərin yerləşdiyi torpaq sahəsinin tikinti materiallarından boşaldılaraq Qaz İxrac İdarəsinin Abşeron X6 Sahəsinin istifadəsinə geri qaytarılması, həmçinin kəmərlərin mühafizə zonasında yerləşən bu və s. kimi tikili sahiblərinin şəxsiyyətinin (ad, soyad, ata adı və təvəllüdü), sonuncu poçt ünvanlarının müəyyən edilməsi ilə əlaqədar ətraflı araşdırma aparılmasına dair aidiyyəti şəxslərə müvafiq göstərişlər verməsi, aparılmış və icra edilmiş araşdırmaların nəticəsi barədə müraciət müəllifi qismində Abşeron YQKS-yə qısa müddətdə cavab verilməsinin təmin edilməsi məqsədilə Abşeron Rayon İcra Hakimiyyəti başçısının adına MV-190/01/OH saylı məktubla 28.02 2017-ci il tarixdə təkrarən müraciət olunmuşdur. 11.04.2019-cu il tarixdə Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində 1020/720 mm diametrli «Qaradağ KS-Digah-Şimal Dres» yüksək təzyiqli (37 atm.) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qaz kəmərindən 25 metr məsafə aralıda Yaşıl Məkan adı kafenin inşa edilmiş olması barədə Xətti İstismar Xidmətinin (XİX) məsul əməkdaşları tərəfindən akt və xəbərdarlıq məktubunu qəbul etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbiri Qaydalarına əsasən, X6nin mühafizə zonalarında hər hansı bir tikinti quraşdırma işlərinin aparılması qəti qadağandır. Cavabdeh mühafizə zonasında inşa etdiyi tikili həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1108-ci maddələrinə əsasən təqsirli şəxs kimi özünün üzərinə düşür. Bu səbəbdən də, hesab edir ki, cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda iddiaçının qanuni istifadəsindədir. Buradan da müəyyən olunur ki, Cavabdeh buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili cavabdehin öz hesabına sökülməlidir. Bu səbəbdən də o, məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.05.2021-ci il tarixli 10/865 saylı rəyi ilə razıdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -1 saylı XİX-nin rəis müavini Rüfət Hüseynalıyev, xətti baxıcı Mirseymur Həsənov və Xəlil Xəlilov tərəfindən tərtib olunmuş 11.04.2019-cu il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının və Azərbaycan Dövlət Tikinti Normativləri 2.9-2 X5 Lahiyələndirmə Normalarının tələbləri pozularaq Abşeron rayonu Mehdiabad qəsəbəsi 39-cu km-də yaşayan Cavabdeh tərəfindən 1020/720 mm-lik 37 atm təzyiqli Qaradağ-Digah Şimal ES magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 25 metr məsafədə Yaşıl Məkan adlı kafe inşa olunmuşdur. -X8 İxrac İdarəsinin Cavabdeh ünvanlandığı 10.06.2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının tələblərini pozaraq Abşeron X6 Sahəsinə məxsus 1020/720 mm-lik 37 kq/sm2 yüksək təzyiqli Qaradağ-Digah Şimal ES magistral qaz kəmərinin mühafizə (qoruq) zonasında kəmərdən 25 m məsafədə Yaşıl Məkan adlı kafe magistral qaz kəmərinin mühafizə (qoruq) zonasında olmaqla vətəndaşların həyatına və qaz kəmərinin gələcək iş fəaliyyətinə ciddi təhlükə yaratmışdır. Belə ki, magistral qaz kəmərinin mühafizə zonasında hər hansı tikinti işlərinin aparılması, qanunsuz yol keçidlərinin salınması, qazıntı işlərinin aparılması və s. yüksək partlayış və qarşısıalınmaz bədbəxt hadisələr törədə biləcəyinə zəmin yaradır. Bu səbəblərdən hər hansı bir hadisə baş verərsə məsuliyyət Cavabdeh üzərinə düşəcəyindən təcili olaraq kafenin ləğv edilərək magistral qaz kəmərindən 50 metr kənarlaşdırması barədə xəbərdarlıq olunmuşdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.11.2020-ci il tarixli 10/3336 saylı rəyindən görünür ki, Cavabdeh tərəfindən inşa olunmuş tikilinin mülki iş materiallarında olan 11.04.2019-cu il tarixli akta əsasən qaz kəmərindən 25 metr məsafədə yerləşdiyi nəzərə alınsa, həmin tikilinin Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının 2.7 bəndinə əsasən 1000/720 mm-lik 37 atm təzyiqli Qaradağ-Digah-Şimal ES magistral qaz kəmərinin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.05.2021-ci il tarixli 10/865 saylı rəyindən görünür ki, tədqiqat obyektinə baxış zamanı iddiaçının nümayəndəsi tərəfindən təqdim edilən 1020/720 mm diametrli Qaradağ-Digah- Şimal Dres İ sinif yeraltı magistral qaz kəmərinin (37 kqq/kv.sm) keçdiyi hissə ilə cavabdehə məxsus tikili arasındakı məsafənin 27 metr olması nəzərə alındıqda, həmin tikilinin Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının 2.7 bəndinə əsasən magistral qaz kəmərinin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. -Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin 02 avqust 2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh məxsus qeyri-yaşayış sahəsinin (kafe Yaşıl Məkan) Mehdiabad Bələdiyyəsinin inzibati ərazisində yerləşməsinə baxmayaraq həmin qeyd edilən ərazi Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının 2.7-ci bəndi ilə boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir, belə ki, boru kəmərləri xətti boyunca, onun oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılır. Cavabdeh tərəfindən inşa edilmiş (kafe Yaşıl Məkan) göründüyü kimi, qeyri-yaşayış sahəsinin hüquqi rejimi mühafizə zonası üçün nəzərdə tutulmuş sahəyə aid edildiyindən SOCAR-ın “Qaz İxrac” İdarəsinin mülkiyyətində olan torpaq sahəsi ərazisinə düşür. -18.07.2018-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh fərdi sahibkar kimi Azərbaycan Respublikası İlham Əliyevin 30.04.2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə qeydiyyatdan keçmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, SOCAR Qaz İxrac İdarəsinin Abşeron X6 Sahəsinin balans və istismarında olan 1020/720 mm diametrli Qaradağ KS-Digah-Şimal Dress İ sinif yeraltı magistral qaz kəmərinin (37 kqq/kv.sm) Abşeron rayonunun Mehdiabad qəsəbəsi ünvanından keçən hissəsində, magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş və hazırda da onun tərəfindən istifadə edilməkdə davam etdirilən Yaşıl Məkan adlı kafenin cavabdehin onun hesabına əvəzi ödənilmədən sökülməsi, tikinti materiallarının magistral qaz kəmərinin mühafizə zonasından çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Mülki Prosessual Məcəllənin: 97.1. maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 102.1. maddəsinə əsasən, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.05.2021-ci il tarixli 10/865 saylı rəyi ilə tədqiqat obyektinə baxış zamanı iddiaçının nümayəndəsi tərəfindən təqdim edilən 1020/720 mm diametrli Qaradağ-Digah-Şimal Dres İ sinif yeraltı magistral qaz kəmərinin (37 kqq/kv.sm) keçdiyi hissə ilə cavabdehə məxsus kafe arasındakı məsafənin 27 metr olması nəzərə alındıqda, həmin tikilinin Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının 2.7 bəndinə əsasən magistral qaz kəmərinin mühafizə zonasına düşdüyü müəyyən edildiyindən, bu hal işin digər materialları ilə uyğunluq təşkil edir və məhkəmə tərəfindən mübahisəli tikilinin həqiqətən də magistral qaz kəmərinin mühafizə zonasında yerləşməsini təsdiq edən sübut kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən iddia tələbinə münasibət bildirilməmişdən öncə, iddiaçının həmin tələbin qaldırılması üçün subyektiv hüquqa malik olub-olmaması yoxlanılmalıdır. Belə ki, nuvorığaB.M˝ şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair˝ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli Qərarında qeyd edilir ki, ...˝ Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...˝. Azərbaycan Respublikası Prezidentinin 24.01.2003-cü il tarixli, 844 saylı Fərmanı ilə təsdiq edilmiş nacyabrəzA˝ Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi˝nin: 2.1-ci bəndinə əsasən Şirkətin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda, quru və dəniz sahələrində neft və qaz yataqlarının axtarışını, kəşfiyyatını, hazırlanmasını, işlənməsini, neftin, qazın, kondensatın hasilatını, nəqlini, emalını, neft-kimya sənayesinin inkişaf etdirilməsini, neft, neft-kimya və qaz məhsullarının paylanmasını, satışını, habelə istehlakçıların müvafiq enerji daşıyıcılarına olan tələbatının sabit və dayanıqlı ödənilməsi sahəsində (bundan sonra — sahə) müasir tələblərə cavab verən rəqabətə davamlı malların, işlərin və xidmətlərin təqdim olunmasını təmin etməkdən və gəlir əldə etməkdən ibarətdir. 2.4-cü bəndinə əsasən şirkət fəaliyyət növlərinin səmərəli həyata keçirilməsini təmin etmək üçün qanunazidd olmadan, aşağıdakılar barədə müstəqil qərar qəbul etmək səlahiyyətinə malikdir: Şirkətin strukturuna daxil olan qurumların illik iş proqramlarının yerinə yetirilməsi haqqında hesabatların təsdiq edilməsi və bu proqramlara uyğun olaraq, onların gəlir və xərclər smetasının müəyyənləşdirilməsi; Şirkətin strukturuna daxil olan qurumların balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququnun həyata keçirilməsi, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, Şirkətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması, silinməsi (ləğv edilməsi), qiymətləndirilməsi, habelə təyinatının dəyişdirilməsi; Şirkətin və onun strukturuna daxil olan qurumların istifadəsi üçün ayrılmış torpaqların təyinatı üzrə istifadə edilməsi, bu torpaqlardan istifadə hüquqlarının strukturuna daxil olan qurumlara ötürülməsi və həmin torpaqların mülkiyyətçiyə geri qaytarılmasına müvafiq qaydada razılıq verilməsi; Şirkətin strukturuna daxil olan qurumların, nizamnamə kapitalındakı səhmlərinin (paylarının) nəzarət zərfi; Şirkətə məxsus olan müəssisələrin yanacaq-enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itki, sərf və əməyin ödənilməsi normalarının, eləcə də sahə üzrə tətbiqi məcburi xarakter daşıyan digər daxili normativ sənədlərin hazırlanması, təsdiq və tətbiq edilməsi; HPBS-nin şərtlərinə əsasən podratçıların Azərbaycan tərəfinə təhvil verdikləri aktivlərin əvəzsiz olaraq mülkiyyətinə qəbul edilməsi, Şirkətin neft-qaz əməliyyatlarında istifadəsini davam etdirmək üçün Şirkətin strukturuna daxil olan qurumların balansına ötürülməsi; Şirkətin strukturuna daxil olan qurumların, səhmləri (payları) Şirkətə məxsus olan birgə müəssisələrin təsis sənədlərinə dəyişikliklərin edilməsi, Şirkətin payının azaldılması, artırılması və özgəninkiləşdirilməsi; xarici ölkələrdə nümayəndəliklərinin və filiallarının açılması, hüquqi şəxslərin yaradılması və bu təsisatlar vasitəsi ilə xaricdə əldə edilmiş aktivlərə münasibətdə sahiblik, istifadə və sərəncam hüquqlarının, habelə Şirkətin strukturuna daxil olan qurumlarda xarici iqtisadi əlaqələrə aid bütün məsələlərin təşkili, baxılması və həllinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 04.09.2012-ci il tarixli, №695 nömrəli Fərmanının 4.10-cü bəndinə əsasən həmin Məcəllənin .... 95.3-cü... maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Lakin bununla yanaşı məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı SOCAR-ın Qaz İxrac İdarəsinin balansında olan mühafizə zonasında aparılmış qanunsuz tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etməkdə idarənin maraqlı tərəf qismində subyektiv hüququ mübahisəolunmazdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi SOCAR Qaz İxrac İdarəsinin Abşeron X6 Sahəsinin balans və istismarında olan 1020/720 mm diametrli Qaradağ KS-Digah-Şimal Dress yüksək təzyiqli (37 atmosfer) yeraltı magistral qaz kəmərinin Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisindən keçən hissəsində, başqa sözlə, magistral qaz kəmərinin 39-cu kilometrliyində, magistral qaz kəmərinin mühafizə zonasında, daha dəqiqliklə həmin magistral qaz kəmərindən 25 metr aralıda Yaşıl Məkan adlı kafe həmin kəmərin mühafizə zonasında yerləşir. Müəyyən edildiyi kimi, xüsusi şərtlərlə istifadə olunan ərazi zonasında, yəni mühafizə zonasında inşa edilmiş tikili öz mahiyyəti etibarilə qanuni tikili hesab edilə bilməz. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, bu və ya digər tikilinin qanuni tikili hesab edilməsi üçün ilkin olaraq tikilinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ tanınmalıdır, lakin sözsüz ki, hazırki iş üzrə cavabdehin istifadəsində olan torpaq sahəsinin müəyyən hissəsi xüsusi şərtlərlə istifadə olunan zonaya düşdüyündən həmin hissədə torpaq sahəsinə fiziki şəxsin mülkiyyət hüququnun tanınması mümkün deyildir. Bununla yanaşı hazırki iş üzrə cavabdeh istifadəsində olan, lakin tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində nəinki lazımi icazələr almadan, üstəlik də şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla bina və qurğular inşa etmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 9-cu maddəsinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqların kateqoriyasında kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqlarının bölgüsü aparılmışdır. 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Göründüyü kimi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqların tərkibində formalaşan mühafizə zonalarının məqsədi məhz əhalinin təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır. Bu kateqoriya torpaqların təyinatı yaşayış üçün sahələrin salınmasını nəzərdə tutmur və müəyyən edilən mühafizə zonasında yaşayış evinin tikintisi mühafizə zonasının əhəmiyyətini sıfıra endirir. Bu isə məhz əhalinin təhlükəsizliyinin təmin edilməsi baxımından yolverilməzdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd edilən normalarını rəhbər tutub hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, SOCAR Qaz İxrac İdarəsinin Abşeron X6 Sahəsinin balans və istismarında olan 1020/720 mm diametrli Qaradağ KS-Digah- Şimal Dress yüksək təzyiqli (37 atmosfer) yeraltı magistral qaz kəmərinin Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisindən keçən hissəsində, başqa sözlə, magistral qaz kəmərinin 39-cu kilometrliyində, magistral qaz kəmərinin mühafizə zonasında, daha dəqiqliklə həmin magistral qaz kəmərindən 25 metr aralıda Cavabdeh tərəfindən inşa edilmiş və hazırda da onun tərəfindən istifadə edilməkdə davam etdirilən Yaşıl Məkan adlı kafe cavabdehin hesabına sökülərək tikinti materialları magistral qaz kəmərinin mühafizə zonasından çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən və aparılmış ekspertiza tədqiqatlarının dəyəri barədə hesabatdan görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə 10 manat dövlət rüsumu ödəmiş, eyni zamanda ekspertiza tədqiqatlarının dəyəri 200 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə, 200 manat ekspertiza tədqiqatının dəyəri isə cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Ədаlət mühаkiməsinin həyаtа keçirilməsi zаmаnı İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Аvrоpа Kоnvensiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi presedentlərinin tətbiqi hаqqındа Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 30 mаrt 2006-cı il tаrixli Qərаrındа göstərilir ki, Аzərbаycаn Respublikаsı İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Аvrоpа Kоnvensiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа etmiş dövlət kimi 2002-ci il аprel аyının 15dən Kоnvensiyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələləri üzrə İnsаn hüquqlаrı üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Respublikаsı Kоnvensiyаnı rаtifikаsiyа etdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvensiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin etməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvensiyаsının 46-cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvensiyаnı rаtifikаsiyа etmiş dövlətlər üçün məcburidir. İnsan hüquqlarının və X2 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair˝ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 18.03.2019-cu il tarixli Qərarında deyilir ki, ...˝ Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir”. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin istismarında olan 1020/720 mm diametrli Qaradağ KS-Digah-Şimal Dress yüksək təzyiqli (37 atmosfer) yeraltı magistral qaz kəmərinin Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisindən keçən hissəsində, magistral qaz kəmərinin 39-cu kilometrliyində, magistral qaz kəmərinin mühafizə zonasında, həmin magistral qaz kəmərindən 25 metr aralıda Cavabdeh tərəfindən inşa edilmiş və hazırda da onun tərəfindən istifadə edilməkdə davam etdirilən Yaşıl Məkan adlı kafe cavabdehin hesabına sökülsün və tikinti materialları magistral qaz kəmərinin mühafizə zonasından çıxarılsın. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 10 (on) manat iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə 200 (iki yüz) manat Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar